Həmin terror qrupları Azərbaycanda belə himayə edilir - ŞOK XƏBƏRDARLIQ
4-04-2023, 11:34 113 dəfə baxılıb
“Azərbaycanda bütün xarici dövlətlərin agentlərinə qarşı hazırda ciddi iş, prosedur gedir. Kimin olmasından, kimə işlədiklərindən asılı olmayaraq hər biri mütləq şəkildə ifşa olunacaq və məsuliyyətə cəlb ediləcək. Bu, çox vacib amildir. Ona görə ki, cəmiyyət bunu görür və digərləri üçün bu, bir dərs olacaq”.
Bu fikirləri Musavat.com-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov deyib.
Politoloq vurğulayıb ki, onlara qarşı ən ağır cəza mexanizmləri istifadə edilməlidir:
“Bu ağır cəza mexanizmləri digər agentlər üçün də bir dərs olmalıdır. Hər kəs bilməlidir ki, vətənə xəyanət etmək hansı nəticələri verə bilər. İran tərəfindən bu illər ərzində ciddi şəkildə anti-Azərbaycan kampaniyası aparılıb. Təəssüflər olsun ki, İran ən çirkin oyunlardan istifadə edərək Azərbaycana qarşı çirkin siyasət aparır. Biz bu kontekstdə onun şahidiyik ki, İran şiəçilik ideologiyasından istifadə edərək insanları öz şəbəkəsinə cəlb edir, onları aldadır və nəticə etibarilə bir çoxunun evində, ofisində İranın dini liderlərinin şəkilləri, İran bayrağı və s. asılırdı. Hərçənd əlbəttə ki, bu, belə olmamalıdır. Həmin şəxslər, onların yaxınları utanmalıdır ki, öz vətənlərində Azərbaycan bayrağı qoymaqdansa İran bayrağına üstünlük verirlər.
Biz İran tərəfindən Azərbaycana qarşı həyata keçirilən əməlləri görməkdəyik. İran uzun müddətdir ki, Azərbaycanı terror edəcəyi ilə bağlı təhdid edirdi. Biz görürük ki, Azərbaycan xalqı mütəmadi olaraq İran terroru ilə ünsiyyətdədir və bu terror müxtəlif istiqamətlərdə olur. Bu terror Azərbaycan dövlətinə, Azərbaycan vətəndaşlarına qarşıdır. Millət vəkili Fazil Mustafaya qarşı həyata keçirilən terrorizm, İrana meyilli qrupların həbs edilməsi bunun sübutudur.
Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı, Fazil Mustafaya edilən hücum zamanı, ondan sonrakı dövrdə də İran tərəfi məsələləri qarışdırmağa, yalan məlumatlar verməyə başladı, utanmayaraq etik qaydalardan uzaq bir rəftara yol verdi. Bu isə bir daha onu göstərir ki, əslində İran bunu gizlətmir, açıq şəkildə qeyd edir ki, mən səni (Azərbaycanı) təhdid edirəm və əgər mənim dediklərimi etməsən, pis günlər görə bilərsən. Bu, de-fakto İranın Azərbaycana demək istədiyi və dediyidir. Bu təhdidlər artıq aylardır davam edir. Terrordan başqa, İranın generalları və siyasətçiləri Azərbaycanın sərhədlərini keçəcəkləri ilə bağlı təhdidlər edirdilər. Azərbaycan dövlətinin əraziləri ilə bizi təhdid edirdilər. Bütün bunlar onu göstərir ki, İran rasional prosesləri təhlil etmək qabiliyyətində deyil. İran terror qruplarını himayə edən bir beynəlxalq subyektdir. Bu yaxınlarda İran XİN Azərbaycanı İŞİD-i bura gətirməkdə ittiham etdi. Bu, çox gülməlidir. Bu, o İrandır ki, Suriyada, Livanda, Yəməndə, İraqda Suriya terror qruplarını açıq şəkildə himayə edir. Həmin terror qrupları Azərbaycanda da himayə edilir. İran həmin terror “islam dövləti”ni Azərbaycanda da qurmaq istəyirdi.
Əlbəttə ki, İsrail, Azərbaycan-İsrail münasibətləri bir bəhanədir. Azərbaycan-İsrail əlaqələri müxtəlif vaxtlarda fərqli rakurslarda olub. İran isə hər zaman Ermənistanla birlikdə Azərbaycana qarşı düşmənçilik siyasəti aparıb”.
“İran tərəfi nəzərdən qaçırmamalıdır ki, dünyada müəyyən güclər tərəfindən ona qarşı koalisiya formalaşmaqdadır. Belə olan təqdirdə Azərbaycanla münasibətləri nizama salmaq əvəzinə, Azərbaycanla əlaqələrdə rasional addımlar atmaqdansa İran öz sərhədindəki qonşu ölkə ilə münasibətlərini daha da çətinləşdirir. Bu, bir növ bizə bəzi digər ölkələrin bu dövrlərdə davam etdirdiyi müharibələri xatırladır. Həmin ölkələr İraq tərəfindən tələyə salındı. Bu gün eyni səhnəni İranla bağlı da görürük - İran siyasətçiləri radikal addımlar atmaqla, radikal çıxışlar etməklə öz sərhədyanı ərazilərində təhlükəli bir şərait və şərtlərin əmələ gəlməsi üçün əllərindən gələni edirlər. Azərbaycan İrana qarşı çoz uzun müddət səbr nümayiş etdirdi, amma bu ölkə “qırmızı xətt”i keçdi. “Qırmızı xətt”i keçmək İrana doğrudanmı sərfəlidir? İranın dini və siyasi liderləri bu suala cavab verməlidirlər”, - Zaur Məmmədov bildirib.

Xəbəri paylaş