Şamaxıda ölkə rəhbərinin daxili siyasi kursuna niyə xələl gətirilir? - FOTO - FAKTLAR
21-07-2022, 12:36 71 dəfə baxılıb
Sual oluna bilər ki, niyə 2012-ci ildə Yadigar Rəcəbovgilin sağ-sol hissəsində yaşayan qonşuların evləri ilə bağlı akt tərtib olunur, amma bu şəxsin evinə iki ildən sonra, daha dəqiq desək 03 mart 2014-cü il tarixdə vizual baxış keçirilir?
Şamaxı rayonu, Muğanlı kənd sakini Rəcəbov Yadigar Ağadadaş oğlu 2014-cü ildən bugünə kimi ayrı-ayrı dövlət qurumları tərəfindən, ələlxüsus Şamaxı Rayon İcra Hakimiyyəti Aparatı tərəfindən getgələ salınmaqdadır. Baxmayaraq ki, adı çəkilən bu şəxs Azərbaycan Respublikası Konstitusiyasının ona verdiyi hüquq və ixtiyardan istifadə edərək, son vaxtlara qədər pozulmuş hüquqlarının bərpasına nail olmaq istəsə də, təəssüflər olsun ki, o, hələ də bu yöndə məqsədinə nail ola bilməyib. Buna əsas səbəb, Şamaxı RİH-nin oyun qaydalarına Fövqəladə Hallar Nazirliyində bəzi vəzifə sahibi olan şəxslərin dəstək vermələri olur. Qeyd edək ki, 2012-ci ilin mart ayında bu rayonun Muğanlı kəndi ərazisində baş verən torpaq sürüşməsi nəticəsində 62 ailənin yaşadığı fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi yararsız vəziyyətə düşür. Baş verən torpaq sürüşməsi hadisəsindən sonra bu kəndin ərazisinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” İnstitunun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri, yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə birlikdə baxış keçirirlər və yarasız vəziyyətə düşmüş evlərlə, həyətyanı torpaq sahələri ilə bağlı akt da tərtib edirlər. Məsələnin diqqəti cəlb edən tərəfi o olur ki, həmin vaxt Muğanlı kəndi ərazisində yaşayan 47 ailəyə məxsus fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin yararsız vəziyyətə düşməsi müəyyən olunur. Hətta, tərtib olunmuş akt əsasında 47 ailəyə digər ərazidə yeni fərdi yaşayış evlərinin tikilməsi və bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” İnstituna layihə-smeta sənədlərinin hazırlanması barədə göstəriş də verilir. Az sonra yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə 47 ailədə yaşayan şəxslərin ümumi siyahısı dəqiqləşdirilir və ailə üzvlərinin sayı barədə toplanmış məlumatlar aidiyyatı üzrə dövlət qurumlarına təqdim olunur. Layihə-smeta sənədləri hazırlandıqdan sonra fərdi yaşayış evlərinin inşaasına başlanılır və 2014-cü ildə evlər zərərçəkən ailələrə verilir. Qeyd edək ki, həmin vaxtlarda tərtib olunmuş siyahıda Rəcəbovgilin 7 nəfərdən ibarət ailə üzvləri 46-cı sırada olsalar da, Şamaxı RİH hələ də zərərçəkmiş bu ailəyə tikilmiş evi təhvil verməyiblər. Çox maraqlı və düşündürücü haldır.
