Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ

 
6-02-2025, 11:59            112 dəfə baxılıb
Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan
Səidə Haqverdiyeva

Azərbaycanlı yazıçı, ssenarist və rejissor, Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru Səidə Haqverdiyeva "CafeCity" restoranından şikayət edir.

Ajans.az xəbər verir ki, o, bu barədə sosial mediada paylaşım edib

S.Haqverdiyeva bildirib ki, o "Wolt" tətbiqi vasitəsilə sözügedən restorandan Sezar salatı sifariş edib, amma salatı bəyənməyib. Salatı yedikdən sonra dadının qəribə olduğunu və xoşagəlməz qoxu gəldiyini hiss edib.
Nəticədə isə onun mədəsi ağrıyıb, ürəyi bulanıb və başı gicəllənib. Həmçinin rejissor zəhərləndiyini də düşünür.

 



Xəbəri paylaş


 
 


Xəbər lenti