Baba Rzayevin “örtülü bazar”ı dağıdılır
10-10-2024, 12:42 186 dəfə baxılıb
Hesablama Palatası "Azərenerji"də plandan kənar yoxlamalara başlayacaq.
Musavat.com-un əldə etdiyi məlumata görə, baş nazir Əli Əsədovun məlum sərəncamından sonra bu yoxlamalar həyata keçiriləcək.
Baba Rzayevin şəxsi falçısı Elman Əliyevlə əlaqə qura bilməsi ilə bağlı da xəbərlər yayılıb. Bildirilir ki, Elman Əliyev Baba Rzayevin müraciətlərinə cavab verməkdən imtina edib. Məlumata görə, Baba Rzayev əvvəllər Elman Əliyevin həyata keçirdiyi rituallar və cadu işlərinə görə ödənişləri vaxtında etməyib, bu da falçının narazılığına səbəb olub. Hazırda Baba Rzayev Elman Əliyevi yenidən öz tərəfinə çəkmək üçün səylər göstərir.
Qeyd edək ki, Baba Rzayev və falçı Elman arasında əlaqələr yeni deyil. İllər öncə Elman Əliyevin Baba Rzayevin xidməti kabinetində cadu etməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılmışdı. Bu, Rzayevin küfrə və caduyə inamını göstərirdi.
Baba Rzayevin əmlak və mülkiyyətləri ilə bağlı da məlumatlar yayılmaqdadır. Məlumata görə, Bakının Xəzər rayonunda ona məxsus çoxsaylı əmlak və biznes obyektləri var. Mərdəkan qəsəbəsində, 28 May küçəsində, keçmiş tikinti materialları mağazasının yerləşdiyi 5 hektar ərazidə kottec tipli evlər tikilir və mini şəhərcik salınır. Bu ərazidəki kotteclərin fantastik qiymətlərlə satışa çıxarılması planlaşdırılır.
Bundan başqa, Şüvəlan qəsəbəsində, Heydər Əliyev küçəsində yerləşən keçmiş Gülçülük sovxozunun 1 hektarlıq ərazisində Baba Rzayevə məxsus bağ evi var. O, həmçinin Dübəndi bağ massivində, "Mayak" adlanan ərazidə də geniş iqamətgaha malikdir. Zirə qəsəbəsindəki əkinə yararlı torpaqların 68 faizi Baba Rzayevin əlində cəmlənib və burada 100 hektarlıq göbələk ferması əmisi oğlu Firuz Rzayev tərəfindən idarə olunur.
Yayılan məlumatlara görə, Baba Rzayevin Bakının Səbayel, Xətai, Nəsimi və Yasamal rayonlarında 200-dən çox mənzili var. Həmçinin, "Azərenerji" prezidentinin saxta sənədlərlə əldə etdiyi başqa torpaq sahələri də siyahıya daxildir.
Baba Rzayevin Gürcüstanda “Sairme” müalicə-sağlamlıq kurortu, Dubayda və digər ölkələrdə biznes fəaliyyəti də mövcuddur.

Xəbəri paylaş