Karyerası təhlükədə olduğu halda Nəsimiyə başçı gəlmək "eşqinə düşüb"?
21-10-2024, 12:50 129 dəfə baxılıb
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Azərbaycanın müstəqillik illərində bəlkə də yeganə icra başçısıdır ki, vəzifəyə təyin olunandan 40 gün keçməmiş ölkə rəhbəri tərəfindən cəzalandırılıb.Nahid Bağırov haqqında internet üzərindən araşdırma apardıqda şəhid ailələrinə soyuq münasibəti ilə fərqlənən, onların sosial problemlərinə laqeydlik göstərən, 40 min manata küçə və prospektlərdəki divarlara rəsm çəkdirən,fermer Teyyub Abdullayevlə iki ildən çox məhkəmə çəkişməsində və.s məsələrdə adı hallanan bir rayon rəhbəri kimi hallanıb. İsmayıllıda ərzaq məhsulları istehsalı ilə məşğul olan fermerlərə dəstək vermək, əl tutmaq əvəzinə, onların "ayağından ikiəlli dartmaqla məşğul olub".Nəticə etibarı ilə, Şəki İnzibati Məhkəməsi Nahid Bağırovun barəsində sensasion qərar qəbul etdi və başçının fermer T.Abdullayevin taxıl əkini sahəsini əlindən alıb başqasına vermək Sərəncamını özünə də ləğv etdirdi! Bu, əslində, başçı səviyyəsində qazdığın çalanı özünə də doldurtmaq demək idi.
Mediatv.az xəbər verir ki,mətbuatda yayılmış başqa bir məlumata görə 44 günlük Vətən Müharibəsinin qazisi olan 1997-ci il təvəllüdlü Röyal Mirzəyev, 23 oktyabr 2023-ci il tarixdə icra hakimiyyətində qəbulda olub, müalicə olunmasına köməklik edilməsi ilə bağlı müraciət edib. İcra başçısından müsbət cavab almayan Röyal Mirzəyev İsmayıllı rayon İcra Hakimiyyətinin qabağında üzərinə benzin tökərək özünü yandırıb və həkimlərin səyi nəticəsində xilas edilərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İcra başçısı Nahid Bağırovun nədən rayon sakinlərinə qarşı belə münasibət bəsləməsinin səbəbi bəlli deyil.Nahid Bağırovun Tərcümeyi-Halında da müyyən ziddiyətlər vardır.Rəsmi tərcümeyi-halından bəlli olur ki, 1979-da Bakıda doğulub, 1999-cu ildə, yəni 20 yaşında Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini bitirib və tələbə ola-ola 18 yaşında Sabunçu rayon məhkəməsində katib vəzifəsində işləyib.
Əgər 18 yaşında Sabunçu rayon məhkəməsində rəsmi katib vəzifəsində işləyibsə deməli qiyabi təhsil alıb.Qiyabi təhsil alanlar isə 18 yaşında həqiqi hərbi xidmətə çağrılırlar.Nahid Bağırovun adı-soyadı TQDK-nın qəbul siyahısında da tapılmır. Bəs, bu adam necə universitetə qəbul olub?Görünür bu adam testdən kənar,Azərbaycan Beynəlxalq Universitetinin o vaxtki rektoru Elşad Abdullayevin "öz xüsusi metodları"ilə universitetə,tələbə sıralarına daxil edilib.Nəhayət, bu ilin sentyabrın 5-də Baş Prokurorluğun mətbuat xidmətindən verilən rəsmi məlumatlarda bildirilir ki, İsmayıllıda tikinti işlərinin aparılması və torpaqların icarəsi üçün rüşvət tələb etməkdə təqsirləndirilən vəzifəli şəxslər həbs edilib.İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Süleymanov Əlişir Muxibbi oğlunun və rayonun Diyallı bələdiyyəsinin sədri vəzifəsini icra edən sədr müavini Surxayev Cahangir Məhyəddin oğlunun qanunsuz əməllərə yol verməsi barədə daxil olmuş məlumatlar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işləri başlanıb. İstintaq-əməliyyat tədbirləri ilə Əlişir Süleymanovun xidməti vəzifələrinin icrası ilə bağlı İsmayıllı şəhəri ərazisində yerləşən qeyri-yaşayış sahələrində müvafiq tikinti işlərinin aparılmasına maneə yaradılmaması və işlərin davam etdirilməsinə şərait yaradılmaqla himayədarlıq göstərilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməsinə və almasına əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, Cahangir Surxayevin vəzifə səlahiyyətlərini aşaraq ona müraciət etmiş şəxsə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin saxta sənədlərin tərtib edilməsi yolu ilə icarəyə verilməsi müqabilində həmin şəxsdən hissə-hissə olmaqla külli miqdarda pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Cinayət işləri üzrə toplanmış ilkin sübutlar əsasında Əlişir Süleymanova Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3 (təkrar və külli miqdarda rüşvət alma) maddələri, Cahangir Surxayevə isə həmin Məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında onların hər ikisi barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir”.
Doğrudanmı Nahid Bağırovun xəbəri olmayıb ki, İsmayıllı RİH Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi nə işlərlə məşğul idi?Bu heç də ağıla batan görünmir.Yəqin ki istintaq dövründə Nahid Bağırov da sorğu-sual ediləcək və bu suallara aydınlıq gətriləcək.Ehtimal olunur ki, bu əməliyyat icra başçısının vəzifəsinə əlvida deməsini şərtləndirə bilər.
Nahid Bağırov İsmayıllının icra başçısı vəzifəsinə 2020-ci ildə təyin edilib.Lakin bir neçə ay keçəndən sonra "restoran qalmaqalı" ilə gündəmə gəldi. O zaman Nahid Bağırovun gənc və təcrübəsiz olması nəzərə alınaraq ona toxunulmasa da, Prezident İlham Əliyev sərəncamı ilə töhmət verilmişdi.Amma artıq Nahid Bağırov 5 ildir İsmayıllıya rəhbərlik edir.
Prezident İlham Əliyev etimad göstərib rayona başçı təyin edirsə, insanlarla belə münasibət yolverilməzdir.Rayon rəhbəri hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə üzvləri nümunə olmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. Ölkə Prezident İlham Əliyev hər hansı məmu ya icra başçısını, ya başqa vəzifəyə təyin edəndə göstəriş verir ki, get insanlara qulluq et, xidmət göstər, dövlətə xidmət et, təmiz işlə.
Bunları niyə xatırlatdıq:Nahid Bağırov buraxdığı səhvlərdən dərs çıxarmaq əvəzinə,gəzən söz-söhbətə görə Bakının mərkəz rayonlarından birinə,Nəsimi rayonuna icra başçısı gəlmək "eşqinə düşüb".Deyəsən, gənc və təcrübəsiz başçının ətrafındakıların ay yarım əvvəlki həbsindən də xəbəri yoxdur...
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Mediatv.az

Xəbəri paylaş