“Bosh shelf”in departament müdiri SOCAR prezidentindən çox maaş alır? – İLHAM EMİNBƏYLİ HAQDA ŞOK İDDİALAR

 
14-10-2024, 11:26            177 dəfə baxılıb
Cəbrayıl rayon sakini Əliyeva Məlahət İslam qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin redaksiyamıza göndərdiyi məktubu olduğu kimi dərc edirik:
“Mən, Cəbrayıl rayonundan məcburi köçkün düşən Əliyeva Məlahət İslam qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
44 il iş stajım var, 13 ilini Cəbrayıl rayonunda, 20 ilini SOCAR-da, 11 ilini isə “Bosh shelf” MMC-də işləmişəm.
Bildirim ki, “Bosh shelf” MMC-də Maliyyə Departamentinin rəisi İlham Eminbəyli vəzifəsindən sui-istifadə edir.
İşçiləri arasında məcburi köçkün və müharibə veteranları da var. 2013-cü ildə haqsız olaraq SOCAR-ın 7 nəfəri işçisini işdən çıxardılar. Mən də daxil olmaqla, 1  nəfər qaçqın, 2 nəfər müharibə veteranın maaşını 200 manat aşağı saldılar. Qorxudan heç birimiz etiraz edə bilmədik.
İlham Eminbəyli köməksiz insanların üzərindəki qələbəni mahnı oxuya-oxuya qeyd edirdi. Müharibə veteranı Çingiz Rüstəmovu işdən çıxarmaq üçün akt tərtib etdi və bütün mühasibatlıq əməkdaşlarına hədə-qorxu gələrək imza atdırdı. Mən isə həmin akta qol çəkmədiyimə görə, şəxsi ədavət güdərək, illərdir mənə qarşı kin saxlayır. Məhz bu səbəbdən də  həmişə mənə təzyiq göstərir.
İlham Eminbəyli məni işdən çıxarmaq üçün 10 dəfə Kadrlar Şöbəsinə müraciət edib. Mən və digər imtiyazlı işçilər 700 manat, özünün işə götürdüyü işçilər isə 4-8 min arası maaş alırlar. Əlavə olaraq, onları 6-cı günlər də işə çıxardır və maaşları 10 min manata qədər yüksəlir. İlin sonunda da nə qədər bonus yazırlar...
Rəhbərliyin özü və müavini ehtimal edirəm ki, 10 min manatdan yüksək maaş alır. Heç SOCAR prezidenti o qədər maaş almır.
Biz bilmək istəyirik ki, vaxtilə “Əsrin müqaviləsi” xalqın rifahı, yoxsa bunların kef sürub dolanması üçün bağlanılıb?

Hər dəfə Kadrlar Şöbəsinə  çağırılanda  böyük sarsıntı keçirirdim  və bu insanla üzləşməmək üçün 2024-cü ilin sentyabr ayında ərizəmi yazdım. Təəssüflə qeyd edirəm ki, Kadrlar Şöbəsi ərizəmin üstünü yazıb, maaşımın 2 mislini vermədi. Bu cür insanlara nə ad vermək olar?!

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.



Xəbəri paylaş


 
 


Xəbər lenti