“TAKT-1” MMC-nin sahibi Eşqin İsmayılova satınalmalarda kimlər yaşıl işıq yandırır

 
9-12-2024, 11:42            122 dəfə baxılıb
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası tərəfəfindən 06.12.2024-cü ildə avadanlıqların satınalması üzrə 28.10.2024-cü ildə başlanılmış kotirovka sorğusuna yekun vurulub. Müsabiqənin qalibi “TAKT-1” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 69.552,74 manat məbləğində satınalma müqviləsinin bağlanılması planlaşdırılır.
Qeyd edək ki, “TAKT-1” MMC müsabiqənin şərtlərinə uyğun olaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasını tibbi soyuducu, UZİ (ginekoloji), maqnitoterapiya, otbiçən, printer, vintelyator və sair avadanlıqlarla təchiz etməlidir. Buradan sual yaranır. UZİ (ginekoloji), maqnitoterapiya kimi tibbi avadanlıqlar otbiçən,vintelyator kimi avadanlıqların təsnifatına necə aid edilib. Məlum olduğu kimi UZİ (ginekoloji), maqnitoterapiya tibb avadanlıqlarıdır və bunların alınması xüsusi lisenziya tələb edir. “TAKT-1” MMC-nin bu sahədə lisenziyası varmı və ümumiyyətlə MMC ilə bağlı daha nə kimi məlumatlar var?
Apardığımız araşdırma zamanı məlum oldu ki, “TAKT-1” MMC bundan əvvəl Goranboy rayon Mərkəzi Xəstəxanası tərəfindən yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması üzrə keçirilmiş kotirovkanın da qalibi olub və 24.402,4 manat sifarış alıb. Sual yaranır, yataq ləvazimatları və xüsusi geyimlər hara, UZİ (ginekoloji), maqnitoterapiya aparatları hara?
Qeyd edək ki, “TAKT-1” MMC (VÖEN: 8504324841 ) Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsində 28.04.2023-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10.00 manat olan şirkətin hüquqi ünvanı ŞƏMKİR RAYONU, DƏLLƏR ÇƏYİR, DƏLLƏR CƏYİR, ev 0, m. 0-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsmayılova Sərbiyə Yəhya qızıdır. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi İsmayılov Eşqin Qabil oğlu olub.
“TAKT-1” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındıqdıqdan cəmi bir ay on gün sonra, yəni 07.06.2023-cü ildə Gəncə Şəhər Birləşmiş Xəstəxanası yeməkxana və mətbəx ləvazimatlar üzrə başladığı kotirovkada iştirak edib və 21.225 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Daha sonra MMC 2023-cü ilin sentyabr-oktyabr aylarında, 20 gün fərqlə Gəncə şəhər Birləşmiş Xəstəxanası ilə yumşa invntar,yataq ləvazimatları və xüsusi geyimlərin alınması üzrə 144.815 manat, maşın, avadanlıq və aksesuarların alınması üzrə 488.305,5 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Göründüyü kimi Gəncə şəhər Birləşmiş Xəstəxanası qısa müddət ərzində yeni yaradılmış bir MMC ilə 654 345 manat dəyəri olan üç satınalma müqaviləsi bağlayıb.
MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi İsmayılov Eşqin Qabil oğlu kimdir?
