MÜƏLLİMLƏR ETİRAZA QALXDI, DİREKTOR İLK İŞ GÜNÜ QOVULDU - Məktəbdə qalmaqal (VİDEO)
1-09-2022, 12:09 103 dəfə baxılıb
Göyçay rayon Uşaq Musiqi Məktəbinə yeni təyin olunan direktorun ilk iş günündə qalmaqal yaşanıb.
APA-nın yerli bürosunun xəbərinə görə, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov uzun illər Göyçay rayon Uşaq Musiqi Məktəbinə rəhbərlik edən Rövşən Zamanovu işdən azad edib və onun yerinə Ağdaş musiqi məktəbində nəzəriyyə müəllimə kimi çalışan Günay Hacıyevanı direktor təyin edib. Musiqi məktəbinin kollektivi toplaşaraq yeni təyinata qarşı etiraz edib.
İşçilər APA-nın yerli bürosuna bildiriblər ki, yeni təyin olunan direktor Günay Hacıyeva Şəki Musiqi Kollecini bitirib, onun idarəetmə bacarığı aşağı səviyyədədir. Göyçay Uşaq Musiqi Məktəbində uzun illər fəaliyyət göstərən ali təhsilli musiqi müəllimləri çalışır, onların kifayət qədər idarəetmə bacarığı var. Etirazçı müəllimlər çalışdıqları məktəbə direktorun öz kollektivi içərisindən ali təhsilli bir nəfərin seçilərək təyin olunmasını istəyirlər.
Qeyd edək ki, bu gün səhər saat 8:30 radələrində Göyçay rayon Uşaq Musiqi Məktəbinin kollektivi təhsil ocağının foyesinə toplaşaraq yeni təyin olunan direktor Günay Hacıyevanı qapıdan içəri buraxmayıblar, müəllimələr etiraz edərək onu məktəbdən qovublar.
Məsələ ilə bağlı Ağdaş Regional Mədəniyyət İdarəsinin rəhbəri Səxavət Məmmədov APA-nın yerli bürosuna bildirib ki, təxminən 20 il iş təcrübəsi olan Günay Hacıyeva onun əmri ilə Göyçay Uşaq Musiqi Məktəbinə direktor təyin olunub və o, dünən özünün iştirakı ilə kollektivə təqdim olunub. Bu gün səhər saatlarında nədənsə məktəbdə ona qarşı narazılıq yaranıb. Səxavət Məmmədov regional idarənin nümayəndələrindən ibarət komissiyanın hazırda həmin məktəbə göndərildiyini, məsələnin araşdırılacağını, günün ikinci yarısında isə özü də məktəbə gedərək kollektivlə yenidən görüşəcəyini bildirib.

Xəbəri paylaş