Sumqayıt Bələdiyyəsində olan qanunsuzluqlar

 
21-01-2025, 12:21            128 dəfə baxılıb
Elektron poçtuza şikayət məktubu daxil olub.Şikayətçi yazır: Sumqayıt bələdiyyəsinin sədr vəzifəsini icra edən Orxan Adıgözəlzadə (Sumqayıt ŞİH-in başçısının birinci müavini Teymur Səmədovun bübüsü nəvəsidir), 2022 ci ilin iyulun 30 - unda korrupsiya tərəfindən həbs olunmuş və 2023 cü il iyun ayında ev dustaqlığına və polis nəzarətinə buraxılmış Şıxəli Abbasovu əmr verərək Sumqayıt bələdiyyəsi təşkilat şöbəsinin müdiri vəzifəsinə təyin edir. Hal hazırda məhkəməsi Bakı apellyasiya məhkəməsində davam edən şəxs bəraət almamış necə dövlət işində özüdə şöbə müdiri kimi fəaliyyət göstərə bilir? Bələdiyyə seçkilərində namizədlərin yanında fəal iştirak edir. 

 


Bundan əlavə olaraq 2023 cü ilin yanvar ayında Aygün Məhərrəmova adlı şəxsi ali məktəb diplomu olmuya-olmuya Sumqayıt bələdiyyəsi ümumi şöbə müdiri təyin edir, həmin şəxs 2022 ci ildə Quba şəhərində universitetə əyani formada daxil olur və 2022-2023 cü illərdə həm işdə olur gün ərzində həmdə dərsdə iştirak eliyir, iş yeri Sumqayıt bələdiyyəsi və təhsil ocağı Quba şəhərində yerləşir, bu necə olur? Bunu çox adam bilir və bundan qorxan Aygün Məhərrəmova tez universitetini dəyişərək həmdə əyanidən - qiyabi təhsilə keçir hal hazırdada Bələdiyyədə ümumi şöbənin müdiridi.
 


Vüqar Sərdaroğlu (Məmmədov) 2023 cü ilin axırlarında Orxan Adıgözəlzadənin əmri ilə Sumqayıt bələdiyyəsinin vahid vergilər mərkəzinin baş müfəttiş vəzifəsinə təyin olunub və hal hazırda işləyir, bir gün işdə buna aid bir video yayılır və videoda açıq aydın görünür ki, Vüqar adlı şəxs polis paltarı geyinərək maşınları saxlayır pul tələb edərək xuliqanlıq  eliyir. Bu hadisə 2014 cü ildə baş verir, Vüqar bu videonu yayıldığını görərək YouTube dan ictimai TV-ni şikayət edərək videonu sildirir. QANUNDAN KƏNAR VERİLİŞİNDƏ HƏMİN VİDEO GORUNTULƏR VAR.
 



    


Nəzərinizə çatdırım ki, 2022 ci ilin iyulun 1 dən bu günə kimi sədr vəzifəsini icra edən şəxs Orxan Adıgözəlzadə çoxlu sayda işçini işdən azad edib və yerlərinə öz yaxın şəxsləri vəzifəyə götürüb 
Yazıda adı çəkilənlərin cavab haqqını tanıyırıq.
   
    Mediatv.az 







Xəbəri paylaş


 
 


Xəbər lenti