Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –NONSES
20-09-2024, 11:31 173 dəfə baxılıb
İki il dalbadal işıqlandırılmasına cəmi 300 000 manata yaxın vəsait xərclənən rayon mərkəzinin “gecəsi ilə gündüzünün fərqi olmamalıdır”…
Ağsu Rayon İcra Hakimiyyətinin başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Ağsu şəhərində 2024-cü ildə aparılacaq işıqlandırma işləri ilə bağlı tenderə yekun vurub. 18.09.2024-cü il tarixdə yekunlaşan müsabiqəyə görə Nümayəndəlik “Topxana Layihə İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) 135 582 manat ödəməli olacaq. Qarışılığında da Ağsu şəhərinin qaranlıq küçələri işıqlanmalıdır…
Bu istiqamətdə Yenixeber.org-a daxil olmuş məlumatlarla bağlı müəyyən araşdırmalar apara bilmişik.
İlk diqqəti çəkən Ağsu Rayon İcra Hakimiyyətinin eyni iş üzrə-küçələrin işıqlandırma işləri ilə bağlı-eyni şirkətlə-“Topxana Layihə İnşaat” MMC ilə ötən il də 154 934 manatlıq müqavilə bağlamasıdır(?) Təkcə bu fakt kifayət qədər ciddi suallar doğurur: Ağsu nə boyda şəhərdir, hansı sayda küçələri var ki, hər il işıqlandırma ilə bağlı dövlətin yüzminləri xərclənsin? Həm də niyə, hər dəfə “Topxana Layihə İnşaat” MMC…? Yoxsa, arada bir “Centlemen razılaşması” var? Və.s.
Ağsudan oxucularımızın Yenixeber.org-a bildirdiklərinə görə son illər bu şəhərin küçələrində işıqlandırma ilə bağlı hansısa bir yenilik görünmür. İki il dalbadal işıqlandırılmasına cəmi 300 000 manata yaxın vəsait xərclənən rayon mərkəzinin bəlli mənada “gecəsi ilə gündüzünün fərqi olmamalıdır”. Nə yazıq ki, gerçəklik kökündən fərqlidir: Hər il dövlətin yüzminləri xərclənən Ağsu şəhərinin küçələri aydınlığa çıxmır ki, çıxmır…
Digər faktor isə Ağsu Rayon İcra Hakimiyyətinin başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin “Topxana Layihə İnşaat” MMC ilə əməkdaşlığına dair Dövlət Satınalmaların Vahid İnternet Portalının “Ətraflı” bölməsində alınacaq malların, görüləcək işlərin hər birinin qiymətinin göstərilməməsidir(?) Baxmayaraq ki, görüləcək işlər və miqdarlar göstərilir…
Biz Yenixeber.org olaraq toxunduğumuz məqamlarla bağlı qarşı tərəf kimi Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlikdəndə mövqe öyrənmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu…Bizimlə telefon söhbətində mühasib suallarımıza cavab verə bilməyəcəyini və bu haqda Ağsu Rayon İcra Hakimiyyətinin başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlham Nurəhmədova məlumat verəcəyini desə də, nəticə olmadı.
***
Digər tərəf – “Topxana Layihə İnşaat” MMC ilə isə əlaqə yaratmaq mümkün olmadı… Maraqlıdır ki, dövlət satınalmalarında öncül şirkətlərdən sayılan, dövlətin yüzminlərlə pulunun etibar edildiyi -“Topxana Layihə İnşaat”ın nəinki saytına, hansısa əlaqə vasitəsinə də rast ola bilmədik.
Google üzərindən öyrənə bildiyimiz o oldu ki, “Topxana Layihə İnşaat” MMC 17 aprel 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 110 010 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Cavanşir küçəsi, ev 27, mənzil 39-da yerləşir. MMC-nin qanuni təmsilçisi Ələkbərov Fuad Vaqif oğludur.
“Topxana Layihə İnşaat” MMC 2021-ci ilədək RRT LTD Firması adı altında fəaliyyət göstərib. Maraqlıdır ki, bu şirkətin qeydiyyata alınma tarixi ilə “Topxana Layihə İnşaat” MMC-nin qeydiyyata alınma tarixi arasında ziddiyyət var. Reyestr məlumatlarında görünür ki, RRT LTD Firması 2007-ci ildə qeydiyyata alınıb. 2021-ci ildə isə adı dəyişdirilərək “Topxana Layihə İnşaat” MMC qoyulub. Bu halda ortaya ziddiyyət çıxır. Əgər “Topxana Layihə İnşaat” MMC RRT LTD Firmasının varisidirsə və sözügedən firma 2007-ci ildə qeydiyyata alınıbsa, o zaman necə olur ki, “Topxana Layihə İnşaat” MMC-nin 1996-cı ildə qeydiyyata alınır?
Sonda qeyd edək ki, “Topxana Layihə İnşaat” MMC təkcə ötən 54 tenderin qalibi seçilib./yenixeber.org

Xəbəri paylaş