Yusifov qardaşları Gəncə Dövlət Universitetinə belə nəzarət edirlər – Biri pul ayırır, digəri də talayır
18-05-2023, 13:01 122 dəfə baxılıb
Elektron mediada Gəncə Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin müəllimi Elnarə Xudaverdiyevanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına ünvanladığı müraciət yayılıb. https://mediatv.az/cemiyyet/108732-gdu-rektoru-yusf-yusbov-respublkada-mueyyen-meselere-bz-nezaret-edrk.html Müraciətdə diqqət çəkən bəzi məqamları diqqətinizə çatdırırıq.
Müəllimə yazır ki, “Gəncə Dövlət Universitetində özbaşınalıqlar bitmək bilmir. Universitetin rektoru Yusif Yusifov deyir ki, respublikada müəyyən məsələlərə biz nəzarət edirik, müəyyən məsələlər bizim nəzarətimizdədir. Kim nə yazır yazsın, heç bir narahatçılıq yoxdur. Bu sözləri qardaşı Maliyyə Nazirliyinin Aparat rəhbəri Cavanşir Yusifova görə belə deyir.”
Qeyd edək ki, müəllimənin bu yazdıqları artıq heç kimə sirr deyil. Həqiqətən də, Cavanşir Yusifovovun sayəsində Gəncə Dövlət Universitetinin bir korrupsiya yuvasını çevrilməsi son illər elektron medianın gündəmindən düşmür və bununla bağlı kifayət qədər geniş məlumatlar tapmaq olar. Ali təhsil müəssisəsində rüşvətxorluq, özbaşınalıq, korrupsiya, əxlaqsızlıq hallarından tutmuş, nataraz idarəetmə sayəsəndə yaranan qalmaqalara kimi. Ən maraqlısı rektor Yusif Yusifovun barəsində bu yazılanların hamısını qulaq ardına verməsidir. Universitetin müəlliminin şikayətində qeyd etdiyi kimi “kim nə yazır yazsın, heç bir narahatçılıq yoxdur”, çünki respublikada müəyyən məsələlərə onlar nəzarət edir.
Onların nəzarət etdiyi sahə isə respublikanın maliyyə sektorudurudur ki, çox məsələlər həll edir. Yusif Yusifovun Gəncə Dövlət Universitetinə rektor təyin edildikdən sonrakı dövrlərin maliyyə yoxlaması aparılarsa burada külli miqdarda dövlət vəsaitlərinin mənimsənildiyi məlum olar. Amma yoxlama aparılmır. Çünki Maliyyə Nazirliyindəki qardaş Cavanşir Yusifovov buna imkan vermir.
Aktualinfo.org hələ bir neçə il bundan əvvəl Gəncə Dövlət Universitetində dövlət satınalmaları yolu ilə milyonlarla manat dövlət vəsaitinin mənimsənilməsi barədə silsilə məqalələr dərc etmişdi. Araşdırmalarımızda göstərdimişdik ki, universitet tərəfindən hər il cari və əsaslı təmir işlərinin satınalmasına külli miqdarda vəsait ayrılır. Bu zaman qiymətlər süni şəkildə şişirdlir, şəffaflığa riayət edlmir. Həmin vaxt bizə verilən məlumatlarda universitetin tədris korpuslarının əvvəlki illərdə də təmir olunduğu bildirilir, lakin hər il korpusların daxilində xırda, kosmetik işlərın aparılmasına yenə külli miqdarda dövlət vəsaiti ayırırlar. Bu isə tender yolu ilə ayrılmış vəsaitlərin mənimsənilməsi ilə nəticələnir. Hansı ki, apardığımız yeni araşdırmalar bunları bir daha təsdiq edir.
Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə Gəncə Dövlət Universiteti tərəfindən dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə keçirilmiş açıq tenderə 03.05.2023-cü il tarixdə yekun vurululub. Tenderin nəticəsinə görə “STİL555” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilib və yekun olaraq tərəflər arasında 191.135,8 manat məbləğində satınalma müqaviləsinin bağlanılacağı açıqlanıb.
Qeyd edək ki, bütün satınalmalarda olduğu kimi, Gəncə Dövlət Universitetinin Tender Komissiyası bu prosedurun keçirildiyi zaman da “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini kobud şəkildə pozmuşdur.
