Suraxanıda ölkə rəhbərinin imzaladığı Sərəncama, verdiyi tapşırıqlara məhəl qoyulmur- SƏBƏB?-VİDEO
27-06-2024, 11:41 180 dəfə baxılıb
Məlumdur ki, 09 oktyabr 2018-ci il tarixdə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilir və iclasda Prezident İlham Əliyev paytaxt Bakı şəhəri ərazisində, digər şəhər və rayonlarda həyata keçirilən qanunsuz tikinti işləri ilə bağlı iclasda iştirak edənlərə ciddi tapşırıqlarını verir. Qeyd edək ki, ölkə rəhbəri tikinti işləri ilə bağlı Sərəncam imzaladığını bir daha iclas iştirakçılarının diqqətinə çatdırır və onu da qeyd edir ki, “Tikinti işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan həyata keçirilə bilməz. Əgər kimsə verilmiş qaydaları pozarsa, o halda qaydanı pozanlar həm cinayət məsuliyyətinə cəlb olunacaqlar, həm də qanunsuz inşa olunan tikililər dərhal söküləcək”. Cənab Prezidentin tikinti işləri ilə bağlı imzaladığı Sərəncamdan, həmçinin Nazirlər Kabinetində keçirilən iclasda verdiyi tapşırıqlardan sonra hər kəs düşünürdü ki, ölkənin tikinti sahəsində baş alıb gedən qanunsuzluqlara son qoyulacaq, eyni zamanda ictimai nəzarət də artırılacaq.
Bundan əlavə, 11 mart 2022-ci il tarixdə isə Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) geniş müşavirə keçirilir və qanunsuz tikililərlə bağlı icra başçılarına ciddi xəbərdarlıqlar da olunur. Yəni, Bakı şəhəri ərazisində qanunsuz tikintilərlə bağlı vəziyyət və bu kimi halların qarşısının alınması məsələləri icra hakimiyyəti başçılarının, müvafiq təsərrüfat strukturları rəhbərlərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə geniş müzakirə olunur. Müşavirədə BŞİH-nin başçısı Eldar Əzizov, Prezident İlham Əliyevin Bakı şəhəri ərazisində qanunsuz tikintilərlə bağlı bildirdiyi iradlar, həmçinin digər neqativ halların qarşısının alınması yöndə verdiyi tapşırıqlar barədə müşavirə iştirakçılarını ətraflı məlumatlandırır. Müşavirədə qeyd olunur ki, son illər qanunsuz tikililərlə bağlı RİH-nin başçılarına mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə müəyyən tapşırıqlar verilsə də, icra başçıları, onların aparatının məsul əməkdaşları bu məsələni diqqətdə saxlamayıblar və qanunsuz tikintilərin geniş vüsət almasına şərait yaradıblar. Müşavirədə daha çox qanunsuzluqlara yol verilmiş İcra Hakimiyyəti başçılarına ciddi xəbərdarlıqlar olunur və qanunsuz tikinti işlərinin qarşısının alınması ilə bağlı lazımi tədbirlərin görülməsi yöndə ciddi tapşırıqlar da verilir.
Bu yöndə lazımi və əsaslı tapşırıqların verilməsinə baxmayaraq, hələ də Bakı şəhərinin bəzi rayonlarında, ələlxüsus Nəsimi, Suraxanı, Yasamal və s. kimi rayonların ərazilərində qanunsuz tikinti işləri geniş vüsət almaqdadır, hətta RİH-ləri tərəfindən qanunsuz tikinti işləri aparan işbazlara lazımi şərait də yaradılır. Məsələn, bir neçə gün bundan öncə redaksiyamıza Bakı şəhəri, Suraxanı rayonu ərazisindəki “Günəşli” mərasim evinin sağ tərəfində inşaası həyata keçirilən tikili ilə bağlı müəyyən məlumatlar daxil olmuşdur. Daxil olan məlumatlarda qeyd olunur ki, həmin tikiliyə aid rəsmi dövlət qurumlarından lazımi sənədlər alınmasa da, hal-hazırda qeyd olunan ərazidə tikilinin birinci mərtəbəsi inşa olunub, ikinci mərtəbəsinin inşa olunmasına isə müəyyən hazırlıq işləri görülməkdədir. Bu o deməkdir ki, həmin tikilinin sahibi möhtərəm Prezidentin, BŞİH-nin başçısı cənab Eldar Əzizovun verdiyi tapşırıqlara, tikinti işləri ilə bağlı qəbul olunmuş mövcud təlimata, qanun-qaydaya və s. heç bir halda əməl etmir və öz bildiyi addımlarını atır. Bununla da həmin işbaz tikinti qaydalarının tələblərini tapdaqlar altına atır. Bu da onu göstərir ki, ətraf hissəsi müəyyən örtüklə bağlanmış tikilinin inşaası qanunsuz həyata keçirilir. Daxil olan məlumatlarda o da qeyd olunur ki, həmin tikiliyə aid müxtəlif işlər görülərkən normativ tələblərə də əməl olunmur və belə bir səbəbdən də, ətraf əraziyə xoşagəlməz səs-küy yayılır, sakinlərə müəyyən narahatçılıqlar yaradılır. Belə bir halların varlığı, məhz ətraf ərazidə yaşayan sakinlərin, ərazidən ötüb–keçən piyadaların haqlı narazılığına səbəb olur.
Bütün bunlar onu göstərir ki, cənab Əziz Əzizovun icra başçısı olduğu Suraxanı rayonu ərazisində qanunsuz tikinti işlərinin davam etdirilməsində şəxsi maraqların təmin olunması, hal-hazırda RİH Aparatının əməkdaşları üçün daha əhəmiyyətli addım hesab olunur. Əgər bu belə olmasaydı, yəqin ki, o halda ölkə rəhbərinin, həmçinin BŞİH-nin başçısı Eldar Əzizovun, Bakı şəhəri ərazisində qanunsuz tikinti işlərinin qarşısının alınması ilə bağlı imzalanan Sərəncama, verilən tapşırıqlara əməl olunardı. Deməli, .... Yazıda adı keçən hər kəsin mövqeyini dinləməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq.
Əyalətmedia.az
[media=https://youtube.com/shorts/XgieL-9nqOs?si=79Cf9-JgYTNR2dFN]

Xəbəri paylaş