EVLƏR YIXAN “Melissa Group”: Siftələri deyil... - ÖZBAŞINALIĞIN QISA XRONOLOGİYASI...

 
24-10-2024, 11:24            106 dəfə baxılıb
EVLƏR YIXAN “Melissa Group”: Siftələri deyil...
3 gün bundan öncə Bakının Yasamal rayonu, Alatava -1 qəsəbəsində sakinlər evdə ola-ola söküntü işləri aparılıb. "DİA-AZ" xəbər verir ki, bu məlumatlar sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, “Melissa Group” tikinti şirkəti tərəfindən aparılan söküntü barədə sakinlərə əvvəlcədən heç bir məlumat verilməyib. Hadisə zamanı xəsarət alanların olduğu da iddia edilib.

Həmin olayın videosunu xatırladırıq:



Görünəni odur ki, “Melissa Group” şirkətinin adından çıxış edən işçilrə rəsmən harınlamış davranışları ilə diqqətə gəlirlər. Evdə körpə uşaqlar ola-ola əslində qanunsuz olan əməllərini davam etdirirlər... Əslində bütün bunlar təsadüfi deyil. "DİA-AZ" xatırladır ki, buna qədər də sözügedən şirkət, yəni “Melissa Group” yerli KİV-də oxşar əməlləri ilə diqqətə gəlmişdi.

Məsələn İki il əvvəl “Melissa Group”un özbaşınalığından bəhs edən "APA TV"-nin süjetindən aydın olurdu ki, Nərimanov rayonunda “Melissa Group” tikinti şirkətinin tərkibində uzun illərdir fəaliyyət göstərən “Zirvə-A” MTK mənzillərin düz qarşısında tikinti işi aparır. Həm də sakinlər həmin ünvanda yaşaya-yaşaya...

Həmin videomaterialı xatırladırıq:



Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 92 A ünvanında yerləşən “ASP” MTK (ticarət nişanı “Melissa Group”) yaşayış kompleksinin sakinləri isə dərdlərini aşağıdakı müraciətləri ilə, düz iki il əvvəl ölkə rəhbərliyinə yazmışdılar...

EVLƏR YIXAN “Melissa Group”: Siftələri deyil...
EVLƏR YIXAN “Melissa Group”: Siftələri deyil...

Yəni aydın olanı odur ki, “Melissa Group” özünü ölkədə tam bir ÖZBAŞINALIQ mühitində hiss edirmiş kimi aparır. Təbii ki, bu hal uzun sürə bilməz və nəbayətdə bu məsələyə gərəkən qurumlar gərəkən reaksiyanı verəcəklər...

Ən azından buna ümidliyik...





Xəbəri paylaş


 
 


Xəbər lenti