Üzeyir Yusifovla Şirvanlı iş adamını hansı tellər bağlayır?
5-07-2024, 14:39 408 dəfə baxılıb
Mingəçevir İstilik Elektrik Stansiyasının 1-ci və 6-cı blokunda baş vermiş qəza nəticəsində paytaxt Bakı daxil olmaqla respublikanın 39 rayonunun elektrik enerjisindən məhrum olması hadisəsindən düz 6 il keçir. Həmin gün yayılan rəsmi məlumatlarda deyilirdi ki, "2018-ci ilin iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb. Yarımstansiyada dərhal təmir bərpa işlərinə başlanıb. Vəziyyət Azərbaycan Respublikası prezidentinin daim nəzarətindədir".
Fövqaladə Hallar naziri Kəmaləddin Heydərov dərhal hadisə yerində olmuş və açıqlama vermişdi ki, "Bu gün, iyulun 3-də, Mingəçevir İES-in altıncı blokunda qəza baş verib. Ərazidə baş vermiş qəza yanğınla nəticələnib. Dərhal hadisə yerinə yanğınsöndürmə texnikası və canlı qüvvə cəlb edilib, yanğın 20 dəqiqə ərzində söndürülüb". Kəmaləddin Heydərov bildirib ki, artıq qəza baş vermiş blokda bərpa işləri aparılır.
Doğrudur, hadisənin araşdırlması ilə bağlı dövlət komissiyası yaradılsa da onlar hadisənin əsl səbəbləri barədə cəmiyyətə məlumat verməmişlər. Əldə etdiyimiz məlumatda isə bildilir ki, həmin İES-in 1-ci və 6-cı blokunda olan qoruyucu detallar çox qədim və yararsız olduğuna görə azacıq isti havada yüklənmə zamanı belə bir hadisə baş verib. Halbuki, müasir dövrdə belə yarasız və müasir standartlara cavab verməyən qoruyucu detallar mexaniki yox, avtomat tipli detallarla əvəz olunmalı idi.
Əsas məsələ isə Mingəçevir İES-in bloklarında baş vermiş qəzanın tamam yenidən aradan qaldırılması üçün Rusiya Federasiyasından lazım olan müasir tipli avadanlıq və detalların alınaraq bərpa olunması zamanı törədilmiş korrupsiya hadisəsidir. Belə ki, həmin zaman Mingəçevirdə işləyən Üzeyir Yusifov “Azərenerji” ASC rəhbərliyinin göstrərişi ilə lazım olan avadanlıqların təcili surətdə alınıb gətirilməsi üçün Rusiya Federasiyasının Taqanroq şəhərində istehsal olunan elektrik avadanlıqlarının alınması üçün zavodun məsul işçisi və dostu olan Nikolayla danışıqlar aparır. Nikaolay Ü.Yusifova lazım olan detalları və ehtiyat hissələrin göndərilməsini müqavilə əsasında təşkil edəcəyini bildirir. Üzeyirlə Nikolayın gizli sövdələşməsi əsasında razılıq əldə olunur ki, elektrik avadanlıqlarının satış qiyməti 10 milyon manatdırsa, onun 20 %-I , yəni, 2 milyon manat müqaviləyə əlavə edilsin və Şirvan şəhərində olan məşhur iş adamı Faiq müəllimin MMC-sinin bank hesabına ayrıca köçürülsün. Xatırladaq ki, iş adamı olan Faiq müəllimin bacanağı Faiq Səfiyev Şirvanda yerləşən “Cənub” stansiyasında hazırda da yüksək vəzifədə işləyir və Üzeyir Yusifovun dostudur. Bu hadisədən dərhal sonra “Azərenerji” ASC rəhbərliyi tələb olunan pulu müqavilə əsasında Rusiyaya Taqanroq şəhərinə, Nikolayın hesabına köçürür. Nikolay da əvvəlki sövdələşmə əsasında pulun 2 milyonu Üzeyir Yusifovun etibarlı adamı hesab edilən Şirvanlı Faiq müəllimin MMC-sinin hesabına qaytarır. Təbii ki, bacanağının xətrinə Faiq müəllim də Rusiyadan hesabına köçürülən 2 milyon manatı qanunsuz olaraq nağdlaşdıraraq Ü.Yusifova təhvil vermişdir.Bu işdə isə rəhbərlik aldadılmışdır. Bundan sonra dərhal varlanan Ü.Yusifov özünə və çox sevdiyi adamlara çoxsaylı bahalı daşınar və daşınmaz əmlaklar almaq işinə girişir. Üzeyir Yusifovun son 5 ildə aldığı əmlakları bir daha diqqətinizə çatdırırıq.
