Agentlik rəisi Kəmaləddin Heydərova necə xəyanət edir?

 
9-09-2024, 13:05            124 dəfə baxılıb
Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov son iki ildə Abşeronda sözün həqiqi mənasında “beton cəhənnəmi” yaradıb. Belə ki, tikinti şirkətlərindən, müxtəlif iş adamlarından külli miqdarda rüşvət alan agentlik sədri, Abşeron rayonunu özü boyda tikinti meydançasına çevirib. Mərtəbə və mənzil sayından asılı olaraq, hər bina üçün iş adamlarından 200-600 min manat məbləğində rüşvət alan bu şəxs, tikintidə təhlükəsizlik məsələsinə də ancaq dollar prizmasından yanaşır. Yəni tikinti üçün Cəbrayıl Xanlarovun cibini dolduran şəxs bununla tikintidə təhlükəsizlik problemini də həll etmiş olur. Əmin olur ki, daha onun inşa etdiyi binanın təhlükəsizlik şərtlərinə nə dərəcədə cavab verdiyini kimsə araşdırmayacaq.
Cəbrayıl Xanlarovun pula olan sevgisi sayəsində Masazır və Xırdalanda bir-birindən keyfiyyətsiz binaların sayı sürətlə artmaqdadır. Tikinti normalarına cavab verməyən bu binalar Abşeronun görüntüsünə xələl gətirməklə yanaşı, vətəndaşların həyatı üçün də real təhlükə yaradır.
İşin ən maraqlı tərəflərindən biri isə ondan ibarətdir ki, Cəbrayıl Xanlarov öz qanunsuz əməllərinə bəraət qazandırmaq üçün  nazir Kəmaləddin Heydərovun adından istifadə edir, tikinti icazələrinin məhz fövqəlnazir tərəfindən verildiyini bildirərək, qiymətlərin də məhz onun tərəfindən müəyyən edildiyini vurğulayır. Cəbrayıl Xanlarov bu yolla istənilən tikinti icazəsinin vaxtını aylarla uzada, bu yolla qiyməti bir neçə dəfə artıra bilir ki, bu da agentlik rəisinə böyük vəsaitlər qazandırır. Nazir Kəmaləddin Heydərovun adını bədnam etməklə özünə milyonlar qazanan Cəbrayıl Xanlarov, öz rəhbərinə xəyanət etməyi yaşam tərzinə çevirib. O, məhz bu cür bəd əməllərlə özünə böyük biznes imperiyası formalaşdırıb ki, bu haqda gələn yazılarımızda bəhs edəcəyik.







Xəbəri paylaş


 
 


Xəbər lenti