Professor İbrahim Cəfərov doğma xalqına, dövlətinə ləyaqətlə xidmət göstərən ziyalıdır
22-06-2022, 13:37 61 dəfə baxılıb
Məlumdur ki, dünyada hər bir xalq özünün savadlı cəmiyyəti, inkişaf etmiş elmi ilə öyünür və bu da həmin xalqların öz ölkələrini daha çox tanıtmalarına, daha da məşhur olmalarına səbəb olur.[/b]
Hal-hazırda bəşəriyyət əldə olunan elmi nailiyyətlər əsasında kompüter erasına qədəm qoyub ki, bu da əksər ölkələrdə olduğu kimi, məhz bizim ölkəmizin də hər sahəsində, o cümlədən təhsil sahəsinin inkişafında da öz təsirini göstərməkdədir. Faktdır ki, ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələri ildənilə yeni-yeni texniki avadanlıqlarla və s. ilə təmin olunur ki, bu da müəyyən olunmuş strategiyaya uyğun həyata keçirilir. Qeyd edək ki, indiyə kimi ölkəmiz savadlı kadrlarının sayəsində inkişaf edib, sosial-iqtisadi, siyasi, hərbi və digər sahələrdə müəyyən uğurlarına qovuşub. Bəli, yalnız savadlı cəmiyyətin, peşəkar mütəxəssislərin sayəsində hər sahədə lazımi uğurları əldə etmək, dünya arenasında Azərbaycanı layiqincə təmsil etmək mümkün olur. Unutmaq olmaz ki, vaxtilə ulu öndər Heydər Əliyev “Təhsil millətin gələciyidir” deyə öz müdrik kəlamını ifadə edərək, hakimiyyətdə olduğu illər ərzində ölkəmizin təhsil sahəsinə diqqətlə yanaşdı və bu sahədən heç zaman qayğısını əsirgəmədi. Faktdır ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş siyasətin nəticəsində respublikamızda təhsilin inkişafı, problemlərinin həlli və s. istiqamətində lazımi addımlar atılır ki, bu da hal-hazırda öz bəhrəsini verməkdədir.
Professor İbrahim Cəfərov doğma xalqına, dövlətinə ləyaqətlə xidmət göstərən ziyalıdır
Bəli, heç kəsə sirr deyil ki, indiyə kimi Azərbaycan təhsilinin inkişaf etdirilməsində əvəzsiz xidməti olan çoxsaylı təhsil müəssisələri var və onlardan biri də Azərbaycan Dövlət Aqrar Universitetidir (ADAU-dur). Bu ali təhsil müəssisəsinə 25 iyul 2013-cü il tarixdən AMEA-nın müxbir üzvü, kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Həsən oğlu Cəfərov rəhbərlik edir. O, belə bir təyinatından əvvəl rektor əvəzi, tədris işləri üzrə prorektor vəzifəsini daşıyır. Ümumiyyətlə, İbrahim Cəfərovun rektor təyinatı, bu ali təhsil müəssisəsinin həyatında olduqca əhəmiyyətli rol oynayır. Əldə etdiyimiz məlumatlara görə gənc yaşlarından pedaqoji sahədə fəaliyyətə başlayan və ötən illər ərzində kifayət qədər zəngin təcrübə toplayan, eyni zamanda peşəkar idarəçiliyi ilə Azərbaycan təhsilinin inişafına dərin töhfələrini bəxş edən İbrahim Cəfərov, bu gün elə bir idarəçiliyini həyata keçirir ki, hər bir KİV nümayəndəsi, ictimaiyyətin fəal nümayəndəsi və s. ADAU haqda lazımi məlumatları asanlıqla əldə edə bilir. Diqqət yetirək ki, hal-hazırda rektor vəzifəsini daşıyan İbrahim Cəfərov bugünə kimi 3 dərsliyin, 1 dərs vəsaitinin, 100-dən artıq elmi məqalənin, 4 metodiki tövsiyənin, fənn proqramları və metodik göstərişlərin müəllifidir. Bundan əlavə, bu şəxsin çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 148-dir və onun elmi əsərlərinin 43-ü xaricdə, 13-ü beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunmuşdur. Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı isə 2-dir. Bəli, İbrahim Cəfərov kənd təsərrüfatı üzrə peşəkar mütəxəssis olduğundan, onun ötən illər ərzindəki fəaliyyəti daim dəyərləndirilmişdir, lazımi qiymətini də almışdır. Belə ki, kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 07 noyabr 2016-cı il tarixli Sərəncamı ilə, kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə İbrahim Cəfərov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunur.

