Fulya Öztürk verilişindən imtina etdi
8-06-2022, 14:50
Türkiyədə FOX TV-də yayımlanan “Fulya ile umudun olsun”un aparıcısı Fulya Öztürk verilişdən imtina edib.Bu barədə “Qafqazinfo” “Aksam”a istinadən xəbər verir.
“Ağlım, ruhum xəbərdə qalıb, yeni mövsümdə veriliş etmək istəmirəm”, - Öztürk açıqlamasında deyib.
Qeyd edək ki, F. Öztürk xəbər aparıcısı kimi tanınıb. O, həmçinin Azərbaycanda Vətən müharibəsi zamanı və sonrakı dövrdə hadisələrin işıqlandırılmasında yaxından iştirak edib.
Xəbəri paylaş



