Belə ki, kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “STİL555” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 01.02.2023-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, HÜSEYN SEYİDZADƏ 2 MKR, ev 23, m. 48, qanuni təmsilçisinin isə İbrahimov Məhəmməd Əli oğlu olduğu göstərilir.
Qeyd edək ki, Gəncə Dövlət Universitetinin Tender Komissiyası tərəfindən dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə açıq tender müsabiqəsinin başlanma tarixi 17.03.2023-cü ilə, zərflərin açılışının isə 27.04.2023 -cü il tarixə müəyyən olunduğu elan edilib. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından da göründüyü kimi “STİL555” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 01.02.2023-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Bu isə o deməkdir ki, Gəncə Dövlət Universiteti Tender Komissiyası tender müsabiqəsi başlamazdan 45 gün əvvəl dövlət qeydiyyatına alınmış bir MMC-yə üstünlük verib.
Bununla universitetin Tender Komissiyası “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin tələblərini pozaraq satınalma prosedurundan 45-gün əvvəl yaradılmış “STİL555” Məhdud Məsuliyyətli Cəmiyyətinin müvafiq sahədə peşəkarlığını, ixtisas göstəricilərini, təcrübəsini, texniki və maliyyə imkanlarını, işçi qüvvəsini, idarəetmə səriştəsini, etibarlığını nəzərə almamışdır. Bu da keçirilmiş tender prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.
Qeyd edək ki, Gəncə Dövlət Universitetinin Tender Komissiyası analoji qanun pozuntusuna 2022-ci ildə də yol vermişdir. Belə ki, Universitet 17.10.2022-ci ildə dəftərxana və təsərrüfat mallarının satın alınması üzrə 20.06.2022-ci il tarixdə başlanmış açıq tenderdə “ENRIKE” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib seçib və 183.606 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığını 17.10.2022-ci ildə açıqlayıb. Burada bir maraqlı nüans var. Universitetinin Tender Komissiyası tender müsabiqənin başlama tarixini 15.04.2022-ci il, zərflərin açılış tarixini isə 20.05.2022-ci ilə müəyyənləşdirildiyini açıqlayıb. Amma nədənsə nəticəsi 17.10.2022-ci ildə açıqlanıb.
Universitetin bu satınalma üzrə də müqavilə bağladığı “ENRIKE” MMC kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında 24.01.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Yəni, tender müsabiqənin başlamasından 3 ay əvvəl.
Digər maraqlı nüans.Universitet 2022-ci ilin oktyabr ayında 1000 ədəd, ağ, 15 wt led lampa; 1.000 ədəd, sarı, 15 wt led lampa; 1000 ədəd, ağ, 12 wt led lampa; 1.000 ədəd, sarı, 12 wt led lampa (siyahıda göstərilənlərin hamısını yazmırıq ) alınması üçün sifariş verib. Üstündən 7 ay keçdikdən sonra isə sadaladığımız lampaların hərəsindən 500 ədəd alınmasını satınalma planlarına daxil edib. Göründüyü kimi universitet son 7 ay ərzində dəftərxana və təsərrüfat mallarının satın alınması adı altında 374 741 manat dövlət vəsaiti ayırıb.
Buradan sual yaranır. Universitetdə 7 ay ərzində 6000 ədəd lampanın alınması zərurəti haradan yaranıb? Hansı ki, bu lampaların qiyməti 3-6 manat arası dəyişir. Ən aşağı qiymətlərlə, yəni 3 manatla hesabladıqda universitet təkcə lampaların alınmasına 18 min manat dövlət vəsaiti xərcləyib. Bəli, Gəncə Dövlət Universiteti böyük bir tədris müəssisəsidir. Amma burada bu qədər lampanın istifadə olunması çox şübhəli görsənir. Biz hələ şərtlər toplusundakı digər malları nəzərə almırıq. Onda şübhələr daha da çoxalmış olur.
Butun bu şübhəli tenderlər isə Gəncə Dövlət Universitetində hər il təkrarlanır. Rektorun qardaşı Cavanşir Yusifov Maliyyə Nazirliyinin Aparat rəhbəri vəzifəsindən çıxarılmayana qədər də davam edəcək. Universitetin müəlliminin şikayətində qeyd etdiyi kimi, indi onlar respublikada çox məsələlərə nəzarət edirlər, nəinki Gəncə Dövlət Universitetinə.
Aktualinfo.org

Xəbəri paylaş