Hər an müharibə alovlana bilər, buna hazır olmalıyıq – Açıqlama
29-11-2022, 11:42 100 dəfə baxılıb
“İki ildən artıqdır ki, danışıqlar prosesi davam edir. Müxtəlif yerlərdə və görüşlərdə sənədlər imzalanıb. Çox təəssüflər olsun ki, bu imzalanan sənədlərdə götürülən öhdəliklər yerinə yetirilmir. Azərbaycan üzərinə götürdüyü öhdəliyi yerinə yetirir, öz imzasına sadiqdir. Ancaq Ermənistan, eləcə də vasitəçilər – Avropa İttifaqı və Rusiya Federasiyası imzaladıqları sənədlərə əməl etməyiblər. Belə olan təqdirdə vasitəçilərin təşəbbüsü ilə görüşlərin boş-boşuna keçirilməsi 27-28 il ərzində vasitəçi kimi çıxış edən, mənasız qurum olan Minsk Qrupuna bənzəyir. Əgər deyilənlər, qəbul edilən sənədlər sonda icra edilməyəcəksə, görüşlərin keçirilməsinin nə mənası var?..”.
Bunu Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Deputat qeyd edib ki, əgər məğlub olan tərəfin nazı ilə oynanılacaq və yenidən açıq şəkildə vasitəçilər, eləcə də İran tərəfindən silahlandırılaraq müharibəyə hazırlanacaq və onlara nəsə əldə edəcəkləri vədi veriləcəksə, biz işimizi bilməliyik:
“Yəni müharibəyə, təhlükəsizliyimizi qorumağa hazır olmalıyıq”.
Onun sözlərinə görə, müşahidə olunanlar yaxşı heç nə vəd etmir:
“Təsəvvür edin, bir tərəfi gündoğanda, bir tərəfi günbatanda olan Rusiya kimi nəhəng bir dövlətin rəhbəri erməni Moskvadan İrəvana gətirdi, sonra da sənədə imza atmadı və onu suyu süzülə-süzülə Moskvaya yola saldı. Bu nə deməkdir? Əslində bu gülünc vəziyyətdir. Guya bu təlxəyin öhdəsindən gələ bilmirlər? Qətiyyən belə deyil. Bunlar görüntülərdir. Əslində bunlar yenidən nəsə etmək, nəyəsə nail olmaq məqsədilə oyunlar çıxarırlar. Rusiya özünün mövcudluğunu qoruyub saxlamaq üçün müxtəlif oyunlardan çıxır, Avropa Rusiyanı bölgədən çıxarmaq üçün əlindən gələni edir ki, onun təsir imkanlarını azaltsın. Biz də qalmışıq bu ikisinin arasında. Burada məsələ Azərbaycan-Ermənistan arasındakı münasibətlərdən çox az dərəcədə asılıdır. Əsas məsələ Cənubi Qafqazda Qərb olmalıdır ya Rusiya? – mövzusudur. Əsas mübarizə bunun uğrunda gedir. Bu da bizim xeyrimizə işləmir. Çünki ərazimizdə 30 ildən artıqdır ki, kök salan separatçı və cinayətkar qurum mövcudluğunu davam etdirir, rus qüvvələrinin altında özünü təhlükəsiz hiss edir. Nə qədər ki belə hal var, nə atəşkəs, nə də sülh olmayacaq. Odur ki, hər an müharibə alovlana bilər və biz buna hazır olmalıyıq”.

Xəbəri paylaş