Goranboyda büdcə pullarının ŞƏRİKİ VAR... - DƏDƏ MALI kimi yeyir...
24-09-2024, 12:04 139 dəfə baxılıb
Goranboy rayonu ərazisində fəaliyyət göstərən və ötən illər ərzində fəaliyyəti daha çox tənqid olunan idarə, müəssisə və təşkilatlar içərisində rayonun Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin adı daha çox hallanır. Daşqın Hacıyevin rəhbərlik etdiyi bu dövlət qurumu ilə bağlı, xüsusilə həmkarlar ittifaqı ilə yaşanan problemlərə aid indiyə kimi ayrı-ayrı media qurumlarında tənqidi məqalələr yayımlanıb. Məlumatlara görə, Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrrəm Quliyev, 5 aprel 2019-cu il tarixdən indiyə kimi hər bir vəzifə sahibinə fəaliyyətini günün tələbləri səviyyəsində davam etdirməyi dönə-dönə tapşırmışdır.
Buna baxmayaraq, hələ də vəzifə sahibi olan bəzi şəxslər, o cümlədən Goranboy rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbərliyi iş fəaliyyətində müəyyən “axsamalar”a yol verməkdədir. Məsələn, rayondan cumhuriyyet.az-a daxil olan məlumatlara görə, Daşqın Hacıyevin rəhbərlik etdiyi bu dövlət qurumunda elə şəxslər var ki, onların adları Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə aid ştat cədvəlində gedir, amma həmin şəxslər (söhbət 3 nəfər şəxsdən gedir) bu gün tamam başqa sahədə işləyirlər. Deməli, Daşqın Hacıyev rəhbərlik etdiyi sahədə hər cür maxinasiyalara qol qoyur və icra başçısı cənab Məhərrrəm Quliyevin verdiyi tapşırıqları saya salmır.
Daşqın Hacıyev bir müddət öncə Həmkarlar İttifaqına köçürülməli olan vəsaiti mənimsəyib və həmin məbləği öz hesabına köçürüb. Hətta tərəflər bir-birindən hüquq-mühafizə orqanlarına və digər müvafiq qurumlara şikayət ünvanlayıblar. Goranboy rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə Həmkarlar İttifaqı arasında yaşanan mübahisənin səbəblərindən danışan məlumatlı şəxsin cumhuriyyet.az-a bildirdiyinə görə, Daşqın Hacıyev Həmkarlar İttifaqına köçürülməli olan vəsaiti mənimsəyib: “Goranboy rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi bir il ərzində Həmkarlar İttifaqına 3000 manatdan bir qədər artıq vəsait köçürməli imiş. Lakin Daşqın Hacıyev özünə şəxsi kart hesabı açaraq, ordan vergini tutub həmin məbləği öz hesabına köçürüb”. İndi isə işin üstü açılıb və məlum olub ki, Goranboy rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Həmkarlar İttifaqının pulunu mənimsəyib. Bu səbəbdən də hazırda tərəflər arasında ciddi münaqişə yaşanmaqdadır.
Bütün bunlardan əlavə, hal-hazırda rayon ərazisində müəyyən söz-söhbətlər də dolaşır ki, Daşqın Hacıyev orda-burda “Hamı bilsin ki, mən icra başçının adamıyam” deyə, öz adı ətrafında belə bir təbliğatını aparır. Hələlik, bunun nə dərəcədə həqiqət olub-olmaması ilə bağlı dəqiq nəsə deyə bilməsək də, deyəcəyimiz odur ki, yerlərdə belə bir məlumatlar dolaşır.
P.S. Hörmətli oxucular! Növbəti yazımızda adları Goranboy rayon MKTİB-nin ştat cədvəlində gedən 3 nəfər şəxsin, bu gün hansı ünvanda çalışmalarından, eyni zamanda bu quruma rəhbərlik edən Daşqın Hacıyevin RİH-də Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Gülbəniz Kərimova ilə qurduğu işbirliyindən və s. kimi olaylardan bəhs edəcəyik.

Xəbəri paylaş