4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? - Asif Məcidovun diplomu da prolemlidir

 
19-12-2024, 13:24            78 dəfə baxılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Asif Məcidovun dövlət qulluqçusu olmadığı iddia edilir.
Bu barədə redaksiyamıza mötəbər mənbədən əldə etdiyi məlumatda deyilir.
Bildirək ki, “Dövlət qulluğu haqqında” qanunun tələbinə uyğun olaraq dövlət qulluqçusu olmayan şəxs idarə rəisi təyin edilə bilməz. Ancaq Asif Məcidov himayədarının köməkliyi ilə dövlət qulluqçusu olmadığı halda idarə rəisi təyinatı alıb. Görünür Asif Məcidovun dövlət qulluqçusu olmadanda idarərəisi işləməsi Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevi qane edir. Yada Asif Məcidovun himayədarının gücü Muxtar Babayevi üstələyir.
Redaksiyamıza daxil olan digər məlumata görə Asif Məcidovun diplomu xarici ölkələrdən birinin ali təhsil müəsissəsinə aiddir.
Xatırladaq ki, bir neçə gün öncə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinin nazirlikdə yüksək vəzifəyə gedəcəyi ilə bağlı məlumat vermişdik. Həmin məlumatda qeyd etmişdik ki, Asif Məcidov yüksək vəzifədə işləyən qohumunun köməkliyi ilə bu vəzifəyə təyinat almaq istəyir.



Xəbəri paylaş


 
 


Xəbər lenti