Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir - SENSASİON DETALLAR
16-09-2024, 12:14 112 dəfə baxılıb
Bu gün, sentyabrın 16-da Sumqayıt Apellyasiya Məhkəməsində Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin məhkəməsi keçiriləcək.
Əyalətmedia.az xəbər verir ki, bu barədə Musavat.com-a şabranlı sahibkar Mansur İbrahimov məlumat verib. Deyib ki, sabiq deputat İlham Əliyev Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etdiyi apellyasiya şikayətinin əsassızlığı bilir, buna baxmayaraq məqsədli şəkildə məhkəməyə müraciət etməklə vaxt qazanır.
Mansur İbrahimov hesab edir ki, qarşı tərəf məhkəməyə müraciət etmək hüquqdan sui-istifadə edir.
Məqsəd illər öncə ələ keçirdiyi torpaqlarındakı bağlarda əkdiyi ağacların meyvəsini yığıb satmaq, külli miqdarda vəsaiti ələ keçirməkdir: "Bu adam məhkəmələrə heç bir əsası olmayan vəsatətlər, iddialar verməklə hüquqdan sui-istifadə edir. Günü-günə, ayı-ilə calayırlar ki, bağlarımdan meyvələri yığıb satsınlar. Azərbaycan məhkəmələrindən öz maraqlarının təmin edilməsi üçün bu şəkildə istifadə edir. Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsindən verdiyi apelyasiya şikayəti də məhz buna xidmət edir. Sadəcə bu yolla vaxtı uzadır ki, bağlarımda bacardıqca çox qalıb meyvələri talasınlar. Tonlarla gilası, almanı, armudu və ən müxtəlif meyvələri mənə məxsus bağlardan oğurlayıb, satırlar. Bütün bu oğurluqlar vaxt uzadılması hesabına baş tutur.
Sumqayıt Kommersiya Məhkəməsində hakim Fərman Həmidlinin sədrliyi ilə mənim iddiama baxılarkən qarşı tərəf dəqiq bilirdi ki, haqsızdır, məhkəməni uduzacaq. Daha Ramiz Mehdiyev də vəzifədə deyil ki, məhkəmə sədrlərinə zəng edib kürəkəni üçün istədiyi hökmü, qətnaməni verdirə bilsin. Ona görə də məhkəmədə vəkili bir-birindən əsassız, iş üçün heç bir əhəmiyyət kəsb etməyən vəsatətlər verirdi.
Təsəvvür edin, vəsatətlərdən biri təsisçinin prosesə dəvət olunması, digəri zəbt olunmuş torpaqların yerləşdiyi bələdiyyə sədrinin prosesə çağırılması, daha biri mənim şikayətlərim üzrə başlanmış cinayət işindən sənədlərin tələb olunması ilə bağlı idi. Həm də hər 3 vəsatətlə bağlı prosesin təxirə salınmasını, yenidən vaxt qazanmalarına şərait yaradılmasını istəyirdilər. Məhkəmə hər 3 vəsatəti araşdıraraq əsassız olması səbəbindən rədd etdi. Buna qədər də təyin olunan 3 proses İlhamın vəkilinin təqdim etdiyi vəsatətlər və xahişlər səbəbindən baş tutmamışdı. Hər dəfə bir səbəblə prosesin təxirə salınmasını xahiş edirdilər ki, bağlarda meyvə yetişsin, yığıb satısınlar! Bütün güclərini prosesin maksimum uzanmasına səfərbər etmişdilər. İndi də Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verməklə bağlarımdan çıxmalarını ləngitməyə çalışırlar”.
Onun sözlərinə görə, proses süni şəkildə, hüquqdan sui-istifadə edilməklə uzandıqca zəbt olunan bağları Mehdiyevin kürəkəninin nəzarətində qalır və bağlardakı ağacların meyvələri yığılaraq satılır, böyük gəlir də müvafiq olaraq onun cibinə gedir.
