Bir qrup teatr xadimi nazirə müraciət etdi: - "İftixar Piriyevlə bağlı tədbir görün"
6-10-2023, 11:33 133 dəfə baxılıb
İrəvan Dövlət Dram Teatrının bir qrup əməkdaşı mədəniyyət naziri Adil Kərimliyə müraciət ünvanlayıb.
Onlar Dram Teatrında baş verən qanunsuzluqlara etiraz edirlər.
Əyalətmedia.az bildirir ki, "Arqument.az" elektron poçtuna ünvanlanmış müraciətdə deyilir:
"Cənab nazir, biz bu müraciətimizlə həm sizin, həm də mədəniyyətimizə cavabdeh olan digər rəsmi şəxslərin diqqətini İrəvan Dövlət Azərbaycan Dram Teatrında uzun illərdir ki, hökm sürən avtoritar idarəetmə rejiminə yönəltmək istəyirik. Əminik ki, siz mədəniyyət naziri olaraq bizim müraciətimizi dinləyəcək və bu teatrda olan problemlərin həlli üçün müvafiq və təxirəsalınmaz göstərişlər verəcəksiniz. Öncə nəzərinizə çatdıraq ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrında bu gün hökm sürən bütün qanunsuzluğun başında bu teatrı 20 ildən artıq dədə malı kimi idarə edən direktor İftixar Piriyev dayanır".
"İftixar Piriyev İrəvan Dövlət Dram Teatrına direktor təyin olunduğu ilk gündən teatrda yaradıcı ab-havanı dedi-qodu əvəzləyib. Təəssüflər olsun ki, uzun illərdir ki, bizim tetarımız hansısa tamaşası, qastrol səfəri, premyerası ilə deyil, mədəniyyət və incəsənətimizə yaraşmayan qalmaqallarla ölkə gündəminə gəlib. İllərdir ki, teatr qanunlarla yox, İftixar Piriyevin "prinsipləri", "qaydaları" ilə idarə olunur. Bu illər ərzində kollektivimizdə çalışan bir çox peşəkar mədəniyyət işçiləri İftixar Piriyevin qəzəbinə tuş gələrək uzaqlaşdırılıb. Böyük tarixi olan İrəvan teatrında bu gün bir dənə də olsun müstəqil yaradıcı fikiri olan adam yoxdur", - deyə o bildirib.
Şikayətçilər deyirlər ki, İftixar Piriyev bu illər ərzində sözün məcazi mənasında kim baş qaldırıbsa, kim yaradıcı mühit yaratmaq, bu mühitə təkan vermək istəyibsə, onu müxtəlif bəhanələrlə, özünün teatrda yaratdığı "stajlı üzəduran truppası"nın köməkliyi ilə uzaqlaşdırıb:
"Sizə zaman-zaman İftixar Piriyevin İrəvan Dövlət Azərbaycan Dram Teatrından uzaqlaşdırdığı şəxslərin siyahısını təqdim edirik:
1. Vidadi Əliyev - Xalq artisti
2. Tamilla Abdullayeva - Xalq artisti
3. Elmira İsmayılova - Xalq artisti
4. Əjdər Zeynalov - aktyor
5. Rəşad Səfərov - aktyor
6. Rada Nəsirova - aktrisa
7. Mitət Aydın
8. Elçin Hacı
9. Əhliman Ərşadlı
10. Zülfiyyə Eldarqızı
11. Şəbnəm Cəbrayılova".
"Bu şəxslərin əksəriyyəti qeyri-qanuni işdən çıxarılıb. Əksər əməkdaşlar işdən qanunsuz çıxarıldıqlarına görə məhkəməyə müraciət ediblər. Məsələn, işdən qeyri-qanuni çıxarılanlardan biri Şəbnəm Cəbrayılovadır. Şəbnəm Cəbrayılova məhz hamilə olduğu dövrdə, həyatının ən çətin məqamlarında İftixar Piriyev tərəfindən işdən çıxarılmışdı. Hamilə ikən teatrın direktorunun bu sarsıdıcı qərarı ilə üz-üzə qalan Şəbnəm Cəbrayılovanın uşağı bətnində tələf oldu. Bu hadisə ilə bağlı medianın suallarına tuş gələn İftixar Piriyev isə "Mən Şəbnəmin hamilə olduğunu bilirdim, amma uşağı olduğunu yox" deyə açıqlama vermişdi. Şəbnəm Cəbrayılova qarşılaşdığı bu qanunsuzluq ilə bağlı məhəkəməyə müraciət etmiş və hər üç instansiyada qalib gəlib. Siz təsəvvür edirsinizmi? Teatrı mədəniyyət ocağı kimi yox, dədə malı kimi idarə edən İftixar Piriyev işdən əsasız, qanunsuz çıxartdığı əməkdaşa dövlət təzminat ödəyək", - deyə onlar qeyd ediblər.
"Hörmətli Adil müəllim, yuxarıda da qeyd etdiyimiz kimi təəssüflər olsun ki, bu illər ərzində İrəvan Dövlət Dram Teatrı yaradıcı uğuru ilə yox, İftixar Piriyevin ucbatından qalmaqallarla medianın gündəminə gəlib. Siz təsəvvür edin ki, 2018-ci ildə Türkiyədən qastroldan qayıdarkən İftixar Piriyev yaradıcı heyətin gəldiyi avtobusu avtomobil ehtiyat hissələri ilə doldurmuşdu. Avtobusun baqajında yer dolduğundan aktyorların sumkalarına, qucaqlarına da "zapçast" yüklənmişdi. Bu əlavə yükə görə qastroldan qayıdan avtobus iki gün Gürcüstan-Azərbaycan gömrüyündə qaldı", - deyə müraciətdə vurğulanır.
Onlar nazirdən xahiş edirlər ki, bu problemlərə reaksiya verib həllinə yardımçı olsun: "Xahiş edirik ki, Azərbaycan mədəniyyətinə cavabdeh olan rəsmi şəxs kimi sizə müraciət edirik, belə bir insan 23 ildir İrəvan Dövlət Dram Teatrına rəhbərlik edir. Sizcə, belə bir adam buna layiqdirmi? Xahiş edirik bu teatrda baş verənləri xüsusi nəzarətə götürüb İftixar Piriyevin fəaliyyətinin təftiş olunması istiqamətində göstəriş verəsiniz".
Şikayətlə bağlı İftixar Piriyev və Mədəniyyət Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Xəbəri paylaş