Son məlumatlara görə “Azərenerji” ASC-nin İdarə rəisi Üzeyir Yusifov yeni layihələrin icrası ilə əlaqədar hazırda Mingəçevir DRES-də fəaliyyət göstərir və adları rəsmi işə “ölü can”lar kimi yenidən yazılan qohumları olan Yusifov Nicat və Ziya isə Mingəçevir şəhərinə çatmamış yolun sağ tərəfində iki ədəd yanaşı tikilməkdə olan, yaşıl dam örtüklü ikimərtəbəli özəl villalalrın tikinti işlərinin icrasını tapşırmışdır. Hər iki villanın tikintisi üçün ayrılmış torpaq sahəsi Ü.Yusifovun 2018-ci ildən vəzifəyə təyin edildikdən sonra əldə etdiklərinin hamısını həyat yoldaşı, evdar qadın olan Suğra Hüseyn qızı Yusifovanın adına sənədləşmişdir. ( https://www.youtube.com/watch?v=vPlc6r5xd_g)
Göründüyü kimi “Azərenerji” ASC-nin Enerji İstehsalı Operatoruun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti İdarəsinin rəisi Üzeyir Yusifov son beş ildə yalnız həyat yoldaşının adına dəyəri bir neçə milyon manat olan daşınar və daşınmaz əmlak almışdır.
Bundan əlavə Üzeyir Yusifov dövlət büdcəsindən "oğurladığı" pullarla xanım işçisinə də bahalı hədiyyələr almağı unutmamışdır. Bu xanım kimdir? Ötən ilin sentyabr ayına qədər Üzeyir Yusifovun yanında işləmiş, idarədə torətdiyi özbaşınalıqların mətbuata sızmasından sonra Baba Rzayev tərəfindən işdən qovulan Mehin Zeynalova.
Xatırladaq ki, o. Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirdikdən sonra, 2022-ci ilin aprel ayından “Azərenerji” ASC-nin Enerji İstehsalı Operatoruun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti İdarəsində mühəndis vəzifəsinə qəbul edilib.
İdarə ona 2023-cü ilin sentyabrında işdən çıxarılan kimi tez tez ezamiyyə vərəqi vermiş və həftəlik ona 2000 manat ezamiyyə xərci hesablanmışdır. Üzeyir Yusifovun bu xanıma hədiyyə etdiyi əvvəlki KİA markalı avtomobil 2022-ci ildə toyundan 1 ay əvvəl Zirə yolunda törətdiyi avtoqəzada yararsız hala düşmüşdür. Onun əvəzinə səxavətli rəis yeni 90 MY 290 dövlət nömrə nişanlı, SOUL markalı yeni avtomobili alıb hədiyyə edib. İşdən çıxdıqdan sonra isə Üzeyir Yusifov tərəfindən Mehin Zeynalovaya 2024-cü ilin yanvarında yeni “Tayota” markalı bahalı avtomobil hədiyyəsi edilib. Bunlardan əlavə Üzeyir Yusifov Mehin Zeynalovanın anasının adına Abşeronda, Masazır qəsəbəsində balaca bir villa, Saray qəsəbəsində isə 12 sot torpaq sahəsi alıb hədiyyə edib. Bunlara baxmayaraq idarə rəisi hansısa təzyiqə görə öz əməkhaqqı kartını da işdən qovulan bu xanıma verməyə məcbur olmuşdur. Buradan ortaya suallar çıxır: “Azərenerji” ASC-nin idarəsində mühəndis vəzifəsində yenicə işə başlamış Mehin Zeynalovaya nəyə görə, hansı üstün cəhətlərinə görə 2022-ci ilin aprelindən başlayaraq hər həftə üçün ezamiyyə xərci 2000 manat, digər peşəkar mütəxəssislər üçün 350 manat hesablanmışdır? Bunlardan əlavə Üzeyir Yusifovun xanım işçisinə xüsusi "toy" təşkil etməsi barədə məlumatlar var ki, Mingəşevir, Şirvan şəhərinin energetikləri məcburi dəvət ediliblər.
