Nabranda istirahət mərkəzində 10 nəfər zəhərlənib

 
20-07-2022, 14:09            120 dəfə baxılıb
Xaçmazda istirahət mərkəzində zəhərlənmə hadisəsi baş verib. 
"Əyalətmedia.az" xəbər verir ki, Nabranda yerləşən "Məkan" istirahət mərkəzində yeməkdən sonra bir neçə nəfərin vəziyyəti pisləşib.
Məsələ ilə bağlı TƏBİB-dən "Əyalətmedia.az" ın sorğusuna cavab olaraq bildirilib ki, həmin şəxslər xəstəxanaya yerləşdirilib: "Nabrandan qida zəhərlənməsi şübhəsi ilə təcili tibbi yardım vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına saat 05:30 radələrində beş nəfər (3-ü uşaq, 2-si yeniyetmə olmaqla) gətirilib. Onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar.
11:20 radələrində isə daha beş nəfər (2-si yeniyetmə olmaqla) eyni diaqnozla təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib. Hazırda onların zəruri tibbi xidmət göstərilir".
***
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Xaçmaz rayonu ərazisində yerləşən istirahət mərkəzlərinin birində qida zəhərlənməsi ilə əlaqədar 11 nəfər xəstəxanaya müraciət edib, 6 şəxsə ambulator qaydada tibbi yardım göstərilərək evə buraxılıb, 5 nəfərin isə hazırda stasionar qaydada müalicəsi davam etdirilir.
Vəziyyətləri normal qiymətləndirilir. Hazırda faktla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırma aparılır.
Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə istirahət mərkəzindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib.



Xəbəri paylaş


 
 


Xəbər lenti