Nazirin idarə rəisi işləyən qohumunu yaxın günlərdə hansı cəza gözləyir?



Fevralın 15-də Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turnirinin açılış mərasimi keçirilib. Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya səviyyəli "Böyük Dəbilqə" beynəlxalq turnirinin açılış mərasiminə Gənclər və İdman Nazirliyindən kimsə gəlməyib.Mətbuatın yazdığına görə Fərid Qayıbovun başçılıq etdiyi nazirliyin rəsmiləri bundan əvvəl dünya şöhrətli hakim Tofiq Bəhramovun 100 illik yubileyinə həsr olunan oyunda da iştirak etməyiblər.Bütün bunlardan sonra Gənclər və İdman naziri Fərid Qayıbovun da vəzifədən kənarlaşdırılacağı iddia olunur.Fərid Qayıbovun vəzifədən kənarlaşdırılması baş verərsə, müəyən idarə rəisləri vəzifələrini itirməklə yanaşı,etdikləri maliyyə pozuntularına görə hüquq-mühafizə orqanlarında cavab verməli olacaqları gözləniləndir.
Ümumiyyətlə Dövlət qulluqçusunun təkcə peşəkarlıq xüsusiyyətləri deyil, onun şəxsi keyfiyyətləri, vətəndaş mövqeyi, vətənpərvərliyi və etik davranışı da mühüm rol oynamalıdır.Rəhbər vəzifədə çalışanlardan rəhbərlik etdiyi sahəni dərindən bilməklə yanaşı, dövlətinə və xalqına son dərəcə sədaqətli olmaq, dövlətlə xalq arasında əlaqələndirici vasitə kimi xalqın problemlərini və qayğılarını öyrənmək, onların həlli yollarını axtarıb tapmaq tələb olunur. Dövlət qulluqçusunun bütün fəaliyyətinin müvafiq qanunlar və digər normativ hüquqi aktlarla tənzimlənməsinə baxmayaraq onun prinsipiallığından, işgüzarlığından və səriştəsindən də çox şey asılıdır. Ancaq müasir Azərbaycan reallığında dövlət qulluğunda çalışanlar arasında üzərinə düşən məsuliyyəti dərk etməyənlər vardır. Çünki bu məsələdə korrupsiya, qohumbazlıq siyasəti önə çıxır.
İdarəetmə səriştəsinin az olduğu,qohumbazlıq prinsipi əsasında vəzifəyə təyin olunanlardan biri də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadədir.O bu vəzifəyə təyin olunana qədər bir gün də olsun dövlət qulluğunda çalışmayıb.Eyni zamanda Teymur Babazadənin ali məktəbə daxil olmaq üçün, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanında neçə bal toplayaraq, Azərbaycanda ali məktəbə daxil ola bilməməsi maraq doğuran haldır.Mediatv.az-ın redaksiyasına daxil olmuş məlumatda deyilir ki, Teymur Babazadə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan test imtahanında iştirak etməyib və sertifikat da almayıb.
İdarəetmə səriştəsi olmayan,Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan test imtahanında iştirak etməyən bir şəxsə regionun gənclər və idman idarəsini həvalə etmək nə dərəcədə doğrudur?Belə bir təcrübəsiz və dövlət qulluğuna dair sertifikatı olmayan bir adamın,nazirliyin regionda gənclər və idman siyasətini necə həyata keçirdiyi özü-özlüyündə maraq doğurur.Satınalmalar haqqında qanun tələblərini pozmaqla keçirdiyi tenderlər görəsən hansı maraqlara xidmət edir?Yəqin ki Teymur Babazadə aidiyyatı qurumlar qarşısında bu sualları cavablandırmalı olacaqdır.
Ardı var..
Qarşı tərəfin cavab haqqını tanıyırıq
Xəbəri paylaş