Gəncə Dövlət Universitetində rüşvət "ŞİRİNLİK" kimi alınır... - VİDEO
4-10-2024, 11:48 128 dəfə baxılıb
Azərbaycan təhsilində daha bir biabırçılıq.
"DogruXeber.az" xəbər verir ki, bu günlərdə sosial şəbəkələrdə Gəncə Dövlət Universitetində diplomun qarşılığında tələbədən. Pul tələb olunduğu - daha doğrusu pul alındığına dair görüntülər yayılıb.
Tələbənin özü tərəfindən lentə alınan həmin görüntülərdə tələbənin özünə, biliyinə güvəndiyi və pul verməməkdə nə qədər iddialı, israrlı olduğu, amma buna rəğmən pul verməyə məcbur buraxıldığı aydınca anlaşılır.
"Rüsum" adı ilə tələb olunan rüşvətdən bəhs olunarkən səlahiyyətli şəxs telefonda bu barədə nəsə deməyə ehtiyat etdiyini də vurğulayır.
Qeyd edək ki, Gəncədə bu kimi halların var olma tarixi taa sovet hakimiyyəti illərinə qədər uzanır.
Hətta, xatırlayırsınızsa Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2013-cü ildə filialda apardığı araşdırma nəticəsində ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, tədrisin təşkilində, maliyyə intizamında, təhsil sənədlərinin saxlanılması və verilməsində ciddi nöqsanlara yol verildiyi müəyyən edilmiş, Gəncə Müəllimlər İnstitutunda təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunmuşdur. Qeyd edilən pozuntu hallarına yol verdiyinə görə təhsil nazirinin müvafiq əmri ilə filiailın direktoru Ramiz Məmmədov vəzifəsindən azad edilmiş və aşkarlanan pozuntuların kütləvi xarakter daşıdığı nəzərə alınaraq, onlara hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Baş Prokurorluğa göndərilmişdir.
Azərbaycan Respublikası Prezidentinin11 sentyabr2014-cü il tarixli, 284 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında edilmiş dəyişikliklərə müvafiq olaraq Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırılmışdır. Bundan sonra tələbələr Gəncə Dövlət Universitetinə köçürülmüşdür. Ardından isə oxşar qanun pozuntuları GDU-də bu gün də davam etdirilir. Yeni yayılan bu görüntülər isə bir daha Yusif Yusibov fəaliyyətinin təhsilimiz üçün silinməz ləkə və qorxunc təhlükə olduğunu bir daha təsdiqləmiş oldu.
Əslində, heç bu da sözügedən təhsil müəssisəsi barəsində yeni xəbər deyildi. El arasında - əsasən də bölgələrdə "camaat qurtan" adı ilə məşhur olan GDU-nin bu "tükənməyən ruzi"dən kənarda qalan bir qrup müəllimləri dəfələrlə. "[email protected]" elektron ünvanına məktub göndərərək, Yusif Yusibov və ona yaxın olan bir neçə şəxslərin "yağ-bal içində üzdüyü" halda, onların maaşının minimum əmək haqqından da aşağı olduğundan gileylənirdilər.
Məktublardan birində deyilir :
“Cənab Prezident, biz-Gəncə Dövlət Universitetinin müəllimləri müxtəlif orqanlara dəfələrlə müraciət etmişik. Sanki hansısa sehrli bir qüvvə burada baş verən qanunsuzluqların Sizə gedib çatmasının qarşısını almağa göstəriş vermişdir. Universitet artıq idarə olunmaz hala gəlib, qanunsuzluq, özbaşınalıq baş alıb gedir.
Məlumunuz edirik ki, Gəncə şəhərində yerləşən universitetlərin hamısında əmək haqqı Gəncə Dövlət Universitetindən xeyli yuxarıdır. Ancaq GDU-da tələbələrin sayı və ödəniş haqqı o biri universitetlərdən çoxdur. Rektor Yusif Yusibov əməkdaşlara deyir ki, nə vaxt nazir dövlət sifarişi ilə oxuyan tələbələrin ödəniş haqqını qaldırsa, onda biz bu məsələyə baxa bilərik. Universitetin büdcəsi rəhbərlik tərəfindən talan olunur. Keçən il alınmış stolları, stulları, lövhələri, partaları, mebelləri, nootbukları bu il çıxarıb təzəsini alırlar. Çıxarılan avadanlıqlar isə silinərək satılır. Heç bir avadanlığın qaimədəki qiymətləri ilə real qiymətləri uyğun gəlmir. Baha qiymət yazılır, ancaq bu qiymətdən 5-6 dəfə ucuz keyfiyyətsiz mallar alınır. On manata alınacaq avadanlıqları beş-altı dəfə baha qiymətə sənədləşdirib pulları silirlər. Bundan başqa universitetin pullarını təmir adı ilə silirlər, amma təmiri isə dekanlardan pul yığıb onlara etdirirlər.
