Naxçıvanda sahibkarlara `RACON KƏSİBLƏR`... - nazirlik SUSUR...

 
11-09-2024, 11:12            113 dəfə baxılıb
Naxçıvanda bağlanan qum kaxranalarının yenidən işə düşməsi üçün hər bir sabihkardan 150 min manat tələb edildiyi iddia olunur.

Pravda.az-ın xəbərinə görə, sosial şəbəkələrdə sahibkarların yaydığı şikayətdə bildirilir ki, onlardan əlavə olaraq aylıq 2 min manat da istənilir.

İddia edirlər ki, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Narizliyi bir müddət öncə karxanaların bağlanması ilə bağlı qərar verib, sonradan nazir Xanlar Mustafayev sahibkarları qəbul edərək, karxanaların yenidən işə düşməsi üçün onların hər birindən 150 min manat tələb edib.

Prada.az məsələ ilə bağlı sentyabrın 10-da Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanlayıb. Qurumdan günün sonunadək mövqe bildiriləcəyi qeyd edilsə də, geridönüş edilməyib, zənglərə də cavab verilməyib.



Xəbəri paylaş


 
 


Xəbər lenti