Səfər Mehdiyev: “Ehtiram da, digər həbs olunanlar da orda qalmayacaq” - Son iclasın gizlinləri...

 
4-07-2022, 12:26            62 dəfə baxılıb
Dövlət Gömrük Komitəsində keçirilən son kollegiya iclası ilə bağlı Gununsesi.info-ya özəl məlumat daxil olub.

Əvvəlki dövrlərdən fərqli olaraq, bu dəfə kollegiyaya gələn idarə və şöbə rəislərinin telefonları elə komitənin giriş qapısında alınıb.

Anti-korrupsiya əməliyyatlarından sonra kollegiya iclasını toplayan Səfər Mehdiyev bəzi açıqlamalar verib.
Olduqca gərgin görünən Səfər Mehdiyev onlara qarşı bəzi qüvvələrin səfərbər olduğunu deyib:”Amma ruhdan düşməyin, işinizə davam edin. Hər şey aydınlaşacaq. Ehtiram da (Hazırda həbsdə Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilovu nəzərdə tutur -red) azadlığa çıxacaq. Digər həbs olunanlar da orada qalmayacaq.

Əyalətmedia.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!
Əyalətmedia.Az



Xəbəri paylaş


 
 


Xəbər lenti