Binəqədidə neft boru kəmərinin üstündə obyekt inşa olunur, RİH başçısı bu cür qanusuzluğa göz yumur- SƏBƏB? - FOTOFAKTLAR
26-07-2024, 11:58 178 dəfə baxılıb
Uzun müddətdir ki, ölkəmizin şəhərlərində, rayonlarında və digər ərazilərində həyata keçirilən qanunsuz tikinti işləri ilə bağlı məsələlər tam əksəriyyəti olduqca narahat edir, hətta bu ölkə gündəmini zəbt edən əsas mövzulardan biri də hesab olunur.
Adicə bir faktı qeyd edək ki, ölkə başçısı İlham Əliyev cənabları bir çox müşavirələrdə qanunsuz tikinti məsələlərini xüsusi vurğulayır və vəzifə sahibi olan şəxslərə ciddi tapşırıqlarını da verir.
Belə bir tapşırıqların verilməsinə baxmayaraq, Bakının Binəqədi rayonu ərzisində həyata keçirilən qanunsuz tikinti işlərinin əhatə dairəsini müəyyən etmək olduqca çətindir. Adicə bir faktı qeyd edək ki, bu günlərdə gundemxeber.az xəbər portalının redaksiyasına Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “10 May” küçəsi ilə “4-cü Məhəllə”nin kəsişməsində, daha dəqiq desək “Kəpənəkçi” marketin yaxınlığında yaşayan sakinlər tərəfindən hər kəsi şoka salabiləcək məlumatlar çatdırılıb. Daxil olan məlumatlarda qeyd olunur ki, hansısa şəxslər Biləcəri qəsəbəsinin “10 May” küçəsi ilə “4-cü Məhəllə”nin kəsişməsində analoqu olmayan qanunsuz tikinti işlərinə qol qoyurlar. Belə ki, həmin şəxslər ərazidən keçən böyük diametrli neft boru kəmərinin birbaşa üstündə, yüksək gərginlikli elektrik xətlərinin altında, mavi qaz boru xəttinin keçdiyi yerdə, magistral yolun mühafizə zolağında, qəbristanlığa bitişik ərazidə, hətta vaxtilə sakinlərin istifadə etdikləri avtobus dayanacağının olduğu yerdə obyekt inşa edirlər.
Obyektin 1-ci mərtəbəsində inşaat işləri başa çatdırılmış, hal-hazırda 2-ci mərtəbəsində də işlər başa çatdırılmaq üzrədir. Diqqət yetirmək lazımdır ki, obyekt sahibləri tikinti işlərini birbaşa avtobus dayanacağının olduğu yerdə inşa etdiklərindən, yolun mühafizə zolağı tam şəkildə zəbt olunmuşdur. Belə bir səbəbdən də, sakinlər ərazidən keçərkən məcbur olub yolun içi ilə hərəkət etməli olurlar. Bu kimi səbəblərə görə elə hallar olub ki, “10 May” küçəsi ilə “4-cü Məhəllə”nin kəsişməsində ağır yol-nəqliyyat hadisələri baş vermiş, hətta insan ölümü ilə nəticələnən hadisələr də yaşanmışdır. Daxil olan məlumatlarda o da qeyd olunur ki, obyektin inşa olunduğu yerdən mavi qaz boru xətti keçir və boru xətti çəkilən vaxtlarda, boru xəttinin alt hissəsinə dəmirdən dayaq qoyulmuşdu. Elə ki, obyekt sahibi tikinti işlərinə başlamaq qərarına gəldi, o halda ümumi sahədə uyğunsuzluq alındı və belə bir səbəbdən də, obyektin sahibi mavi qaz boru xəttinin alt hissəsindəki dayaqları kəsib götüzdürdü.
Sakinlər redaksiyamıza çatdırdıqları məlumatlarda onu da qeyd edirlər ki, obyektin sahibi özünü hər kəsə sabiq Baş Prokuror Zakir Qaralovun qohumu deyə təqdim edir. Bəlkə də bu belə deyil və obyekt sahibinin Zakir Qaralovla heç bir qohumluq əlaqəsi yoxdur. Sadəcə olaraq obyekt sahibi sabiq Baş Prokurorun adından sperkulyasiya edir. Məsələnin təəccüb doğuran tərəfi odur ki, qeyd olunan ərazidə yaşayanlar bu cür qanunsuz tikili ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Bakı Şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevə və digər dövlət qurumlarının rəhbər şəxslərinə şikayət ərizələri göndərsələr də, bu gün də həmin ünvanda qanunsuz tikinti işləri həyata keçirilir.
Bu da onu göstərir ki, ələlxüsus möhtərəm Prezidentə və Mehriban xanım Əliyevaya göndərilən məktublar, hansısa dairələrdə “itbata salınır” ki, obyekti inşa etdirən şəxsə “qaşın üstə qara var” deyən olmur. Müəyyən çevrələrdə belə bir söz-söhbətlər də dolaşır ki, Binəqədi RİH-nin başçısı Elxan Allahverdiyev obyekt sahibibdən əməlli-başlıca “haqq-hesab” aldığından, hansısa vəzifə sahibi həmin qanunsuz obyektin sökülməsi ilə bağlı qərar verə bilmir. Deməli, qeyd olunan ünvanda inşa olunan qanunsuz tikinti işlərinə Binəqədi RİH “krışa”lıq edir. Bu belə olmasaydı, yəqin ki, indiyə kimi həmin qanunsuz tikilinin “altı üstünə çevrilmişdir”. Söylənilənlərə görə, gələcəkdə həmin obyektdən restoran kimi istifadə olunacaq.
Bunun nə dərəcədə həqiqət olub-olmaması barədə bir söz deyə bilməsək də, deyəcəyimiz söz odur ki, obyekt böyük diametrli neft boru kəmərinin birbaşa üstündə, yüksək gərginlikli elektrik xətlərinin altında, mavi qaz boru xəttinin keçdiyi yerdə, magistral yolun müfafizə zolağında, qəbristanlığa bitişik ərazidə və vaxtilə sakinlərin istifadə etdikləri avtobus dayanacağının olduğu yerdə inşa olunur. Bu nə deməkdir, yaxud da buna nə ad vermək olar?
Bütün bunlar onu söyləməyə əsas verir ki, cənab Elxan Allahverdiyevin icra başçısı olduğu Binəqədi rayonu ərazisində, ələlxüsus “10 May” küçəsi ilə “4-cü Məhəllə”nin kəsişməsində qanunsuz tikinti işlərinin davam etdirilməsi, birbaşa Binəqədi RİH-nin maraq dairəsinə daxil olan tikililərdəndir. Əgər bu belə olmasaydı, o halda ölkə başçısı İlham Əliyevin və BŞİH-nin başçısı cənab Eldar Əzizovun, qanunsuz tikinti işlərinin qarşısının alınması ilə bağlı verdikləri ciddi tapşırıqlara əməl olunardı. Faktdır ki, bu gün əməl olunmur. Deməli, .... Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.
Mövzuya qayıdacağıq.
GundemXeber.Az
Xəbəri paylaş