Nəsimi icra Hakimiyyəti Eldar Əzizovun tapşırıqlarını niyə saya salmır?-VİDEO
30-08-2024, 11:20 163 dəfə baxılıb
Bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonları İcra Hakimiyyətləri başçıları və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.Müşavirədə qeyd edilib ki, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu gün paytaxtımız keyfiyyətcə yeni inkişaf səviyyəsinə yüksəlib, əhalinin həyat və mədəni səviyyəsi artıb, şəhərdə geniş miqyaslı quruculuğ işləri həyata keçirilir. Müşavirədə qanunsuz tikililərlə bağlı məsələ ciddi müzakirə edilib və rayonlarda aparılan monitorinqlərin nəticələrinə dair görüntülər nümayiş etdirilib. Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov bildirib ki, bu gün ölkə başçısı İlham Əliyev məmurlar qarşısında ciddi tələblər qoyub, onlara təmiz əllərlə işləməyi və təvəzökar olmalarını bir vəzifə kimi tapşırıb, lakin hələ də bəzən negativ hallar müşahidə edilməkdədir. Bununla əlaqədar rayon İcra Hakimiyyətlərin başçılarına ciddi xəbərdarlıq edilərək təcili tədbirlərin görülməsi tələb edilib.Eldar Əzizovun bu tapşırığından, görünür Nəsimi rayon icra hakimiyyətinin başçısı heç bir "dərs" götürməyib.Necə deyərlər dəyirman öz işində, çax-çax baş ağrıdır.Mediatv.az-a verilən məlumata görə Nəsimi rayonu ərazisində aparılan qanunsuz tikintilər əsasən iaşə obyektlərini əhatə edir. Əsasən konstruksiya və betafon tipli materiallarla rayon ərazisində fəaliyyət göstərən bir sıra iaşə obyektlərinin sahəsi artırılır.Asif Əsgərovla anlaşan bəzi işbazlar yuxarıda qeyd edilən tikinti materiallarında istifadə etməklə qısa müdət ərzində obyektlərinin sahəsini dəfələrlə artırırlar.Hazırda qeyri-qanuni tikinti işlərindən biri də Nəsimi rayonunun Hüseynbala Əliyev küçəsində aparılmaqdadır. Belə ki, Heydər Əliyev parkı ilə ("Nənəmin təndiri") üzbəüz ərazidə yerləşən, əvvəllər "yaz çiçəyim" adı altında fəaliyyət göstərən obyektin ərazisi iki dəfədən çox artırlıb. Obyektin ərazisinin yaşayış binasının qarşısında yerləşən kiçik istirahət guşəsinin hesabına aparılmaqdadır.Mediatv.az-a verilən məlumata görə aparılan tikintinin sənədləri qaydasında deyil.Sadəcə olararaq icra hakimiyyəti ilə qeyri-rəsmi "razılaşdırılıb". Qeyd edək ki,Asif Əsgərovun Milli Məclisə 01 sentyabrda keçrilən növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 112 saylı Zaqatala seçki dairəsindən namizədliyi irəli sürülüb.Seçkilərə sayılı günlər qaldığından Asif Əsgərovun Nəsimi rayonunda qanunsuz tikintilərə vüsət verdiyi aydın görünür.Yəqin ki seçkilərdən sonra Asif Əsgərov icra başçısı kimi fəaliyyət gösdərməyəcək.Görünür gedişinin son günlərində də"yaranmış qazanc yerini" əldən buraxmaq isdəmir.
Yaxın günlərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Bakı Şəhər İcra Hakimiyyətin bu tikinti barədə mövqeyini öyrənməyə cəhd edəcəyik.
Yaxın günlərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Bakı Şəhər İcra Hakimiyyətin bu tikinti barədə mövqeyini öyrənməyə cəhd edəcəyik.
Xəbəri paylaş