Dünyanın sonu, yoxsa 30 illik siyasi oyun? – Alim sirləri açdı

 
5-11-2024, 13:49            95 dəfə baxılıb
 Himalay dağlarındakı buz və qarın əriməsi bütün dünyada yeni təhlükə kimi dəyərləndirilib və narahatlığa səbəb olub. Məlumata görə, dağlardakı buzlaqlar hazırda 40 il əvvəlkindən 10 dəfə tez əriyir.
Qlobal istiləşmə səbəbindən dağlardakı örtüyünün azalmasının regionda yaşayan 2 milyarda yaxın insanın şirin suya çıxışına mənfi təsir göstərə biləcəyi qeyd olunur. Həmçinin bir çox quru torpaqlarının su altında qalacağına dair iddialar da səsləndirilir. Şimal Buzlu okeanın da sürətlə əridiyi və böyük buz kütlələrin qopduğuna dair məlumatlar bu iddiaları gücləndirir.


Himalayda uzun illərdir toplanan qaz və buz örtüyünün əriməsi necə fəlakətlərə yol açar?
Globalinfo.az-a danışan ekoloq, alim Telman Zeynalovun fikrincə, deyilənlər siyasi və çirkin oyunlardan başqa bir şey deyil.
O, Himalay dağlarındakı sürətli ərimənin gözlənildiyi kimi fəlakətlərə səbəb olmayacağını bildirib:
“Bəli, buzlar əriyir və bu, normaldır. Dünən Bakıda yağan yağışa fikir verin, payızda bu havanın olması normaldır. İki cərəyan var: isti və soyuq. Yağan yağış da soyuq cərəyandır, Bakını bürüyüb. İki gün öncə Moskvada fırtına oldu. Məsələ bundadır ki, kim ağlına nə gəlir, onu da danışır. Şimal Buzlu okeanın əriməsi ilə bağlı gəzən şayiələr cəfəngiyyat və çirkli siyasi oyundur. 25-30 ildir bu oyunu ortalığa atıblar, indi də yalan yerə müzakirə edirlər”.
Ekoloqun sözlərinə görə, bəzi siyasi dairələr pul qazanmaq üçün belə mövzuları gündəmə gətirirlər:
“Himalay dağı, ümumiyyətlə sıradağları fəlakətə səbəb olmayacaq. Onsuz da 50 il bundan əvvəl də, bu gün də buzlarda ərimə olub və olacaq. İqlim dəyişikliyi ilə əlaqədar baş verən məsələlərdir və bunlar normaldır. Hava 37 il isti olur, 37 il soyuq. Hamısı bir-birini beləcə tənzimləyir. Fəlakət olmayacaq, dünya suyun altında qalmayacaq”.



Xəbəri paylaş


 
 


Xəbər lenti