Ramiz Mehdiyevin kürəkəni deputat olduğu günlərdə, 2011-2019-cu illər ərzində sahibkar Mansur İbrahimova məxsus olan Şabran rayonu, Gəndab, Aygünlü və Dəvəçi kəndləri ərazisində yerləşən ümumilikdə 52 hektar bağ torpaq sahələrini zəbt edib.
Bu haqda sahibkarın dediklərindən sitat:
“Bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə şikayət etmişdim. Şikayətim əsasında 5 aya yaxın araşdırma aparıldı. Nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən 24 oktyabr 2022-ci il tarixli №006-247661222 saylı məktubun icrası ilə əlaqədar qoyulmuş suallar Ağır cinayətlərin istintaqı şöbəsinin, xüsusilə mühüm işlər üzrə baş müstəntiqi Cövdət İsgəndərovun və “Turaz” MMC-nin icraçı direktoru Zahir Ələskərovun iştirakı ilə araşdırıldı. “Turaz” MMC-nin Şabran rayonu ərazisində istifadə olunan torpaq sahələri GPS aləti vasitəsilə ölçüldü və həmin sahələrin kimin mülkiyyətində olması barədə məlumatların - xəritə üzərində cizgiləri və mülkiyyətçilərin adlı siyahısı tərtib olundu. Bilindi ki, Mehdiyevin kürəkəni mənə məxsus 83 hektar bağ torpaq sahəsini zəbt edib. Hazırda 83 hektarın 52 hektarlıq bağ hissəsi ilə bağlı iddiaya baxılır. DİN-in bu araşdırmasına qədər, 2020-ci ilin sentyabrında Şabran Rayon Məhkəməsində mənim Mehdiyevin kürəkəninə qarşı zəbt olunmuş bağ torpaq sahələrimin geri qaytırılmasına dair iddiama baxılıb şikayətim təmin olunmuşdu. Məhkəmə qaydasında qət olunmuşdu ki, sabiq deputat mənim torpaqlarımdan çıxarılmalıdır.
Mehdiyevin kürəkəni həmin qətnamədən apellyasiya şikayəti verdi. Şikayətə hakim Gülnarə Tağızadənin sədrliyi ilə baxıldı, İ.Əliyevin şikayəti qanunsuz və əsassız olduğundan rədd edildi. Sabiq deputat bu dəfə Ali Məhkəməyə şikayət verdi və işin kommersiya xarakterli olmasını əsas gətirməklə kommersiya instansiyasına verilməsini tələb etdi. Bütün bu şikayətlər, qarşılıqlı iddialar hüquqdan, qanunlardan sui-istifadə, sırf məhkəmələrin süni şəkildə uzadılmasına xidmət edən addımlardır.
Məhkəmələrin gedişində sabiq deputatın ətrafı açıq şəkildə deyirdi ki, məhkəmələri özləri uzadırlar ki, vaxt udsunlar, zəbt olunan torpaqların mümkün qədər çoxu onların istifadəsində qalsın. Hər ötən il mənim torpaqlarımda əkib-becərdiyim ağaclardan meyvələri yığıb satır, külli miqdarda gəlir əldə edirlər. Buna görə də heç bir əsası olmayan şikayətlərlə məhkəmələri uzadırdılar. Sabiq deputatın Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etdiyi qarşılıqlı iddia da bu qəbildən idi. Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Almaz Süleymanova onun bu şikayətini də rədd etdi. Vaxt, zaman isə gedir. İllərdir ki, zəbt olunan torpaqlarımı Azərbaycan dövləti mülkiyyətimə qaytara bilmir. Mehdiyevin kürəkəni bu gün də özünü qanunlardan üstün bilir”.