Baş nazir Əli Əsədov Elm və Təhsil Nazirliyində olan 89 xidməti maşınların sayını 13-ə saldığı halda bizim universitetdə günü-gündən maşınların sayı artır, rektorun köməkçisinə, prorektorlara, müşavirinə, magistr təhsili belə olmayan, universitetin nəzdində yaradılmış İdman klubunun sədrinə də xidməti maşını və sürücü ayırıblar (20 AA 522). Bu maşınlar üçün də qarşısına asfalt salmaq üçün hər dekandan 500 manat almaqla universitetin həyətində maşın dayanacağı düzəldilir. Azərbaycan Texnologiya Universitetində cəmi 2 maşın biri rektorun, biri isə prorektorun var. Amma GDU-da 8 xidməti maşın var. Söhbət maaş artımından düşəndə isə rektor cənabları az qalır dəsmal çıxardıb ağlaya ki, heç indiki maaşı verməyə pulumuz çatmır.
Elm və Təhsil nazirindən soruşmaq istəyirik ki, necə olur başqa universitelərdə əmək haqqı Gəncə Dövlət Universitetindən xeyli yüksəkdir? Prezident fərman verib minimum əmək haqqını 300 manat edəndə Gəncədəki universitetlər maaşları 20-40 % artırdı. Azərbaycan Texnologiya Universiteti 14 sentyabr 2022-ci ildə Elmi Şuranın qərarı ilə maaşları yenidən 20% artırdı. Amma bunlar GDU-da baş vermədi. Minimum əmək haqqı 300 manat olsa da GDU-da tədris-köməkçi heyət hələ də 250-270 manat maaş alırlar. Bir ştat dosent vəzifəsini tutan şəxsin maaşı digər universitetlərə nisbətən GDU-da qat-qat aşağıdır. Azərbaycan İqtisad Universitetində dosent üçün saat hesabı dərsin 1 saatının ödəniş haqqı 27 manat, Azərbaycan Texnologiya Universitetində 12 manat, Gəncə Dövlət Universitetində isə 3 manat təşkil edir. Rektor həm də maşın həvəskarıdır. Onun kolleksiyasındakı bütün bahalı maşınların hamısının nömrəsi xidməti maşınına uyğundur (20 AA 082).
Bu kimi faktları çox göstərmək olar. Bir sözlə GDU-da maliyyə vəsaiti düzgün xərclənmir. Yusif Yusibovun qardaşı Cavanşir Yusibov Maliyyə Nazirliyində işlədiyindən onun bu əməlləri ört-basdır edilir. Yusif Yusibov həmişə deyir ki, "Mikayıl Cabbarov və Ceyhun Bayramov mənə dayı deyir" .
Gəncə Dövlət Universitetində lazımsız xeyli şöbələr yaradılıb. Bu şöbələr öz funksiyasına uyğun olmayan işlərlə məşğuldur. Tələbələrin dərsə davamiyyətini yoxlamaq üçün qrup nümayəndəsi, fənn müəllimi, dekan, dekan müavini, tyutorlar var. Müxtəlif şöbələrin əməkdaşları, rektorun və prorektorun köməkçiləri, bütün günü onu-bunu güdüb kimin nə danışdığını tədris məsələləri üzrə prorektora çatdıran Məhərrəm adlı şəxs əlinə siyahı alıb dərsi pozaraq gün ərzində bir neçə dəfə bütün auditoriyalarda tələbələrin dərsə davamiyyətini yoxlayır. Maraqlıdır, onda adları yuxarıda çəkilən şəxslər nə üçündür?
İnnovasiyalar departamenti-bu şöbəni "pul silən" şöbə adlandırmaq daha düzgün olar. Bu şöbənin əksər əməkdaşları erməni əsilli olmaqla bir ailənin üzvləridir. Bu şəxslər layihə adı altında xarici ölkələrdə gəzirlər. Ortada bir şey olmasa da, universitetin pulları layihə adı altında silinərək rəhbərlik tərəfindən xərclənir. Bu pullar nə qədər şirindirsə, vaxtı ilə erməni əsilli bu qardaşlara nifrət edən indiki prorektor Şahin Xurşudov da deyir ki, nə professor, nə dosent, bütün universitet Vasif və Asif qardaşlarının çiyinləri üstündə dayanır. Amma Vasif Həsənov özü "İnformatika" kafedrasının müəllimidir, amma bu günə kimi bir saat belə dərs keçməyib. Bütün tədris ili boyunca layihə adı altında Fransada, Ruminiyada, Hollandiyada və s. gəzir. İndi bir neçə ay bundan qabaq rektorun birləşdirdiyi kafedrada inqilab yaratmaqla, müəllimləri kafedra müdirinin üstünə qaldırıb kafedranı yenidən parçalamaq və öz xalası Gülmirə Verdiyevanı müdir seçdirmək istəyir.
