Zakir İbrahimov YENİ VƏZİFƏYƏ KEÇİD EDƏ BİLƏCƏKMİ? - Bu reputasiya ilə yerini belə qoruya bilməyəcək...

 
13-08-2024, 11:34            178 dəfə baxılıb
Adı kifayət qədər qalmaqallarda hallanan “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov əslində bu vaxta qədər də özünün təbliğinə ciddi diqqət ayırıb. Yəni KİV və sosial şəbəkələrdə təbliğata ciddi önəm verib ki, səlində bu müsbət xarakter hesab olunur. Amma o halda ki, ortada iddialar olsun...

Xatırladaq ki, Zakir İbrahimovu adı bu seçkilərdə deputatlığa namizədlər siyahısında yer almalı idi. Belə bir iddia mətbuatrda səslənmişdi və qeyd olunurdu ki, bundan sonra onun görəvdən alınacağı planlanılır və ona yalnız deputat kimi fəaliyyət göstərməsi rəva görüləcək.

Dia-az.İnfo bildirir ki, amma bütün bunlar böyük oyunlar oynamağı sevən və böyük iddialarla yüklənmiş İbrahimov cənablarına yetərli ola bilməzdi və o hal-hazırda istədiyinə nail olmuş durumdadır.

Bu barədə əldə etdiyimiz informasiyalardan belə məlum oolur ki, yaxın vaxtlarda Zakir İbrahimov çox mühüm bir təyinatla mükafatlana bilər: "Amma buna mane olanlar da var. Bu barədə bu vaxta qədər mətbuatda müəyyən qeydlər atılıb. Söhbət İstisadiyyat Naziri Mikayıl Cabbarovdan gedir. O, heç bir halda Zakir İbrahimovun fəaliyyətindən məmnun deyil və onun bundan sonrakı yüksəlişində də nəinki maraqlı tərəf kimi çıxış etmir, əksinə, bu prosesi durdura da bilər. Hələliksə..."

Mənbə söyləyir ki, reputasiyası qaranlıq işlərlə zəngin olan və hətta ailə üzvlərinin adı belə maliyyə qalmaqallarında çəkilən Zakir İbrahimov Mikayıl Cabbarovun kriteriyalarına təbii ki, cavab verəcək durumda deyil.

Dia-az.İnfo xatırladır ki, bu vaxta qədər "AzerGold” QSC-nin sədri Zakir İbrahimovla yanaşı oğlunun da adı milyonların mənimsənilməsində hallanıb.

Media üzərindən apardığımız araşdırma nəticəsində "AzerGold” QSC-nin sədri Zakir İbrahimovun oğlu Zaur İbrahim haqqında ilginc məlumatlara rast gəldik:

“Zaur hazırda atasının rəhbərlik etdiyi "AzerGold" QSC-nin tenderlərini qanunsuzi yollarla əldə edən “AZCD Group” QSC-nin rəhbəridir. O, Britaniyada ali təhsil aldıqdan (hansı vəsaitlə orada təhsil alması maraqlıdır) sonra 2019-cu ildə Bakıya qayıdıb.
Bibisinin həyat yoldaşının sədri olduğu Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) işə başlayıb.

Orada yersiz, çılğın hərəkətlər edir, daha sonra isə orada çalışan yaşlı işçini döyüb, məsələnin böyüməməsi üçün təcili şəkildə oradan uzaqlaşıb.

Bundan sonra atası Zakir İbrahimov bir şirkət (“Buta Construction” QSC) təsis edərək, oğlunu ora faktiki rəhbər (formal direktor Azər adlı şəxs idi) təyin edir. “Azergold” QSC-nin tenderlərini həmin şirkətə ötürür və beləliklə dövlət əmlakını ailəlikcə mənimsəyə başlayırlar.

Bununla bir müddət külli miqdarda pul qazansalar da, Zaur İbrahimin fərsizliyindən götürdükləri işləri sona çatdıra bilmirlər. Buna onun daimi narkotik vasitələrdən istifadə etməsi, özünə hörmətsizlik kimi qəbul etdiyi xırda məsələlərə görə, işçiləri müxtəlif növ sözlərlə təhqir edib işdən çıxarması səbəb olub.

Zaur işdə hər kəsi təhqir edir, işdən qovmaqla hədələyir və tez-tez deyir: “Bilirsiz mən kiməm? Mən SƏDR-in oğluyam, sizi elə edərəm, heç yerdə parkovşik də işləyə bilmərsiz”. Sizə inandırıcı gəlməyə bilər, mən də öz gözümlə görməsəydim, qulaqlarımla eşitməsəydim bu, mənə də şübhəli gələrdi.

Amma 1997-ci ildə anadan olmuş oğlanın 3 avtomobili olması (Audi RS7, BMW X6, Land Rover Discovery 90PP677), üstəgəl Zaurun şəxsi avtomobilində qanunsuz silah gəzdirdiyini də, qeyd etsək, əsil mənzərəni hər kəs təsəvvür edər.

Zakir İbrahimov YENİ VƏZİFƏYƏ KEÇİD EDƏ BİLƏCƏKMİ?

Gəlin, qayıdaq Zaur İbrahimin şirkət məsələsinə. Deməli, işi sifariş verən ATA, işi görən oğul olduğuna görə, nəticədə iş keyfiyyətsiz və yarımçıq görülən işi sifarişçi “AzərGold” QSC şirkəti dərhal təhvil götürür.

Bu uğursuz layihə ilə yanaşı, Zaurun bibisinin yoldaşı ona birbaşa iş verməsə də, rəhbəri olduğu MİDA-nın tenderinin qalibi olmuş “Çinar İnşaat” MMC-yə təzyiq edərək, 2 binanın 2 milyon manatlıq tikintisini “Buta Construction” QSC-yə verir. Təbii ki, bu iş də yarımçıq qalır və binaların tikintisi yarımçıq qalır. Yenə də Zaurun atası və digər yaxın qohumları işə qarışır və Zaura “gözün üstündə qaşın var” deyən olmur.

Amma artıq tikinti bazarında qeyri-ciddi şirkət kimi tanındıqları üçün və atasının məsləhəti ilə “Buta Construction” QSC-nin adını dəyişərək “AZCD Group” QSC http://www.azcdgroup.com/ edirlər, ofisin ünvanını dəyişirlər, amma əməllərini dəyişmirlər.

Şirkətin adını dəyişdikdən sonra 30.09.2021-ci il tarixdə “AzerGold” QSC tərəfindən satınalma dəyəri 22 307 945,85 manat olan Tülallar-Çovdar avtomobil yolunun inşasını tenderdə bir çox köklü, beynəlxalq və “AZCD Group” QSC-dən dəfələrlə böyük və təcrübəli şirkətlərlər iştirak etsə də, yenə tenderdə Zaur İbrahimin şirkəti olan “AZCD Group” QSC qalib gəlir.

Bir il ərzində ümumi dəyəri 30 milyon manatdan daha çox olan 3 layihəni 1 şirkətə verən “AzerGold” QSC sədri Zakir İbrahimovun oğlu Zaur İbrahimin şirkəti qalib gəlir. Çox maraqlı ailədir, ata “Azergold” QSC-də sədr, ana qızıl satışı ilə məşğul olan şirkətə rəhbərlik edir, oğul isə “AzərGold” QSC-nin bütün tenderlərinin qalibi olur”.


Qeyd edək ki, açıqlanan faktlar iki il öncəyə aiddir. Hər halda faktdır və kimsə tərəfindən, xüsusən də rəhbərlik tərəfindən heç cürə unudulmayıb...




Xəbəri paylaş


 
 


Xəbər lenti