Diqqət yetirək ki, Yadigar Rəcəbovun sonuncu dəfə yazmış olduğu ərizəyə 23 iyun 2022-ci il tarixdə Şamaxı RİH Aparatının baş memarı cənab Ceyhun Əbilhəsənovun imzası ilə təsdiq olunmuş Ş-06-1147 saylı məktubla cavab verilir. Verilmiş cavab məktubunda qeyd olunur: “Evlər paylanana qədər sizə məxsus fərdi yaşayış evinizlə bağlı Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəsisləri tərəfindən akt tərtib olunmamışdır. Bu yöndə akt tərtib olunmadığından ilkin siyahıda adınızın olmasına baxmayaraq, sonradan adınız siyahıdan çıxarılmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə fərdi yaşayış evinizə viziual texniki baxış keçirilmiş və 03 mart 2014-cü il tarixdə müvafiq akt tərtib edilmiş və həmin aktda fərdi yaşayış evinizin qəzalı vəziyyətdə olması qeyd olunmuşdur. Sizin fərdi yaşayış evinizlə bağlı akt tərtib olunana qədər yeni tikilmiş evlər vətəndaşlara paylanılmışdır”. Vətəndaşa bu cür gülünc, bu cür absurd cavabın verilməsi, əslində Şamaxı RİH Aparatı tərəfindən idarəçiliyin necə həyata keçirdiyi, sakinlərin problemlərinə hansı düşüncə tərzindən yanaşıldığı müəyyən olunur. O halda sual oluna bilər ki, Muğanlı kəndində torpaq sürüşməsi hadisəsi 2012-ci ilin mart ayında baş verir və həmin vaxtlarda aidiyyatı dövlət qurumları zərərçəkən şəxslərin fərdi yaşayış evlərinə və həyətyanı torpaq sahələrinə birlikdə baxış keçirib akt tərtib edirlər. O halda necə ola bilər ki, Yadigar Rəcəbovgilin sağ-sol hissəsində yaşayan qonşuların evləri ilə bağlı akt tərtib olunur, amma bu şəxsin evinə iki ildən sonra, daha dəqiq desək 03 mart 2014-cü il tarixdə vizual baxış keçirilir və bununla bağlı akt da tərtib olunur. Hətta, tərtib olunmuş aktda Rəcəbovgilin ailə üzvülərinə məxsus fərdi yaşayış evinin qəzalı vəziyyətdə olması da müəyyən olunur. Hər kəsi şoka salan hal odur ki, 2012-ci ilin mart ayında Muğanlı kənd sakinlərinin fərdi yaşayış evlərinə və həyətyanı torpaq sahələrinə birlikdə baxış keçirilir, amma Yadigar Rəcəbovgilin fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə baxış keçirib akt tərtib etmək 2014-cü ilin mart ayına saxlanılır. Sual olunar ki, niyə 2014-cü ilə saxlanılır? Sözsüz ki, bütün bunların hər biri ortaya müxtəlif sualların çıxmasına da səbəb olur.
Əslində Şamaxı RİH tərəfindən yerli sakinə qarşı belə bir yanaşmanın varlığı onu sübut edir ki, cənab Tahir Məmmədovun rəhbərlik etdiyi bu dövlət qurumu ölkə rəhbəri İlham Əliyev cənablarının daxili siyasi kursuna zidd mövqe nümayiş etdirməklə, vətəndaş narazılığının əmələ gəlməsinə düşünülmüş şəkildə zəmin yaradırlar. Çünki, bu cür narazılıqlar hər bir sakinin, o cümlədən Yadigar Rəcəbovgilin də dövlət-hakimiyyət orqanlarına olan inamını heçə endirir. O halda sual oluna bilər ki, görəsən Şamaxı RİH-nin rəhbərliyi digər şəhər və rayonlarda baş verən xoşagəlməz hadisələrdən niyə nəticə çıxarmırlar? Yoxsa onlar oxşar hadisələrin bu rayonda da baş verməsi arzusundadırlar? Düşünürük ki, məqalənin yayımlanmasından sonra cənab Tahir Məmmədovun rəhbərlik etdiyi bu dövlət qurumun səlahiyyətli şəxsləri Yadigar Rəcəbovgilin üzüzə qaldığı problemin varlığına diqqət yetirib, vətəndaş narazılığının aradan qaldırılması yöndə lazımi addımlarını atacaqlar.
P.S. Hörmətli çoxsaylı oxucuları! Biz belə bir olayla bağlı lazımi araşdırmalarımızı davam etdirib, Yadigar Rəcəbovgilin 7 nəfərdən ibarət ailə üzvlərinin hansı səbəbdən xoşagəlməz süründürməçiliklə üz-üzə qalmalarının əsl mahiyyətini, məhz çox yaxın günlərdə geniş ictimaiyyətin diqqətinə çatdıracağıq. Odur ki, bizi izləməyi unutmayın. Qarşı tərəfi də dinləyə bilərik. //araz.az //
Əyalətmedia.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!
Nyus.Az

Xəbəri paylaş