"Xidmət-İş" Hİ Federasiyasıda "oğurlanan milyonlar"
26-08-2024, 13:17 231 dəfə baxılıb
Səttar Möhbalıyev 33 ildir ki, ölkədə 2,5 milyon işçinin əmək haqqından hər ay 1-5 faiz tutur. AHİK-ə ölkənin dörd bir tərəfindən olduqca böyük pullar axır. Bu pullardan vergi tutulmur, pulların hara xərclənməsini yoxlayan bir orqan da yoxdur. Uzun illər böyük pulların hardan gəlib, hara getdiyinə Səttar Möhbalıyevlə ətrafına topladığı 3-5 nəfərdən başqa kimsə vaqif olmayıb. Bu adamlardan biri də "Xidmət-İş" Hİ Federasiyasının prezidenti, AHİK sədrinin birinci müavini İlyas Alxas oğlu Əliyevdir. Mediatv.az mətbuat üzərindən araşdırma apararaq xəbər verir ki,"Xidmət -İş" Həmkarlar İttifaqları Federasiyası Ticarət, İctimai İaşə və İstehlak Kooperasiyası, Sanatoriya-kurort və Turizm sistemi, Balıq Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqlarının bazalarında yaradılıb və onların hüquqi varisidir, konfederativ əsaslarla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.Federasiya Azərbaycan Respublikasının ticarət, ictimai iaşə və istehlak kooperasiyası, mehmanxanalar, balıq təsərrüfatı, sanatoriya-kurort və turizm müəssisələri, pansionat, istirahət evləri və digər xidmət sahələri, sahələr üçün kadr hazırlayan təhsil ocaqları işçilərini, tələbələrini, sahə Həmkarlar İttifaqlarını könüllülük əsasında birləşdikləri müstəqil, ictimai, qeyri-siyasi təşkilatdır. Hər halda qurum özünü məhz belə təqdim edir. Həmkarlar ittifaqlarında “at oynadan” İlyas Əliyevin varidatı hazırda milyonlarla ölçülür.İlyas Əliyevin İçərişəhərdə 2 hotelə sahib olduğu da gələn məlumatlar sırasındadır.İlyas Əliyevin bu otelləri çox baha qiymətə icarəyə verdiyi bildirilir. İllərdir ki,"Xidmət-İş" Hİ Federasiyasının prezidenti İlyas Əliyevin “ailə federasiyası” kimi idarə olunması kimsəyə sirr deyil.Müalicə-istirahət zonalarına putyovkaları almaq üçün İlyas Əliyevin qaydaları mövcuddur və bu qaydalar heç yerdə yazılmayıb! Sadəcə, İ.Əliyevin yazılmayan qaydalarıdır və onlara riayət etməyənlər çətin ki, AHİK xətti ilə müalicə-istirahət zonalarına gedib çıxa bilərlər."Xidmət-İş" Hİ Federasiyasının tabeçiliyində qurumlar İ.Əliyevin şəxsi biznes obyekti kimi idarə olunur.AHİK-dəki qanunsuzluqlar bununla yekunlaşmır. 1994-cü ildə qəbul olunmuş “Həmkarlar ittifaqları haqqında” Qanunda göstərilir ki, həmkarlar müstəqil qurumlardır, dövlət idarələrinə, siyasi partiyalara, ictimai birliklərə tabe deyillər, onlara hesabat vermirlər, öz rəhbər orqanlarını seçir və geri çağırır, plenumlar, qurultaylar keçirirlər. Amma müəssisələrdəki həmkarlar ittifaqı formal xarakter daşıyır. Bu qurumların heç bir real səlahiyyətləri yoxdur, müəssisə rəhbərliyinin onlara ayırdığı dekorasiya rolunu həvəslə oynayırlar. Əksinə, onlar müəssisə rəhbərlərinə işçilərin işdən çıxarılmasına kömək edirlər.
İndi isə vəziyyət dəyişib, pulların Möhbalıyevlə İlyas Əliyev tandeminin nəzarəti altında necə bölüşdürülməsi, dağıdılması araşdırılmağa başlanıb. Araşdırmaların nəticəsindən asılı olaraq cinayət işlərinin başlanacağı da istisna deyil.
P.S Görəsən yeni seçilmiş Sahib Məmmədov İlyas Əliyevlə işləyəcəkmi, ya onun qanusuz əməllərinin araşdırılması üçün hüquq mühafizə orqanlarına müraciət edəcək?
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Davamı var..
İndi isə vəziyyət dəyişib, pulların Möhbalıyevlə İlyas Əliyev tandeminin nəzarəti altında necə bölüşdürülməsi, dağıdılması araşdırılmağa başlanıb. Araşdırmaların nəticəsindən asılı olaraq cinayət işlərinin başlanacağı da istisna deyil.
P.S Görəsən yeni seçilmiş Sahib Məmmədov İlyas Əliyevlə işləyəcəkmi, ya onun qanusuz əməllərinin araşdırılması üçün hüquq mühafizə orqanlarına müraciət edəcək?
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Davamı var..
Xəbəri paylaş