Kolbasada ət əvəzinə toyuq başı istifadə ediblər – Nazirlik yeni siyahı yaydı

 
Dünən, 21:29            35 dəfə baxılıb
Bəzi kolbasalarda ət əvəzinə toyuq başına rast gəlinib.
Bu barədə Türkiyənin kənd təsərrüfatı nazirliyinin qida saxtakarlığı ilə bağlı yeni məlumatında qeyd olunub.
Türkiyənin kənd təsərrüfatı nazirliyi apardığı yoxlamalar nəticəsində müəyyən etdiyi saxtalaşdırılmış və standartlara uyğun olmayan məhsulların siyahısını yeniləyib. Yoxlamalarda kolbasada toyuq başı, köftədə toyuq ürəyi və qıymalı pide içliyində quş əti aşkarlanıb.
Nazirliyin açıqladığı 04.02.2025 tarixli siyahıya əsasən bəzi sucuq nümunələrində toyuq başı tapılıb, köftələrdə isə ürəkdən istifadə edildiyi müəyyən edilib. Bundan əlavə, qıymalı pide içliklərində quş əti olduğu üzə çıxıb. Ən çox saxtakarlıq edilən məhsullardan biri olan zeytun yağında da əlavə qatqılar aşkarlanıb. Bundan başqa paxlavada da fıstıq əvəzinə günəbaxan tumundan da istifadə edildiyi üzə çıxıb.
Kərə yağı və qatıq məhsullarında da ciddi pozuntular qeydə alınıb. Bu məhsullarda yağ nisbətinin aşağı olduğu və bitki yağları ilə qarışdırıldığı bildirilib. Eyni zamanda qatığın tərkibinə nişasta qatıldığı aşkar edilib. Nazirlik istehlakçıları diqqətli olmağa və qida məhsullarını etibarlı mənbələrdən almağa çağırıb./Milli.az



Xəbəri paylaş


 
 


Xəbər lenti