Naxçıvan icra Hakimiyyətinin başçısının müavini Bakıda 3 mərtəbəli ticarət mərkəzi tikdirib

 
18-04-2025, 11:30           
Naxçıvan şəhər icra Hakimiyyətinin başçısının müavini İmran Məmmədov Bakıda ticarət mərkəzi tikdirib.

Qlobal.az xəbər verir ki, İmran Məmmədovun ticarət mərkəzi Bakıda Ceyhun Hacıbəyli 41A ünvanında yerləşir.

Obyekt 3 mərətəbli və mansardlıdır.

Obyektin ümumi sahəsi 300 kvadrat metrdən artıqdır.

Qeyd edək ki, bu ərazidə qeyri-yaşayış binalarının, ticarət obyektlərinin 1 kvadrat metrinin satış qiyməti 7 min manatdan başlayır.

Xatırladaq ki, İmran Məmmədov Naxçıvan şəhər icra hakimiyyətinin başçısının müavini olmaqla yanaşı, həm də İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiridir.

Cahandar Laçınlı






Xəbəri paylaş


 
 


Xəbər lenti