Mansur İbrahimov bildirmişdi ki, 2011-ci ildə Mehdiyevin kürəkəni Kərim Məmmədov və Məhəmməd Balaqadaşov vasitəsilə onunla tanış olub. O zaman sabiq deputat ona şəriklik təklif edib. Şərti də bu olub ki, o, sərmayə qoyacaq, Mansur İbrahimov isə şirkətin genişlənməsini təmin edəcək:
“Söhbətimiz Kərim Məmmədovun bacısı Minavər Əsədovanın evində oldu. O zamanlar bəzi maneələr vardı, kürəkənin təklifi ilə razılaşmalı oldum. İttiham olunan şəxs “Turaz” MMC-yə 50 faiz ortaq oldu. Lakin şərikliyimiz elə ilk gündən baş tutmadı. Çünki sabiq deputat vəd etdiyi vəsaitləri şirkətə vermədi, əksinə, şirkətin mühasibatlığını məhv elədi. Deyirdi ki, mənə mühasibatlıq yox, “uçotçik” lazımdır. Mən isə bununla razılaşmırdım, deyirdim ki, hər bir manatın qeydiyyatı olmalı, mühasibatlığı aparılmalıdır. Uzun müddət münasibətlərimiz gərgin oldu, bağlardan yığılan meyvələrin satışı, hesabatı məndən gizlədilirdi. Bu işlərə Kərim Məmmədov və onun qaynı Zahir Ələsgərov baxırdılar. Mən öz şirkətimdə sırf hüquqi hesabatlara nəzarət edə bilirdim. Ümumiyyətlə, mənə maaş belə verilmirdi. kürəkən cibində deputat mandatı qayınatası Ramiz Mehdiyevə güvənir, mənim sıfırdan qurduğum şirkəti beləcə ələ keçirmişdi. Ayın yarısından çoxunu Şabranda keçirir, hər gələndə başının dəstəsi ilə məclis qururdu. Məni öz şirkətimdə kənar bir şəxsə çevirmişdilər. Qanunsuzluqlarına etirazlarımı da qulaqardına vururdu. Açıq şəkildə məni həbslə hədələyirdi. Başa düşürdüm ki, şikayətlərimin heç bir nəticəsi olmayacaq. Ona görə də “Turaz” MMC-də Mehdiyevin kürəkəninin özbaşınalığı ilə bağlı şikayət etməmişdim. 2019-cu ilin avqustunda sabiq deputat mənim digər şirkətim “Dostluq MK” MMC-yə də əl qoymağa çalışırdı. Görürdüm ki, həmin MMC-nin də bağ torpaq sahələrini ələ keçirəcək. Mənə təklif etdi ki, “Dostluq MK” MMC-dəki 50 faiz payımı ona 3 milyon manata satım. Düşündüm ki, şirkətin 50 faizini ona satmaqla vəziyyətdən çıxaram, digər sahələrdə işimi genişləndirərəm. Lakin ittiham olunan şəxs alqı-satqı müqaviləsi ilə MMC-nin 50 faizini alsa da, pulu ödəmədi. Bu günə qədər də mənə 3 milyon manatı ödəməyib. Hazırda bu işlə bağlı Ali Məhkəmədə əlavə kassasiya şikayətim var. Bundan başqa, Ali Məhkəmədə “Turaz” şirkətindəki şərikliyimizlə bağlı da şikayətim var. Şikayətin mahiyyəti budur ki, mən şirkətə 2 milyon 578 min 220 manat vəsait qoymuşam. Bu məbləği mən havadan demirəm, məhkəmə qərardadı əsasında təyin olunan məhkəmə mühasibatlıq ekspertizası müəyyən edib. O, həmin məbləği mənə ödəməlidir. Sumqayıt Kommersiya Məhkəməsində kürəkənə qarşı iddia tələbim bu olmuşdu ki, mülkiyyətimdə olan və “Turaz” şirkətinin 400 hektarlıq bağ torpaq sahələrinə qanunsuz olaraq qatılan 52 hektar bağ torpaq sahəm mənə qaytarılsın. Ümumilikdə isə qanunsuz olaraq “Turaz” şirkətinin 400 hektarlıq bağ torpaq sahələrinə mənə məxsus olan 83 hektar bağ torpaq sahəsi qatılaraq zəbt olunub. 52 hektar torpaq sahəsi dövlət reyestrində mənim mülkiyyətimdədir”.
Qeyd edək ki, sabiq deputatın apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Zaur Məmmədovun sədrliyi ilə baxılacaq.

Xəbəri paylaş