ƏLİ HƏSƏNOVA BAĞLI DAHA 2 ŞİRKƏT LƏĞV OLUNUR - Adlar
5-07-2022, 13:38 78 dəfə baxılıb
“İntellekt” Firması (VÖEN- 1700049481) və “Azadinform Müstəqil İnformasiya Agentliyi” Məhdud Məsuliyyətli Törəmə Cəmiyyəti (VÖEN- 1700115961) ləğv olunduqlarını elan ediblər. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, hər iki şirkətin hüquqi ünvanı Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında yerləşir.
“Azadinform Müstəqil İnformasiya Agentliyi” 15.03.2002-ci il tarixində dövlət qeydiyyatına alınıb. 210 manat nizamnamə kapitalı olan “Azadinform”un qanuni təmsilçisi Həsənov İbrahim Nurəddin oğludur.
“İntellekt” Firması isə 02.11.1998-ci il tarixində dövlət qeydiyyatına alınıb. 1000 manat nizamnamə kapitalı olan firmanın qanuni təmsilçisi Əvəzov Anar Xudayat oğludur.
Məlumat üçün bildirək ki, bir həftə əvvəl – 28.06.2022-ci il tarixində “Azadinform”un nizamnamə kapitalının azaldılması ilə bağlı da elan verilib.
Onu da qeyd edək ki, hər iki şirkətin qeydiyyatda olduğu Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında Prezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənоvun ailə üzvlərinə bağlı olan şirkətlər yerləşir.
Bir neçə həftə əvvəl Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında qeydiyyatda olan “ATOM QİDA” MMC (VÖEN -1701554201) və “DULCE Nutrition” MMC (VÖEN -–702132271) ləğv olunduqlarını açıqlayıblar. Əvvəllər “ATOM QİDA” MMC-yə Əli Həsənovun ABŞ-da yaşayan oğlu Şamxal Həsənli rəhbərlik edib.
Ötən il Əli Həsənovun ailə üzvlərinə məxsus olan və Fikrət Əmirov küçəsi, ev 1 ünvanında yerləşən “Bakı 24” MMC, “Kaspi AZ” MMC, “Mətbuat Evi” MMC, “Golden Prince” MMC, “Global Advertisment” MMC və “Kaspi Co” MTK adlı şirkətlər də ləğv olunduğunu elan ediblər. Adları çəkilən bu şirkətlərə Şamxal Həsənli və Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın yaxın qohumu Azər Vəliyev rəhbərlik ediblər.

Xəbəri paylaş