Adı müxtəlif qalmaqallarda hallanan “dərman monopolisti”nin deputatlıq oyunu

 
14-08-2024, 10:55            117 dəfə baxılıb
17 gündən sonra Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Zaman-zaman adı müxtəlif qalmaqallarda hallanan, “dərman monopolisiti” kimi də tanınan Kamaləddin Nəsrəddin oğlu Qafarov bu dəfə də eyni seçki dairəsindən namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası növbəti dəfə Kamaləddin müəllimə etimad göstərib.
“Yeni Gundem” faktlara əsaslanaraq araşdırma edib.
İxtisasca təbiətşünas olan Kamaləddin Qafarov geniş biznes şəbəkəsinə sahiblənib. O, həm də Milli Onkologiya Mərkəzinin Baş direktorunun müavinidir.Kamaləddin müəllimlə bağlı yazılanların əksəriyyəti də elə bu vəzifədə ki, “ustad kababçı” olmasıdır. El içində “can bazarı” kimi də tanınan MOM-un pasiyent üçün ilk müayinəsi 550 manat məbləğindədir. Mərkəz müxtəlif özəl şirkətlərlə trendlərə qoşulur. Ən maraqlısı isə budur ki, onkoloji xəstələr mərkəzi Qafarovun bizneslərindən biri sayılan “AZERİ MED” QSC ilə trendlərə qoşulmasıdır.
2020-ci ildə İqtisadiyyat Nazirliyindən əldə edilən məlumatlara görə, təkcə 2019-cu ilin fevralın 19-da MOM və “AzərMED” arasında müqavilənin məbləği 10 milyon 200 min manat olub. Bundan bir qədər əvvəl, 2018-ci il avqustun 3-də bağlanmış müqavilənin də həcmi 10 milyon 120 min manat təşkil edib. “AZƏRİ MED” QSC “Zəfəran” apteklər şəbəkəsini də idarə edir.
Kamaləddin Qafarov “Versal Palace” nin də sahibidir. Şadlıq sarayı dəbdəbəli və məşhurluğu ilə diqqətçəkir. Burada bir stolun qiyməti 70 manat təşkil edir. Restoranın qanuni sahibi Qafarovun qardaşıdır.
9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd “KANON” MMC-nin də sahibidir. 10000 min manat nizamnamə kapitalı olan şirkət apteklər şəbəkəsi əsasında fəaliyyət göstərir.
Qafarovun biznes siyahısı bununla bitmir. O, həmçinin “NATURALİST” FƏRDİ FİRMASI”, “HELİOS PHARMA LTD”, şirkətlərinin də sahibidir və onun ailə biznesinə daxildir.
Kamaləddin Qafarovun bizneslər şəbəkəsi qonşu ölkələrə qədər yayılıb. Əsasən də Gürcüstan və Kiprdə populyar firmalara malikdir.
Araşdırmamızın məqsədi Qafarovlar ailəsinin pullarını saymaq deyil. Əsas məqsəd deputatın bu qədər işləri necə və hansı formada görməsi, onun deputat kimi hər hansı işi görməyə vaxtı qalıb qalmamasıdır. Axı, Milli Məclisin üzvü olan şəxs özəl biznes fəaliyyəti ilə məşğul ola bilməz. İndi buna necə ad qoymaq olar?
Hörmətli Kamaləddin müəllim necə işləyir?
Parlamentdə qanun layihələrini müzakirə edir?
Seçicilərinin problemləri ilə maraqlanır, yaxud onları qəbul edir?
MOM da pasiyentlərlə məşğul olur?
Ölkənin iki nəhəng apteklər şəbəkəsində hesabatlar aparır?
“Versal” Şadlıq Sarayında toyları təşkil edir? Və sair….. Davamı bitmək bilmir ki, bilmir.
Araşdırmalarımız davam edir.
Yazı faktlar əsasında dərc olunub. Qarşı tərəfin cavabını dərc etməyə hazırıq!
 



Xəbəri paylaş


 
 


Xəbər lenti