“Bakı Tikiş Evi” seçki məntəqəsinə çevrilib – rəqibindən Elnur Rəhimova reaksiya

 
12-08-2024, 11:47            126 dəfə baxılıb
Seçki kampaniyasının başlamasından cəmi bir neçə gün keçib, lakin bir qəribəliyin şahidi olmuşam. Məlum olub ki, Dairə Seçki Komissiyası 22 və 23 saylı seçki məntəqələrini namizədinin ailəsinə məxsus “Bakı Tikiş Evi”nin ərazisində yerləşdirib.

Tribunainfo.az xəbər verir ki, bu sözləri 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəd memat Elçin Əliyev bildirib. O qeyd edib ki, iki məntəqədə də seçki onun rəqibi, “Bakı Tikiş Evi”nin sahibi Fidail Rəhimovun oğlu Elnur Rəhimovun ailəsinə məxsus mülklətdə keçiriləcək:

“Mənim kimi Elnur Fidail oğlu Rəhimov da 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizədliyini irəli sürür. Çox yaxşı. O, atası Fidail Rəhimovun sahibi olduğu “Bakı Tikiş Evində” maliyyə üzrə direktor müavini vəzifəsində çalışır. Çox yaxşı və Allah onlara rifah və daha böyük sifarişlər versin. Lakin məni çaşdıran odur ki, Dairə Seçki Komissiyası 22 və 23 saylı seçki məntəqələrini namizədinin ailəsinə məxsus “Bakı Tikiş Evi”nin ərazisində yerləşdirib.
Təsəvvür edirsiniz?! İki məntəqədə seçkilər namizədin ailəsinə aid mülkiyyətdə keçiriləcək!
Amma narahat olmayın, dostlar və diqqət yetirin – mən yenə də qazanacağam”.



Xəbəri paylaş


 
 


Xəbər lenti