“Şeyx təzəlikcə Ümrədə olub, amma QMİ Həccə gedənə 65 yaş limiti qoyur... Necə olur?”

 
10-06-2022, 13:36            76 dəfə baxılıb
Məlum olduğu kimi, sabiq nəqliyyat naziri Ziya Məmmədov Həcc ziyarətinə gedə bilməyib. Belə ki, Qafqaz Müsəlmanları İdarəsinin(QMİ) tətbiq etdiyi qaydalara görə, yaşı 65-dən yuxarı olan şəxslərin ziyarətə getməsi qadağandır. Yaşa görə kimsənin Həcc ziyarətinə buraxılmaması nə dərəcədə doğrudur?
Məsələ ilə bağlı Demokrat.az-a danışan ilahiyyatçı Elşad Miri bildirib ki, Həccə yaş məhdudiyyətinin qoyulması düzgün deyil:
“Səudiyyə Ərəbistanı bu tələbi qoymursa, səbəb nədir? Bir faktı qeyd edim ki, bəzi insanlar o qədər günah işlədir ki, sonra da gah başını bağlayır, gah da dindar olur. Yəni, dünya insanın başını elə qatır ki, heç bir zaman digər tərəfi, axirəti, dini düşünməyə vaxtı olmur. Sanki düşünməmək üzərində elə qurulur. Bəzi insanlar da var ki, istəyirlər ki, getsin, görsün. Yəni, adam var dünyanı gəzib, deyir oranı da gəzim. Bu məqsədlə də gedə bilər və kimsə mane ola bilməz. Amma 65 yaş məsələsi də özü həqiqətən heç bir əsası olmayan bir məsələdir.
Halbuki, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin bəlkə də 80-nə yaxın yaşı var. Özü təzəlikcə Ümrədə olmuşdu. Necə olur? Yaxud, bu gün Roma papasının belə seçən kardinalların yaş limiti 80-dir. Yəni, yaşı 80-dən artıq olanlar həm səsvermədə iştirak etmir, həm də seçilə bilmirlər”.
E.Mirinin sözlərinə görə, insanların Həccə getmək arzusu həmişə ola bilər:
“Qərib ölkədə yaşayan insanlar yaşlaşanda öz vətəninə, doğulub böyüdüyü yerlərə gəlməyə çalışır. Yaxud, bəziləri əkinçilikə məşğul olmağa çalışır. Yəni, gözəl bir deyim var: “Torpaq insanı çağırır”.



Xəbəri paylaş


 
 


Xəbər lenti