Universitetdə Elm və innovasiyalar üzrə prorektor vəzifəsi var və olmalıdır. Amma bu ştat ola-ola rektor əlavə "Elm şöbəsi" yaratmaq, ora bir 10000 manat alıb müdir və 5000-7000 manat alıb bir neçə də əlavə işçi götürmək istəyir. Maraqlıdır, bütün əlaqədar təşkilatlar da bu hoqqalara göz yumur.
Ümumiyyətlə, Gəncə Dövlət Universitetində işin təşkili dövrün tələblərinə çavab vermir. Qabiliyyətli kadrlara üstünlük vermək əvəzinə rektor öz dəstəsinə aid olan əməkdaşları müxtəlif vəzifələrə təyin edir. Hətta iş o yerə çatıb ki, heç bir iş qabiliyyəti olmayan, hətta yerimək imkanı olmayan, yataq xəstəsi olan əməkdaşlar - "Kimya" kafedrasında Heydər Kərimov, Eyyub Mirzəyev, Qulu Qurbanov və "Riyazi analiz" kafedrasında Əliqulu Quliyev ştat cədvəlində saxlanılır, onlara əmək haqqı verilir, dərslər isə bəzi adamlar tərəfindən guya əvəz olunur. Ancaq elmi dərəcəsi olan müəllimlərə əlavə olaraq 0,5 ştat əvəzçiliklə işləməyə icazə vermək istəmirlər. Əvəzində bu il hərəsindən 7000-10000 manat almaqla 18 nəfər yeni müəllim götürüblər. Müəllimlərin işə qəbul imtahanından keçə bilməyən şəxslər GDU-ya müəllim götürülür. Universitetin təsərrüfat şöbəsində çoxlu "ölü canlar" var. Bunların da maaş kartları Yusif Yusibov və Fəxrəddin Həsənovdadır.
Ümumiyyətlə, Gəncə Dövlət Universitetində kadrların işə qəbulu olduqca bərbad vəziyyətdədir. Güya ki, işə qəbul olunmaq üçün komissiya yaradılıbdır. Ancaq komissiyanın tərkibinə nə kafedra müdirləri, nə yaxşı metodist müəllimlər salınmayıb, elmdən bixəbər təsadüfü adamlar salınıblar, onların da fəaliyyəti göz qabağındadır. Kadrların vəzifəyə təyin olunması onların iş qabiliyyətinə görə deyil, başqa meyarlarla təyin olunur. Üniversitetdə işə düzəlmək üçün xüsusi preskurant təyin olunmuşdur.
Süpürgəçi - 2-2,5 min manat
Laborant - 3-5 min manat
Müəllim - 8-10 min manat
Kafedra müdiri - 5-10 min manat
Dekan - 20-30 min manat və s.
Elm və Təhsil Nazirliyi universitetlərə güya müstəqillik verib, onlar da özlərinə uyğun şəkildə universitetləri idarə edir.
Niyə Azərbaycan Texnologiya Universitetində, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında əmək haqları ardıcıl olaraq iki dəfə qalxdığı halda Gəncə Dövlət Universitetində əmək haqqı qaldırılmır???
Ona görə də biz GDU əməkdaşları bütün günahları Elm və Təhsil Nazirliyində görürük.
Bütün universitetlərdə vahid qaydalar olmalıdır. Amma, hər bir universitet özü üçün qaydalar tətbiq edir. Bu isə təhsildə yolverilməzdir. Tələbələrin imtahan sessiyaında hansı özbaşınalıqlar olur, onları da valideyn və ictimaiyyət yaxşı bilir.
Bir daha diqqətinizə çatdırırıq ki, bütün bu məlumatlar universitetin öz çalışanları tərəfindən redaksiyamıza göndərilib. Ən acınacaqlısı isə budur ki, bu hələ GDU barəsindəki məlumatların yarısı belə deyil.
Qarşıdakı günlərdə, redaksiyamıza göndərilən bütün məlumatları silsilə şəkildə təqdim edəcəyik.
P.S: Qeyd edilənlər barəsində yazıda adı çəkilən şəxslərin mövqeyini dinləmək məqsədilə GDU-nin rəsmi internet saytında qeyd edilən +994 22 2667814 əlaqə nömrəsinə dəfələrlə zəng etsək də, hər dəfəsində, dəstəyi qaldırıb - asdılar.
Buna rəğmən hər kəsin söz haqqını tanıyırıq.

Xəbəri paylaş