Şəki İnzibati Məhkəməsinin sədri Rüstəm Kərimli şəhid anasından nə istəyir

 
4-08-2025, 11:12           
Şəki rayonu, Baş Göynük kəndində yaşayan 84 yaşlı şəhid anası, qəhrəman ana Cəfərova Sayalı İslam qızı tərəfindən Prezidenti İlham Əliyevə, Baş nazir Əli Əsədova, Ədliyyə naziri Fərid Əhmədova, Baş prokuror Kamran Əliyevə, İqtiasiduyyat naziri Mikayıl Cabbarova, Əmlak Məslələri Dövlət Xidməti rəisi cənab Mətin Eynullayevə, Ombudsman Aparatının sədri Səbinə Əliyevaya və digər aidiyyəti dövlət qurumlarının rəhbərlərinə ƏMDX-nin  12 saylı Şəki Ərazi İdarəsi rəhbərliyinin şəhid ailəsinə verilmiş 2.35 ha pay torpağının başqa şəxslərə qanunsuz satılmasına hüquqi qiymətin verilməsi üçün  Şəki İnizibati Məhkəməsinə verdiyi ərizənin araşdırlması zamanı yol verilən süründürməçilik barədə şikayət məktubu ünvanlanıb. 
Bir surəti də Aktualinfo.org-a daxil olan şikayət məktubunda deyilir:
Çox  hörmətli cənab Prezident İlham Əliyev Mən, Cəfərova Sayalı çoxuşaqlı qəhrəman ana kimi ömür boyu təsərrüfatla məşğul olub 9 övladımı böyütmüşəm. Böyük oğlum Aslan Həsənov ( zabit) taqımını xilas edərkən 1994-cü ildə şəhid olmuşdur.
Mənə verilən 2.35 ha pay torpağıma 20.02.2009-cu ildə torpaq sahəsinin plan və ölçüsü sənədini almışam. Həmin sahənin 1.7 ha fındıq bağı, qalan sahədə isə dirrik məhsulları yetişdirib dolanırıq. 6 ildir ki, fermer kartıma subsidiya pulu köçürülmür. Çünki yerimin çıxarış sənədini ala bilmirəm. Səbəbini də göstərirlər ki, yerimi guya səhvən başqa bir şəxsin adına çıxarış veriblər. Ona görə mənə çıxarış vermirlər. Mən də başqasına qanunsuz satılan torpağıma verilən çıxarışın ləğv edilməsi üçün Şəki İnzibati Məhkəməsinə ərizə vermişəm. Budur, aylardır ki, hakim Rüstəm Kərimli işi uzatmaqla, süründürməçiliklə məşğuldur. 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi də məhkəmə proesesində rəsmi etiraf etmişdir ki, idarəmizin işçiləri tərəfindən səhvən şəhid anasının torpağı başqa şəxsə çıxarışla  verilmişdir və iddia ərizəsinin təmin olunmasına etiraz etmirik. Lakin hakim rəsmi dövlət idarəsinin rəsmi etirafını nədənsə nəzərə alaraq iddiamızı təmin etmək istəmir. Yəni, nəticəyə gəlirik ki, hakim o qədər aşınıb ki, şəhid anasına oğlu Aslanın qanı tökülmüş halal torpağını özünə qaytarmaq əvəzinə, torpağı ələ keçirən digər tərəflə gizli sövdələşərək hələlik oyunbazlıqla (süründürməçiliklə) məşğuldur.
Cənab dövlətimizin başçısı İlham Əliyev! Sizdən xahiş edirəm ki, bu isti günlərdə yersiz məhkəmə yollarına salaraq iddiamızı uşaq oyunçağına çevirən hakimin işimizə bir az ədalətlə yanaşması üçün lazımi köməkliyi göstərəsiniz. Sağ olun. Allah amanında.
 
Aktualinfo.org
Məqaləyə dair fotomateriallar: 


 
P.S.Qeyd edək ki, Prezident İlham Əliyevin 08 aprel 2024-cü il tarixli Sərəncamı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şəki İnzibati Məhkəməsinin hakimi və sədri təyin edilmiş Rüstəm Kərimlinin barəsində elektron mediada yayılan məlumatlara görə  2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (2 BİİM) keçmiş hakimi Rüstəm Kərimlinin tutduğu yüksək postdan şəxsi mənafeyi adına yararlanması vətəndaşın Nərimanov bələdiyyəsinə qarşı torpaq mülkiyyəti hüququ ilə bağlı iddiası üzrə işdə tam çılpaqlığı ilə üzə çıxıb. İlyarımlıq süründürməçilikdən sonra hakim adını daşıyan şəxs cavabdehlə qeyri-prosessual münasibətə girərək ƏMDK- dan saxta rəy aldırdı ki , bələdiyyənin mülkiyyətindəki torpaq sahəsi dövlət torpağıdır.  Göründüyü kimi Rüstəm Kərimli hələ bir neçə il əvvəl torpaq mübahisələrində adı hallanıb. Bəs görəsən Rüstəm Kərimli indi şəhid anasından nə istəyir. 



Xəbəri paylaş


 
 


Xəbər lenti