O da hər kəsə məlumdur ki, professor İbrahim Cəfərov daim ictimaiyyətlə sıx əlaqə saxlamağı bacaran vəzifə sahibidir. Bu olduqca qürurverici haldır və bu şəxsi insanlara olduğu kimi tanıtdıran, qəbul etdirən cəhətdir. Diqqət yetirək ki, hal-hazırda ölkəmizin ərazisində fəaliyyət göstərən ali təhsil ocaqları içərisində ən ümidverici məlumatlar, daha çox ADAU-nun adı ilə bağlı olur. Yəni, rektor İbrahim Cəfərovun atdığı addımlarla, bu ali təhsil ocağında əldə olunan uğurlarla bağlı ayrı-ayrı media qurumlarında yayımlanan məqalələrdə, məhz bütün bunları açıq-aydın görmək mümkündür. Odur ki, bu ali təhsil ocağında keçirilən semestr imtahanlarının gedişi ilə bağlı əsl həqiqətləri bilmək üçün, heç də uzağa getmək lazım deyil. Yəni, universitetin auditoriyalarında, yataqxanalarında, həyətdə-bacasında olan tələbələrlə fərdi söhbətlər etmək, tələbələrin valideyinləri, digər yaxınları ilə əlaqə yaradıb lazımi həqiqətləri üzə çıxartmaq heç də çətin deyil. Faktdır ki, bu ali təhsil ocağında elə bir idarəçilik həyata keçirilir ki, hansısa tələbədən “məni kəsdilər” ifadəsini eşitmək mümkün deyil. Çünki, Universitet rəhbərliyinin bütün neqativ halları aradan qaldırdığı, semestr imtahanlarında obyektivliyin təmin olunması yöndə lazımi addımlarını atdığı bildirilir. Yəni, bütün bunları bir neçə gün bundan əvvəl keçirilən semestr imtahanlarında canlı şəkildə müşahidə edib gördüyümüzdən, məhz qeyd olunanların həqiqət olduğunu bildiririk. Məsələn, istər mühəndislik, baytarlıq, aqronomluq, aqrobiznes və idarəetmə, elektroenergetika və informasiya texnologiyaları korpuslarında, istərsə də digər korpuslarda olarkən tələbələrlə, bəzi valideyinlərlə etdiyimiz fərdi söhbətlərimiz zamanı, ümumi vəziyyətin necəliyini tam şəkildə dəqiqləşdirə bildik. Yəni, o zaman bəlli oldu ki, bu ali təhsil müəssisəsində hansısa rüşvət faktorunun varlığından söhbət gedə bilməz. Bütün bunlara baxmayaraq, bu gün bəzi media qurumlarında ADAU ilə bağlı xoşagəlməz məqalələr yayımlanır, əsl həqiqətlər təhrif olunmuş qaydada geniş ictimaiyyətin diqqətinə çatdırılır. Sözsüz ki, bu kimi addımların atılmasının arxasında hansısa sifarişlərin verilməsinin, hansısa qüvvələrin məkrli planlarının həyata keçirilməsi niyyətinin durduğu qənaətinə də gəlmək olar. Amma, onu unutmaq olmaz ki, bu cür çirkin niyyət sahibləri heç də uzağa gedə bilməyəcəklər. Çünki, bir düz hər zaman əyrini kəsib.
Professor İbrahim Cəfərov doğma xalqına, dövlətinə ləyaqətlə xidmət göstərən ziyalıdırDiqqəti cəlb edən hallardan biri də, bu ali təhsil ocağında keçirilən şifahi imtahanlar zamanı müəllimlərin suallarına cavab verən tələbələrə digər tələbələrin qulaq asmaları olur. Yəni, həmin vaxt bir kimsə nəsə deyə bilmir ki, “filan tələbə suala cavab vermədiyi halda qiymət aldı, yaxud da hansısa suala zəif cavab verən tələbəyə yüksək qiymət yazıldı”. Bu yöndə atılan addımlar aşkarlığın üzə çıxarılmasına, şübhələrin birdəfəlik aradan qaldırılmasına səbəb olur. Ümumiyyətlə, keçirilən şifahi imtahanların müsbət cəhətləri çox olur. Bütün bunlar onu sübut edir ki, ADAU-nun rektoru professor İbrahim Cəfərov, hal-hazırda Azərbaycan təhsilinin inkişaf etdirilməsində əvəzsiz xidməti olan, rəhbərlik etdiyi sahədə şəffaf mühitin varlığını təmin edən vəzifə sahibi olmaqla bərabər, eyni zamanda doğma xalqına, dövlətə və dövlətçiliyimizə layiqincə xidmət göstərməyi də bacaran nüfuzlu ziyalıdır.
Qeyd edək ki, bu gün İbrahim Cəfərov öz xoşbəxtliyini, səadətini doğma Vətəninə, doğma xalqına ləyaqətlə xidmətdə görür. Bu da onun nüfuzlu Azərbaycan ziyalısı olaraq nəinki ölkəmizdə, hətta dünyanın əksər ölkələrində də tanınmasına səbəb olur. Bəli, bu şəxs hər zaman ulu öndər Heydər Əliyev siyasi kursuna sadiq olduğunu əməli addımları ilə sübuta yetirib və heç zaman heç bir təmənna güdmədən, vəzifədə olub-olmamasına fərq belə qoymadan, daim prezident İlham Əliyevə, dövlətimizə, dövlətçiliyimizə xidmət göstərməyi özü üçün şərəf bilib. Bütün bunlar gəlişi xoş sözlər deyil, əsl həqiqətlərdir. (qerar.az)

Xəbəri paylaş