Anar Bayramovun himayəsində olan Şaban Eyvazov daha nə qədər vəzifə dəyişəcək

 
13-06-2024, 09:53            234 dəfə baxılıb


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq son illərdə ölkəmizdə əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya infrastukturu müasir tələblərə uyğun qurulur, reabilitasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm işlər aparılır. Bu məqsədlə təkcə 2019-2020-ci illərdə ölkədə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra, müasir avadanlıqlarla təchiz olunmuş şəkildə istifadəyə verilib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə  Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yaradılan 2 saylı Uşaq Reabilitasiya Mərkəzi də ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlar üçün tibbi-sosial reabilitasiya imkanlarının artırılmasına, bu sahədə müasir standartlara uyğun infrastrukturun formalaşdırılmasına mühüm töhfə olub.
Mərkəzin məqsədi tibbi, sosial, tədris-peşə reabilitasiya tədbirlərinin aparılması yolu ilə sağlamlıq imkanları məhdud uşaqların sosial stasunun bərpa edilməsini və onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Burada il ərzində 600-dək uşağa bərpa müalicəsi xidmətləri göstərilir.
Müəssisədə həmin kateqoriyadan olan uşaqların tibbi, psixoloji, tədris-peşə diaqnostikası təyin edilərək, fərdi reabilitasiya planları əsasında onların tibbi, sosial, tədris-peşə reabilitasiyası işləri aparılır. Onlar praktikada özünü doğrultmuş fizioterapevtik prosedurlardan, müalicəvi vannalardan və s. istifadə edilməklə 15-dən çox növdə reabilitasiya xidmətləri, habelə sosial yanaşma əsaslı reabilitasiya tədbirləri ilə əhatə olunurlar.
Elektron medianın yazdığına görə 13 noyabr 2023-cü ildə Respublika Reabilitasiya Mərkəzinin direktoru Şaban Eyvazov vəzifəsindən azad olunaraq, 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə direktor təyin edilib.
Məlumata görə, Şaban Eyvazov vəzifəsindən azad edilməsinə səbəb rəhbərlik etdiyi Respublika Reabilitasiya Mərkəzində aşkarlanan ciddi qanun pozuntuları olub. Etibarlı mənbənin mətbuata verdiyi məlumatda direktorun Mərkəzin balansında olan nazas avtomobilləri işlək kimi dövlət qeydiyyatına alaraq, hər avtomobilə görə aylıq 300-400 manat dövlət vəsait mənimsəyib. Yoxlamadan sonra məlum olub ki, Respublika Reabilitasiya Mərkəzinin filtrasiyalı su təmin edilməsi adı ilə dövlət büdcəsindən pul ayırılsa da, o vəsait təyinatı üzrə xərclənməyib. Verilən  məlumatlarda əlillərə ayrılan ərzaq və dərman preparatlarının bəzi hissələrinin şəxsi istifadə üçün mənimsənilməsi hallarının aşkar olunduğu da iddia edilir. Bütün bunlar nə qurum rəsmiləri nə də Şaban Eyvazov tərəfindən təkzib edilməyib.
Bəs necə olub ki, Respublika Reabilitasiya Mərkəzində ciddi qanun pozuntularına yol vermiş bir şəxs məsuliyyətə cəlb olunmayıb və əksinə kiçik də olsa bir vəzifə ilə şərəfləndirilib. Qeyd edək ki, Şaban Eyvazov daha əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Uşaq Bərpa Mərkəzində baş həkim olub. Əldə etdiyimiz məlumatlara görə ona bu şəraiti Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov yaradır. 
Redaksiyamıza verilən məlumatlara görə Şaban Eyvazov 2 saylı Uşaq Reabilitasiya Mərkəzində əvvəlki iş yerində olduğu kimi çalışır. Mərkəzdə vəzifəsinin icrasına başlar-başlamaz işçilərdən bayram günlərində şirinlik tələb edib. Bunu da onunla əsaslandırıb ki, bunlar Mərkəzin ehtiyaclarını ödəməyə və gəlib-gedənləri yola salmaq üçündür. Reabilitasiya Mərkəzinin Agentliyk tərəfindən dəftərxana və təsərrüfat malları ilə təchiz edilməsinə baxmayaraq Şaban Eyvazovun göstərişi ilə bu kimi zəruri mallar işçilərin şəxsi vəsaitləri hesabına alınır. 
Məlumatlarda həmçinin qeyd edilir ki, 2 saylı Uşaq Reabilitasiya Mərkəzində baş verən bu ə digər neqativ hallardan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətli şəxsləri də məlumatlıdırlar. Lakin Şaban Eyvazovun Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramovun himayəsində olduğundan onun bir çox əməllərinə göz yumurlar. Şaban Eyvazov da himayədarı sayəsində yol verdiyi qanun pozuntularına baxmayaraq vəzifədən-vəzifəyə gedir.


Əyalətmedia.az




Xəbəri paylaş


 
 


Xəbər lenti