Builki Vaqif Poeziya Günlərinin dəqiq tarixi məlum oldu

 
5-07-2022, 13:50           
Builki Vaqif Poeziya Günlərinin dəqiq tarixi məlum olub.
Əyalətmedia.az xəbər verir ki, ədəbiyyat tədbiri iyulun 13-dən 15-dək Şuşa şəhərində keçiriləcək.

Tədbir çərçivəsində Molla Pənah Vaqifin Məqbərəsinin önündə və Azərbaycanın mədəniyyət paytaxtının digər tarixi yerlərində poeziya nümunələri səsləndiriləcək. Artıq Azərbaycan Yazıçılar Birliyi Peziya günlərinə hazırlıq işlərini yekunlaşdırıb.
Qeyd edək ki, Vaqif Poeziya Günlərinin əsası 1982-ci ildə qoyulub. Şuşa ermənilərin işğalı altında olduğu dövrdə bu tədbir keçirilməyib. Ötən il Vaqif Poeziya Günləri bərpa edilib. Mərasim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin önündə keçirilib.







Xəbəri paylaş


 
 


Xəbər lenti