Mövzu ilə əlaqədar yaydığımız bir neçə məqalədən sonra redaksiyamıza verilən yeni məlumatlarda Üzeyir Yusifovun topladığı var dövlətlə bərabər, keçmiş xanım işçisinə aldığı bahalı hədiyyələrdən, xanım işçisinə təşkil etdiyi xüsusi "toy" mərasimi barədə də məlumatlar var ki, Mingəşevir, Şirvan şəhərinin energetikləri məcburi dəvət edildiyinən bəhs edilir. Başqa bir videogörüntüdə gənc xanımla alış-veriş etdikdən sonra 66 yaşlı Üzeyir Yusifovun sumka daşıdığı əks olunub. Etika xatırinə biz həmin videogörüntüləri, Üzeyir Yusifovun barəsində olan yazışmaları yaymırıq. Qeyd edək ki, Üzeyir Yusifovun sonradan varlanması, Şirvan DRES-in 2020-ci ildə başlayan söküntüləri zamanı əldə etmiş olduğu pullarla qeyri-rəsmi milyonçuya çevrilməsi barədə də məlumatlar var. Bu barədə növbəti yazılarımızda daha detallı məlumatlar veriləcəkdir.
Mediatv.az

- Bakı şəhəri, Səbayıl rayonu, Xəqani küçəsi , ev 26/32, mən., 53-də Masallı sakini Orduxandan aldığı və dəyəri 280 000 manat olan 4 otaqlı mənzil,
- Bakının Nəsimi rayonu, 28 May küçəsi, 33-də sabiq deputat Elxan Süleymanovun oğlundan 440 000 manata aldığı 4 otaqlı, 165 kv.m sahəsi olan təmirli mənzili,
- Bakının Binəqədi rayonu, Novxanı qəsəbəsində, RES TİME restoranını dönəndən 300 m içəridə, transformatorun yanında dəyəri 500 000 mant olan iki mərtəbəli villası,
- Mingəçevir şəhəri, Maqomayev küçəsi 18/18-də yerləşən küçənin sağ və solundakı 12 mərtəbəli binalarda, 115 kv m sahəsi olan 3 otaqlı mənzillər.
- Özünün etirf etdiyinə görə Balababa müəllimin ona bağışladığı 2 ədəd villa,
- 2019-cu il buraxılışlı, 99 VX 199 dövlət nömrə nişanlı, ağ rəngli 200 000 manata aldığı Rang Rover avtomobili,
- 2020-ci il buraxılışlı, 99 ZR 199 nömrəli göy rəngli BMV X-6 avtomobili,
- Kürəkəninə aldığı 2020-ci il buraxılışlı 99 CY 199 nömrəli MERCEDES avtomobili,
- CİP Camar markalı avtomobili,
- 2019-cu il burxılışlı KİA STİNGER markalı, 99 UC 199 nömrəli göy avtomobil,
- Hazırda yeni 2022. Buraxılışlı Hundai Sonata, 77 PB 199 nömrəli xidməti avtomobilini idarə edir. Digərləri qarajda toz basır.
- Qızı Əliyeva Aysu Üzeyir qızının adına sənədləşdirdiyi və 600 000 manata aldığı, Bakı şəhəri, Xətai rayonu, 55 saylı orta məktəbin yanındakı, 122 kv m sahəsi olan “AY Beauty Gallery” gözəllik salonu.,
- Bakı, Səbail rayonu, “Hökümət Evi”nin arxasında yerləşən binadan aldığı 500 000 manat dəyəri olan mənzili,
- Hazırda evində saxladığı 820 000 AZN nağd pul kütləsi.
- 2024-cü ildə həyat yoldaşı Suğra Yusifovanın adına sənədləşən Mingəçevir şəhərinə bir neçə km qalmış, yolun sağında yerləşən 0.24 ha torpaq sahəsi və üzərində tikilməkdə olan 2 ədəd ikimərtəbəli villalar.
- 2024-cü il buraxılışlı M.Zeynalovaya hədiyyə etdiyi “Tayota” markalı avtomobil.
- Bunlar təkcə bizə məlum olan və 2018-ci ildən sonar Ü.Yusifovun “Azərenerji” ASC-də vəzifəyə təyin edildikdən dərhal sonra əldə etdiyi əmlakların bir qismidir. Qeyd edək ki, qızı Aysel üçün dəyəri 650 000 manata aldığı gözəllik salonundan başqa bütün əmlaklar arvadı Yusifova Surğanın adına rəsmiləşdirlmişdir. Xatırladaq ki, idarə rəisinin həyat yoldaşı ev xanımı olmuş və bu günədək heç yerdə işləməmişdir. Və bu qədər əmlakların əldə edilməsi üçün maliyyə mənbəyi olmamışdır.

Xəbəri paylaş