Yazar Zümrüd Yağmur axtarışa verildi - bacısı səs yazısını yaydı
17-12-2024, 13:23 112 dəfə baxılıb
Yazar Zümrüd Yağmur (Abıyeva Zümrüd İsrafil qızı) barəsində axtarış elan edilib.
Bu barədə Musavat.com-a yazarın bacısı Sürəyya Ağayeva məlumat verib.
O, Zümrüd Yağmur barəsində olan məhkəmə qərarı, axtarış işi, xaricdən hesabına pul göndərilməsi barədə səs yazısını da təqdim edib.
02:0202:02
S.Ağayeva bacısı Z.Yağmurun Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.
Abşeron Rayon Məhkəməsi şikayəti icraata qəbul edib və Zümrüd Abıyeva barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib. Lakin onun ölkəni tərk etdiyi məlum olub. S.Ağayeva Z.Yağmurun Ankarada olduğunu iddia edir. Bundan sonra Zümrüd Yağmur barəsində həbsli axtarış işi açılıb.
Qeyd edək ki, Zümrüd Yağmurun qızının şikayətindən sonra xalası oğlu Əsgər Ağazadə zorlama ittihamı ilə həbs edilib və 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Sürəyya Ağayeva bacısının internet resurslarında onun şərəf və ləyaqətini alçaltdığını bildirib. S.Ağayevanı təqdim etdiyi səs yazısında Z.Yağmurun xaricdən yaxınlarından biri ilə danışığı da əksini tapıb. Səs yazısında Zümrüd Yağmur yaxınlarından birinə “Freedom House” təşkilatından göndərilən vəsaitin hansı bank hesabına köçürülməsi müzakirə edilir.
Belə anlaşılır ki, Zümrüd Yağmur vəsaitin köçürülməsi üçün ailəsindən olmayan bir şəxsin adına göndərilməsini istəyir. O, yaxınından belə bir şəxsin bank hesab nömrəsini ona göndərilməsini istəyir.
Zümrüd Yağmur bundan əvvəl də skandallarla gündəmə gəlib. O, AXCP sədrinin ən yaxın adamlarından biri olan Fuad Qəhrəmanlının keçmiş həyat yoldaşıdır. Onun və qızlarının ailə arasındakı skandalları bir zamanlar ölkəni silkələmişdi.
Belə ki, Zümrüd Yağmur mətbuata açıqlamasında iddia edirdi ki, Fuad Qəhrəmanlı ailədə qızlarına qarşı psixoloji və fiziki zorakılıq göstərib. O, bu iddiaların yalnız ailədaxili problem olmadığını və cəmiyyətin diqqətinə çatdırılması vacib olan məsələ olduğunu vurğulayırdı.
Fuad Qəhrəmanlı isə yayılan ittihamları rədd edərək, bunların həqiqəti əks etdirmədiyini bildirirdi. O, baş verənləri ailədaxili fikir ayrılığı kimi qiymətləndirir və məsələni siyasiləşdirməyə çalışanların olduğunu qeyd edirdi.
Bu hadisə illər öncə sosial mediada və cəmiyyətdə geniş rezonans doğurmişdu. İndi də o və qızları öz bacısı ilə məhkəmədə çəkişir.
Musavat.com

Xəbəri paylaş