“ŞABRAN-D” niyə etibarsız təchizatçılar siyahısına salındı? – MMC yüzminləri harada “batırdı”
6-11-2024, 11:18 160 dəfə baxılıb
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “ŞABRAN-D” Məhdud Məsuliyyətli Cəmiyyətini etibarsız təchizatçıların siyahısına salıb. Agentlik bununla bağlı qərarı 01.11.2024-cü ildə qəbul edib və məlumatı 04.11.2024-cü ildə dövlət satınalmalarının vahid internet portalında dərc edib. Qeyd edək ki, qərarın qüvvədə olma müddəti bir ildir.
Qeyd edək ki, “ŞABRAN-D” Məhdud Məsuliyyətli Cəmiyyəti uzun illərdir Azərbaycanın dövlət satınalmaları bazarında yüzminlərlə dəyəri olan tenderləri udan bir şirkətdir. Ölkənin şimalından cənubuna, şərqindən qərbinə demək olar bütün rayon İcra Hakimiyyətlərinin keçirdiyi yollarının əsaslı təmiri, abadlıq işləri üzrə satınalmalarda ən azı bir tender udub.
Bəs necə oldu ki, MMC birdən birə etibarsız təchizatçıların siyahısına salındı? Bunlara aydınlıq gətirməzdən öncə MMC haqqında rəsmi məlumatları diqqətinizə çatdırmaq istərdik.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ŞABRAN-D” (VÖEN: 1600826601) Məhdud Məsuliyyətli Cəmiyyətinin 12.12.2007-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, AK.HƏSƏN ƏLİYEV, ev 92A, m. 1, qanuni təmsilçisi kimi isə Cəlal Bədəlov Bayram oğlu qeyd olunub. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Bədəlov Vidalət Bayram oğlu olub.
“”Lisenziyalar və İcazələr haqqında Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC -nin tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya alması barədə məlumat yoxdu.
Qeyd edək ki, MMC 2020-2024-cü illərdə respublikanın ayrı-ayrı bölgələrində olmaqla 60-dan çox satınalma udub. Amma birdən birə etibarsız təchizatçıların siyahısına salınıb. Bəs görəsən, uzun müddətdir fəaliyyətdə olan bu MMC-nin müvafiq sahədə ixtisas göstəriciləri, maddi-texniki bazası, müvafiq tələblərə cavab verən işçi qüvvəsi, etibarlığı bu günə qədər nə üçün yoxlanılmamış, nəzərə alınmamış, hardasa satınalma müqaviləsinin icrasını yerinə yetirə bilmədikdən sonra etibarsız təchizatçıların siyahısına salınmışdır.
MMC etibarsız təchizatçıların siyahısına salınmazdan 7 gün əvvəl Şabran rayon İcra Hakimiyyətinin keçirdiyi abadlıq işləri üçün tikinti mallarının alınması üzrə 180.082,16 manat, 15 gün əvvəl Laçın rayon İcra Hakimiyyəti başçısının Qayğı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin keçirdiyi “Bir sıra işlərin görülməsi”nin satın alınması üzrə 561.433,55 manat, avqustda isə Qaçqınların Və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Tikilməkdə Olan Müəssisələr Müdiriyyətinin Bakı, Sumqayıt, Gəncə şəhərlərində, Ağcabədi, Ağdaş, Göyçay, Beyləqan, Şamaxı, Qobustan, Yevlax, İsmayıllı və Qax rayonlarında məcburi köçkünlərin məskunlaşdığı binalarda təmir işləri üzrə 699.007,37 manat məbləğində tenderlər udub. Bəs bu tenderləri keçirən qurumlar MMC-nin uyğunluq göstəricilərini nə üçün araşdırmayıblar? Bütün bunlar keçirilmiş tender prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaratmırmı?
MMC daha çox şübhə doğuran satınalma müqavilələrini Şabran rayon İcra Hakimiyyəti başçısının Şabran şəhəri Üzrə Nümayəndəliyi ilə yolların əsaslı təmiri və abadlıq işləri üzrə bağlayıb. Şabran şəhəri Üzrə Nümayəndəliyi 17.12.2020-ci ildə 39.541.269 manat, 29.09.2021-ci ildə isə 26.999.226 manat bir, abadlıq işlərinin satın alınması üzrə 29.995.883 manat məbləğində iki satınalma müqaviləsinin bağlanılması barədə dövlət satınalmalarının internet portalında məlumatlar var ki, şübhələrlə doludu.
Hesab edirik ki, “ŞABRAN-D” Məhdud Məsuliyyətli Cəmiyyətini son bir ildə qalib çıxaran dövlət qurumlarının fəaliyyəti araşdırılmalıdır. MMC-nin Neftçala, Salyan, Tovuz rayon İcra Hakimiyyətləri, Xaçmaz, Zaqataqla rayon Suvarma Sistemləri İdarələri ilə bağladığı müqavilələrdən gələn öhdəlikləri yerinə yetirib, yetirməməsi artıq suallar yaradır.
Qeyd edək ki, elektron mediada “ŞABRAN-D” MMC-nin qanuni təmsilçisi Cəlal Bədəlovun barəsində geniş məlumat var. Cəlal Bədəlov 2020-ci ilndə media vasitəsilə dövlət rəhbərliyinə ünvanladığı şikayətində Şabran rayon İcra Hakimiyyəti başçısının o zamankı 1-ci müavini Mehdi Balabəyovun rayonda aparılan quruculuq işlərinin və yeni layihələrin onun şirkətlərinə verilməsi üçün ondan 227.000 (iki yüz iyirmi min) manat pul aldığını iddia edirdi. O zaman kiçik bir rayonda dövlət satınalmaları üçün 227 min manat “şapka” tələb olunması ictimaiyyət arasında böyük rezonans doğurmuş, bu sahədə olan korrupsiyanın miqyasını bir daha açıq-aydın ortaya qoymuşdu.
Bunlardan əlavə Cəlal Bədəlovun satınalmaları ailə biznesinə çevirməsi barədə də geniş məlumatlar var. Belə ki, qardaşı Bəhruz Bədəlovun “VİKTORY CONSTRUCTİON GROUP” MMC-nin qanuni təmsilçisi, oğlu Cavid Bədəllinin isə “BC İNŞAAT” MMC-nin qanuni təmsilçisi olması barədə elektron media məlumatlar yayıb.
Aktualinfo.org

Xəbəri paylaş