“Metropoliten”in yeni rəisi TOPAZ-I idarə edib?

 
23-12-2024, 15:23            111 dəfə baxılıb
Xəbər verildiyi kimi, ötən həftə Prezident İlham Əliyevin sərəncamı ilə “Metropoliten”ə yeni sədr təyin edilib. Tribunainfo.az xəbər verir ki, həmin posta Vüsal Aslanov gətirilib.
Bildirək ki, Aslanov bu vəzifəyə qədər “Azərbaycan Dəmir Yolları” QSC-də çalışıb. ADDYİ-nin keçmiş sədri Cavid Qurbanovun ən yaxın adamlarından biri olan sözgedən şəxsin, elə onun sayəsində yeni vəzifəyə sahibləndiyi güman edilir.
Maraqlıdır ki, Vüsal Aslanovun adı təkcə dəmiryolçu və nəqliyyat işçisi kimi çəkilmir. Açıq mənbələrdə onun bir müəddət mərc oyunlarına nəzarət etdiyi və bu işləməşğul olduğuna dair məlumatlar var. Məsələn, AzEuroNews.com saytı bu barədə yazır ki, hələ bir müddət əvvəl “TOPAZ”-ın əsas səhm paketlərinə nəzarət edən “Turkcell” şirkəti “Azerinteltek”dəki payını satışa çıxarıbmış. Belə ki, “Turksel” şirkəti “Azərinteltek” QSC-dəki 51 faizlik paketini 19,5 milyon avro qarşılığında (təxminən 38 milyon manat) “Baltech Investment LLC”-yə satıb. Sonradan məlum olub ki, “Baltech Investment LLC” əslində “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş sədri, hazırda nəqliyyat və rabitə nazirnin müavinin Cavid Qurbanova məxsus imiş.
Həmin məlumatda iddia olunur ki, “TOPAZ” mərc oyunlarına qeyri-rəsmi olaraq ADDYİ sədri olan zaman Cavid Qurbanovun müavini işləmiş Vüsal Aslanov nəzarət edib. Açıq mənbələrdəki məlumatlarda vurğulanır ki, Aslanov bir müddət “Azərinteltek” QSC-nin İdarə heyyətinin üzvü olub. Onun TOPAZ-a nəzarət etməsi isə 2010-2014-cü illər əhatə edib.
Amma qeyd edilən mənbələrdə Aslanovun bu işləri təkbaşına deyil, həmçinin həmin dövrdə “Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə İdarəsinin müdir müavini kimi çalışan Vəsilə Abdulova ilə birlikdə reallaşdırdığı vurğulanır.
Əgər bu məlumatlar realdırsa, o zaman aydın olan budur ki, Cavid Qurbanov təkcə müavinini deyil, həm də öz biznesini idarə edən şəxsi belə mühüm posta gətirilməsinə yardımçı olub. Rəsmi mərc oyunu olan TOPAZ-ı 4 il idarə edən Vüsal Aslanovun Metropolitenə hansı şəkildə idarə edə biləcəyi bir qədər qəribə görünür. Ümid edək ki, yeni sədr metropoliteni də TOPAZ kimi idarə etməyəcək.
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.



Xəbəri paylaş


 
 


Xəbər lenti