Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət
5-12-2024, 12:11 96 dəfə baxılıb
Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) Yaşıllaşdırma İdarəsinin yaşıllıqların satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi bu dəfə "Saffira Plus" şirkəti olub.
Mediatv.az bildirir ki, "Qaynarinfo"nun məlumatına görə, şirkət cari ildə Yaşıllaşdırma İdarəsinin artıq 5-ci tenderinin qalibi seçilir. Bu tenderlərin hamısı yaşıllıqların satın alınması ilə bağlı keçirilib.
İdarənin keçirdiyi tenderlərdən üçü cari ilin avqust ayına, biri noyabr ayına, sonuncu isə dekabr ayına təsadüf edir. Sonuncu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 290 870 manatdır.
"Saffira Plus" müəmmalı şirkət kimi tanınır. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, şirkət 26 yanvar 2023-cü ildə qeydiyyata alınıb. Elə həmin ildən də dövlət satılnalmalrında iştirak etməyə başlayıb və nə sirdirsə yalnız Sumqayıt Şəhər MKTİB-nin Yaşıllaşdırma İdarəsinin keçirdiyi satınalma müsabiqələrinin qalibi seçilib.
10 manatlıq nizamnamə kapitalı ilə yaradılan şirkətin hüquqi ünvanı Saatlı rayonu, Əlisoltanlı kəndi, ev 1, mənzil 23-də yeləşir. "Saffira Plus"un qanuni təmsilçisi isə Zeynalova Nurlanə Şahin qızıdır.
Açıq mənbələrdə onun haqqında heç bir məlumat yoxdur. Heç "Saffira Plus" barəsində də hər hansı məlumata rast gəlinmir.
Sumqayıt MKTİB-nin Yaşıllaşdırma İdarəsinin rəisi İlyas Həsənovdur. O, Qaqçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri, baş nazirin sabiq müavini Əli Həsənovun qardaşıdır.

Xəbəri paylaş