Elektron medianın 2018-ci ilin aprelində yaydığı məlumatda Gəncə Ağır Cinayətlər Məhkəməsində “Gəncəbank”ın Müşahidə Şurasının sədri Novruzova Pərvanə Cəmil qızı və bankın digər 3 vəzifəli şəxsi-Həmidov Elnur Səməd oğlu, İsmayılov Eşqin Qabil oğlu və Həsənov Anar Bilal oğlunun məhkəmə prosesi başladığı bildirilir. Xəbərə görə, cinayət məcəlləsinin 179.3.2-ci (küllü miqdarda mənimsəmə) maddəsi ilə təqsirli bilinən şəxslərin məhkəmə prosesinə hakim Dadaş İmanov sədrlik edib. İttiham aktına görə, “Gəncəbank” ASC-nin 4 vəzifəli şəxsi tərəfindən vurulmuş 14 mln. manatdan artıq maddi ziyanın 421 min manatdan çoxunun ödənilməsi təmin edilib və onların ümumi dəyəri 13 mln. manatdan çox olan əmlakı üzərində həbs qoyulub.
Qeyd edək ki, Gəncə şəhər Birləşmiş Xəstəxanasının direktoru Tibb üzrə fəlsəfə doktoru İlkin İsmayılovdu. O bu vəzifəyə 2023-cü ilin fevralında təyin edilib. Bu təyinatadək, 25 sentyabr 2021 ci ildən Gəncədə Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının baş həkimi vəzifəsində işləyib. Maraqlıdır, Xəstəxananın direktoru İlkin İsmayılov cinayət məcəlləsinin 179.3.2-ci (küllü miqdarda mənimsəmə) maddəsi ilə təqsirli bilinən şəxsin təsisçisi olduğu MMC-nin satınalmada iştirakına necə yol verib? Qanunla təchizatçı qismində çıxış edən fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin satınalmaya dair elanın verilməsindən (dəvətin göndərilməsindən) əvvəlki 5 (beş) il ərzində iqtisadi sahədə cinayətlərə, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərə, kibercinayətlərə, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırılma cinayətlərinə görə məhkum olunmaması;
Göründüyü kimi “TAKT-1” cinayət məcəlləsinin 179.3.2-ci (küllü miqdarda mənimsəmə) maddəsi ilə təqsirli bilinən Eşqin İsmayılov tərəfindən təsis edilib. Satınalmalarda isə MMC-ni qanuni təmsilçi kimi İsmayılova Sərbiyə Yəhya qızı təmsil edir. Gəncə şəhər Birləşmiş Xəstəxanası isə CM-nin 179.3.2-ci (küllü miqdarda mənimsəmə) maddəsi ilə təqsirli bilinən şəxsə satınalmalarda yaşıl işıq yandırır.
Qeyd edək ki, 28.02.2024-cü ildə Hesablama Palatasının 2023-cü ilin İş planına əsasən Gəncə Şəhər Birləşmiş Xəstəxanasında həyata keçirdiyi audit nəticəsi barədə məlumat yaymışdı. Həmin məlumatda qeyd olunur ki, Tender komissiyası üzvlərinin tərkibi və say ilə bağlı tələblərə əməl olunsa da, komissiyanın fəaliyyətində nöqsanlara yol verilib, bu nöqsanlar əsasən iddiaçıların ixtisas göstəriciləri ilə bağlı tələbləri əhatə etməklə, bəzi hallarda müsabiqəli şərtlərə məhdudlaşdırıcı təsirə malik olub, bəzi hallarda isə ixtisas göstəriciləri uyğun olmayan iddiaçıların qeydə alınması satınalmaların baş tutması ilə nəticələnib. Bəzi hallarda rəqabətlilik prinsipi məhdudlaşdırılmış, müəyyən edilmiş tələblər iddiaçılara proseduralarda iştirakla bağlı ədalətli yanaşmanın tətbiqində risklərə yol açıb.
Hesablama Palatasının yaydığı məlumatdan da göründüy kimi Gəncə şəhər Birləşmiş Xəstəxanasının Satınalma komissiyası fəaliyyətində nöqsanlara yol verilib, bu nöqsanlar əsasən iddiaçıların ixtisas göstəriciləri ilə bağlı tələbləri əhatə etməklə, bəzi hallarda isə ixtisas göstəriciləri uyğun olmayan iddiaçıların qeydə alıb. Təbii ki, burada Xəstəxananın direktoru İlkin İsmayılovla MMC-nin təsisçisi Eşqin İsmayılovu birləşdirən maraqlar olub. Bəs onda Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktoru Ülfət Qurbanovla “TAKT-1” MMC-nin sahibini nələr birləşdirir.
 
Aktualinfo.org
 



Xəbəri paylaş


 
 


Xəbər lenti