Qağaməli qağadan “Maybach” deklorasiyası tələb olunmalıdır! -VİDEO

 
18-07-2022, 12:26            94 dəfə baxılıb
Qağaməli qağadan “Maybach” deklorasiyası tələb olunmalıdır!



Dövlət Neft Şirkətinin "Neftqaztikinti" Trestinin rəisi Qağaməli Seyfullayevin adı indiyədək bir çox korrupsiya olaylarında hallanıb. Q.Seyfullayev daha əvvəl SOCAR Qaz İxrac İdarəsinin rəisi işləyəndə də qohumbazlıqda, tabeliyindəki işçiləri öz şəxsi ev və obyektlərində kölə kimi işlətməkdə suçlanıb.

Onun haqqında yayılan məlumatlarda qeyd olunur ki, terstin gördüyü işlərin həcmini “Forma-2” sənədlərində “şişirdir”, eləcə də kollektiv üzvlərinin problemləri ilə qətiyyən qayğılanmır, hətta trestin işçiləri sırasından Vətən müharibəsi iştirakçılarına belə diqqət göstərmir.

Redaksiyamıza daxil olmuş son məlumatlara görə, SOCAR sistemində çalışdığı müddətdə Seyfullayev əbəs yerə Rövnəq Abdullayevin “qara kassası” sayılmayıb, ölçüyəgəlməz kapitala yiyələnib və sözün əsl mənasında oliqarxa çevrilib. Məlumatda həmin nəhəng sərvətin bir qismi sadalanır: Bakı şəhərində və doğulduğu Biləsuvar rayonunda çoxlu sayda evləri, dəbdəbəli villaları vardır. Nəinki özünün, arvadının və uşaqlarının da sürücüləri vardır. Qağaməlinin sürdüyü “Maybach” markalı, 900 dövlət nömrə nişanlı avtomobilin qiyməti isə 500000 (beş yüz min) manat civarındadır. Təkcə həmin maşını almaq üçün yetəcək gəlirin deklorasiyası tələb olunsa, Q.Seyfullayev çətin ki, şəffaf mənbə bəyan edə bilsin.Mövzuya qayıdacağıq.

Nyus.Az



Xəbəri paylaş


 
 


Xəbər lenti