Binəqədi İH-in göz yumduğu tikilinin sahibi məsuliyyətə cəlb edilib-FOTOLAR
27-01-2025, 12:46 198 dəfə baxılıb
Binəqədi rayon İcra Hakimiyyətinin göz yumduğu tikintiyə cinayət işi açılıb.
Tribunainfo.az xəbər verir ki, sözügedən tikintiyə 2024-cü ilin noyabr ayında başlanılıb. Elçin adlı şəxs tərəfindən aparılan tikinti zamanı həmin ərazidə tikinti altına düşən 4 ədəd şam və sərv ağacları kəsilərək məhv edilib. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Ekologiya İdarəsi tərəfindən akt tərtib olunub, 7000 manat ziyan hesablanıb və məsələyə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Daha sonra dekabr ayının sonlarında tikintini aparan şəxs obyektin 2-ci mərtəbəsini tikmək məqsədilə yenidən 4 ədəd şam ağacını kəsib.
Bakı şəhər İcra Hakimiyyətinin sözügedən tikintiyə müdaxiləsi zamanı tikintiyə və torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənədin olmadığı aşkar edilib.
Həmçinin özbaşına aparılan qanunsuz tikintinin yerləşdiyi torpaq sahəsinin zəbt edilməsi ilə əlaqədar Baş Prokurorluğun Cinayət Təqibindən kənar İcraatlar İdarəsində cinayət işi başladılıb.

Xəbəri paylaş