7 saylı Yol İstismar İdarəsi "COP 29-dan necə pul çıxarır"?-FOTOLAR

 
16-09-2024, 11:56            192 dəfə baxılıb
Azərbaycanda bir sıra hökumət strukturları BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə əlaqədar nəzarət tədbirləri, həmçinin abadlıq işləri keçirirlər. Aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı məsul şəxslərə icrası məcburi göstərişlər verilir. Gözlənilən nəhəng beynəlxalq tədbir ərəfəsində paytaxtın küçə və prospektlərdə yol infrastrukturu yenidən qurulur.Ancaq müşahidələr göstərir ki, hazırki vəziyyəti tədbirlərin həyata keçirilməsi üçün dövlət tərəfindən ayrılan vəsaitdən oğurlamaq, ciblərini doldurmaq üçün fürsət kimi dəyərləndirənlər də vardır. Bu günlərdə “Mediatv.az” portalı redaksiyasına daxil olmuş informasiyaya görə, COP 29 tədbirləri çərçivəsində şəhərin mərkəzində aparılan yol inşaat işləri zamanı qoparılan köhnə asfalt örtüyünün Bakıətrafı qəsəbələrdə məhəllədaxili yollara, darvazalarının ağzına asfalt döşətdirmək istəyən vətəndaşlara satılması halları yer almaqdadır. Məlumatda bildirilir ki, paytaxtın Suraxanı rayonunun Samir Əliyev küçəsində iki işbaz(əlaqə telefonları məlumdur) özünü 7 saylı Yol İstismar İdarəsinin əməkdaşı kimi təqdim edərək, idarə rəisi Müşfiq İmranovun adından hərəkət etdiyini deyir, kavadrat-metri 3.50 manatdan 5 sm qalınlıqda döşətdirəcəyi vədi ilə 50-dən artıq vətəndaşı aldadıb.Suraxanı rayonunun Samir Əliyev küçəsin sakinləri işbazlar tərəfindən aldadıqlarını və onların gördükləri işdən narazı qaldıqlarını bildirirlər.Sakinlərin verdiyi məlumata görə işbazlar onları aldatmış,gördükləri işləri təhvil vermədən pulu alıb "aradan çıxmışlar".Məsələ burasındadır ki, o, müştərilərlə söhbətində keyfiyyətsiz asfaltın mənbəyini gizlətmir və hətta bu barədə işbazların Tik-Tok sosial şəbəkə platformasında açdıqları səhifədə  də açıq-açığına bildirilir. Maraqlıdır ki, yenilənmmə işləri nəticəsində qoparılmış köhnə asfalt qırıntısının harada və neçəyə, hansı hökumət qurumu tərəfindən satılması barədə rəsmi mənbələrdə elan və heç bir məlumat yoxdur. 7 saylı Yİİ-nin adından istifadə edilərək qanunsuz asfaltlama işlərinin özü də məhz idarənin texnikası ilə görülməsinə münasibətini öyrənmək üçün İdarənin baş mühəndisi ilə telefon əlaqəsi saxladıq və suallarımızı bildirdik. Baş mühəndis təmsil etdiyi idarənin elə bir işçisi olmadığını, ümumiyyətlə, idarənin bu işlə heç bir bağlılığının olmadığını söylədi.Lakin az sonra aldadılmış vətəndaşlardan öyrəndik ki, jurnalistlərin işə qarışmasından xəbər tutan işbazlar təşvişə düşüblər.Sual oluna bilər,əgər bu işbazlar 7 saylı yol idarəsi ilə əlaqədə deyilsə,bizim idarəyə zəngimizi haradan bilirlər? Düşünməyimiz əsaslıdır ki, onların vurnuxmaları məhz baş mühəndislə söhbətimizin nəticəsidir, xəbər də onlara idarənin özündən verilib.
   Görəsən bu işbazlar görəsən nə adı altında fəaliyyət gösdərirlər və onların fəaliyyəti hansı qanunla tənzimlənir?Bu asfalt qırıntıaını haradan və neçiyə alırlar?İşçilərlə hansı əmək müqaviləsi vardır?Onlar özlərinə aid Tik-Tok sosial şəbəkə platformasında açıq aşkar asfalt qırıntısı ilə yol təmir etdiklərini reklam etməkdən belə çəkinmirlər.Belə işbazların dalında görəsən hansı qüvvələr durub?
İndi söz Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri cənab Saleh Məmmədovun və hüquq-mühafizə orqanlarınındır. Bəlkə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və hüquq-mühafizə orqanlarının işə müdaxiləsindən sonra suallarımıza cavab tapa bildik.Onu da xatırladaq ki,7 saylı Yİİ-nin rəisi Müşfiq İmranov, Yol İstismar sahəsində uzun müddət rəhbər vəzifədə çalışmış Zahid Nuriyevin kürəkənidir.
     Mövzuya qayıdacağıq.
    








Xəbəri paylaş


 
 


Xəbər lenti