Ramik Əşrəfov və Nəsimi Nəsibov cütlüyü niyə Muxtar Babayevi gündəmə gətirir?

 
19-12-2024, 14:46            135 dəfə baxılıb
Bu il respublikamızda keçirilən COP 29 tədbiri digər ölkələrdən həm təşkil olunmasına həm də qəbul olunan qərarlar və nəticəyə görə fərqlənirdi.Bu tədbirin bir qədər də möhtəşəm alınmasının səbəbi COP29-un prezidenti Muxtar Babayevin bacarıq və qabiliyyətinin birbaşa nəticəsi idi. Amma çox təəssüflər olsun ki, hörmətli nazirimiz beynəlxalq arenada göstərdiyi uğurlu fəaliyyəti rəhbərlik etdiyi nazirlikdə sərgiləyə bilmir.Bu faktı redaksiyamıza 11 saylı RMTM-dən daxil olan məlumatlar da təsdiq edir. Redaksiyamızı bilgiləndirən mənbənin verdiyi məlumata görə son bir ildir ki, Ramik Əşrəfov ETSN-nin Meşə təsərrüfatı departamentinə xidmət rəisi vəzifəsinə gətirilib.
Bu şəxs vəzifəyə gətirilən kimi bunun ilk hədəflərindən biri regional meşə təsərrüfatlarının rəhbərlərini dəyişmək oldu. Belə ki,  11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibovu yanına çağıraraq onun gah İsmayıllı meşələrinə göndərməyi təklif etdi yada ki. ərizəsini yazıb işdən uzaqlaşmasını ona təkidlə bildirdi. Ramik Əşrəfov bu vəzifəyə(11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsinə) öz yanında fırlanan "quyruqbulayanı"nı göndərmək istəyirdi. Mənbənin bildirdiyinə görə bu məqamda Nəsimi müəllim daha çevik davranaraq müavini Ağayev Rahibin vasitəsilə Ramik Əşrəfovun avantürasına son qoyur. Belə ki, nazir müavini Vüqar Kərimovla dost olan Rahib Ağayev öz müdiri Nəsiminin yerində qalmasını təmin edərək Ramik Əşrəfovun "quyruqbulayanı"nın oraya gəlişinə "stop "qoydurur"
Elə hər şey bundan sonra başlanır.
Nəsibovu vəzifəsindən uzaqlaşdıra bilməyən departamentin xidmət rəisi 11 saylı MRTM-ə ardıcıl yoxlamalar göndərməyə başlayır.Bu məqamda Ramik Əşrəfovun "quyruqbulayanı" dövriyyəyə girir və Ramiklə Nəsiminin arasının düzəltməyə başlayır. Bu "aradüzəltmə" əməliyyatı isə Masallı regionalın Cəlilabad və Göytəpə meşəbəyliyinə çox baha-başa gəlir. Hörmətli oxucular, sizə təqdim etdiyimiz qırıntılar Cəlilabad meşəbəliyinin 8,9 saylı və Göytəpə meşəbəliyinin 11,12,13a 14 saylı dolayılarında lentə alınıb.
8 saylı dolayın gözətçisi Əsmətov Zahid, 9 saylı dolayın gözətçisi Əsmətov Əlsahib, 11 saylı dolayın gözətçisi Salayev Rafiq, 12 saylı dolayın gözətçisi Salayev Xaləddin, 13a dolayın gözətçisi Ağayev Habil, 14 saylı dolayın gözətçisi isə Seyfullayev İbadətdir.
Eyni zamanda 8.9.11 saylı dolaylarda əkin sahələri olmağına baxmayaraq əkindən əsər-əlamət yoxdur.
11 saylı RMTM-də problemlər bununla bitmir.Masallı regionalın direktoru N.Nəsibov departamentin xidmət rəisi R.Əşrəfovu və onun "quyruqbulayanı"nı razı salmaqdan ötrü dəridən qabıqdan çıxır. Bu da son nəticədə meşələrin keçəlləşməsinə səbəb olmaqla yanaşı, nazirin apardığı "Yaşıl Dünya" siyasətin əksinə olaraq "Yaşıl soyqırım'a vəsilə olur.
P.S. Məsələnin ciddiliyini nəzərə alaraq, bu sahədə araşdırmalarımızı davam etdiririk..

Əyalətmedia.az
 







Xəbəri paylaş


 
 


Xəbər lenti