QURU SƏRHƏDLƏRİ NƏ ZAMAN AÇILACAQ? - Deputat mərhələli həll variantı təklif edir

 
23-06-2022, 12:32            61 dəfə baxılıb
Azərbaycanda xüsusi karantin rejimi sentyabr ayının birinə qədər davam edəcək. Nazirlər Kabineti yanında Operativ Qərərgah bir sıra məhdudiyyətləri ləğv etsə də ölkənin quru səhədləri ilə bağlı qərar dəyişmədi. 
Nəticədə 2 il 3 aya yaxındır ki, sərhədlər bağlıdır. Bu da ölkəni tərk etmək istəyən, ölkəyə qayıdan vətəndaşlar və əcnəbilər üçün ciddi problemlər yaradır.
Belə ki, Azərbaycanı ancaq hava yolu ilə tərk etmək və daxil olmaq mümkündür. Hazırda aviabiletlər pandemiyadan əvvəlki ilə müqayisədə bir neçə dəfə baha satıldığına görə, bu imkandan hər kəs yararlana bilmir.
Sərhədlərin bağlı saxlanılması, sərhədyanı ölkələrlə ticarət aparan əhalinin durumunu ağırlaşdırıb, habelə ölkədə turizm gəlirlərinə də mənfi təsir edir.
Operativ Qərəgahın bu məhdudiyyəti hansı səbəbdən saxlamasına aydınlıq gətirmir. Məlumdur ki, ətraf ölkələrdə, eləcədə dünyada pandemiya səngiyib, əvvəlki əlaqələr sürətlə bərpa olunur, qadağalar aradan qaldırılır. Azərbaycan da yoluxma sayı kəskin azalıb, koronovirusdan ölümlər qeydə alınmır.effektiv edin.
Hökumət ötən ilin iyunundan başlayaraq məhdudiyyətləri mərhələli şəkildə yumşaldır və ya ləğv edir. Bəs sərhədlərlə bağlı mərhələli açılma mexanizmi tətbiq edilə bilərmi?

Mili Məclisin deputatı Vüqar Bayramov hesab edir ki, Azərbaycanın qonşu ölkələrlə quru sərhədləri açılmalıdır: “Quru sərhədlərin açılması ilə bağlı bir müddət öncə təkliflər təqdim etmişdik. Xüsusən turizm dövrünün başladığını nəzərə alsaq, sərhədlərin açılması istiqamətində addımların atılması məqsədəuyğun olardı. Quru sərhədlərinin açılmasının mərhələli şəkildə reallaşdırılması üçün təkliflər irəli sürmüşük”.
Millət vəkili bildirdi ki, bir sıra ölkələrdə yenidən qapanma ilə bağlı qərarlar verilir, amma bütövlükdə regiondakı vəziyyət stabil hesab olunur. Buna görə də, ölkədəki və regiondakı epidemioloji durum nəzərə alınaraq qərar verilməlidir: “Operativ Qərargahın qərarından asılı olaraq bununla bağlı addımlar atılacaq, amma biz epidemioloji şərtlər çərçivəsində mərhələli şəkildə quru sərhədlərin açılmasının tərəfdarıyıq”.



Xəbəri paylaş


 
 


Xəbər lenti